114 8. İnformativliyin və kommunikativliyin təmin olunması. Ümumi təhsilin məzmunu
bir bütöv halında bilik, bacarıq və qabiliyyətləri əhatə edir. Orada ən zəruri hesab edilən
müəyyən qrup anlayışlar ümumiləşir. Təbii ki, bu şagirdlərin əldə edəcəkləri dəyərlərin fo-
nunda müəyyənləşir. Elmlərin müxtəlif sahələrinə aid olan bu anlayışlar özlüyündə deklorativ
xarakter daşımaqla praktik əhəmiyyətlilik baxımından seçilərək qruplaşdırılır. Onların seçil-
məsində və təlim baxımından dəyərləndirilməsində şagird şəxsiyyətinin inkişaf etdirilməsi,
formalaşdırılması əsas tələblər kimi götürülür. Həmin anlayışların, istərsə də qanun və
qanunauyğunluqların ilkin olaraq informasiya kimi təhsilin məzmununun mühüm bir kompo-
nenti kimi mövcud olması zəruri hesab edilir. Şagirdlər üçün nəzərdə tutulmuş bu informasi-
yaların seçilməsi və məzmun komponenti kimi formalaşdırılması ümumi təhsilin məzmunu-
nun informativliyinə təminat verir.
Ümumi təhsilin məzmununun informativliyi zəruri biliklərin nəzəri bazasını təşkil et-
məklə bacarıq və qabiliyyətlərin əmələ gəlməsinə şərait yaradır. Şagirdlər həmin informasiya-
ları öyrənməklə özlərinin baza biliklərini möhkəmləndirmiş olurlar. Yaxud şagirdlər özlərinin
baza biliklərini möhkəmləndirmək üçün uyğun informasiyaları toplamağa ehtiyac hiss edirlər.
Belə olduğu təqdirdə təhsilin məzmunu özünün zəruri informasiya blokunun zənginliyi ilə
həmin ehtiyaclara cavab vermək zərurətində qalır. Beləliklə, şagirdlərin zəruri biliklərə olan
ehtiyacının ödənilməsində ümumi təhsilin məzmunu özünün informativ xarakteri ilə çıxış et-
məli olur. Bu isə onun informativliyinin yaranmasını mühüm bir zərurət kimi meydana çıxarır.
Kommunikativ mədəniyyət şəxsiyyətin ümumi mədəniyyətinin mühüm tərkib hissələ-
rindən biridir. Onun vasitəsilə şəxsiyyət özünün başqalarına münasibət göstərməklə özünün
ünsiyyət bacarıqlarını meydana çıxarır. Ümumiyyətlə cəmiyyətin xaosdan uzaq olması kom-
munikativ bacarıqlara yiyələnməklə əldə olunur. İnsanlar kommunikativ bacarıqlara yiyələn-
məklə özlərinin normal, iqtisadi, sosial, mədəni həyatını qurmuş olurlar. Eyni zamanda cə-
miyyətdəki yüksək iqtisadi məhsuldarlıq şəraiti kommunikativ əlaqələr zəmində meydana
çıxır.
Bəs onda cəmiyyət üçün zəruri olan bu keyfiyyətin əldə olunması üçün nə etmək la-
zımdır? Başqa sözlə, yetişən gənc nəslin kommunikativ bacarıqlarını hansı müstəvidə forma-
laşdırmaq faydalı hesab edilə bilər.
Əldə olunmuş təcrübələrə əsasən belə nəticəyə gəlmək mümkündür ki, insanın forma-
laşmasında həlledici rol oynayan kommunikativ bacarıqlar məhz ümumtəhsil məktəbində for-
malaşdırılması şəksizdir. Bütövlükdə ümumi təhsil əlaqə və ünsiyyətlərə söykənən kommuni-
kativliyin yaradılmasında aparıcı rol oynayır. Bəzi hallarda insanların xarakterinin formalaş-
masında çox əhəmiyyətli rol oynayan kommunikativlik müasir ümumi təhsil müstəvisində
xüsusi əhəmiyyət daşıması ilə fərqlənir. Bu cəhətin isə reallaşdırılmasında ümumi təhsilin
məzmunu potensial imkanları ilə daha çox diqqəti çəkir. Bu isə o deməkdir ki, ümumi təhsilin
yeni məzmununun yaradılmasında bu məsələyə xüsusi önəm verilməsi özünün didaktik əhə-
miyyəti ilə seçilir.
Ümumi təhsilin yeni məzmunu da elə praktik mövqedən hazırlanmalıdır ki, orada şa-
gird maraqları nəzərə alınsın. Onların kommunikativ bacarıqlarının inkişaf etdirilməsinə şərait
yaradılsın. Şagirdlərə istər informativliyin və istərsə də kommunikativliyin təmin olunması
üçün potensial imkana malik məzmun təqdim olunsun.
9. Kreativliyin və çevikliyin nəzərə alınması. Ümumi təhsilin yeni məzmununun yara-
dılmasında kreativliyin və çevikliyin nəzərə alınması da mühüm prinsiplərdən hesab edilir.
Yeri gəlmişkən Təhsil əsri hesab edilən XXI əsrdə insanın idrakının inkişafı, düşüncəsinin
formalaşması prioritet hesab edilir. Bu günün insanı hər şeydən əvvəl, kreativ bacarıqları ilə