110 daimi özünün inkişafını zəruri bir problem kimi həll etmək üçün düşünmüş, tarixi bir ənənəsi
olan təhsil sistemini yaratmışdır. İnsanların inkişafını təmin etmək məqsədi daşıyan təhsil
mahiyyətində humanist xarakter olan bir sistem kimi dəyərləndirilmişdir. Müxtəlif zamanlar-
da cəmiyyətin inkişaf tendensiyasından asılı olaraq təhsilin sistemində formalaşmış olan inzi-
batçılıq onun humanist xarakterinin zəifləməsi ilə nəticələnmişdir. Zaman keçdikcə təhsildə demokratik əhval-ruhiyyənin güclənməsi eyni zamanda hu-
manistləşdirmənin daha geniş miqyasda yayılması ilə nəticələnmişdir. Prof. Ə. Əlizadənin
fikrincə, “əgər şagird inkişaf etmirsə, müəllim-şagird münasibətlərinin humanistləşdirilməsi
ancaq və ancaq təntənəli sözlər kimi səslənə bilər... Təhsilin humanistləşdirilməsi konsepsi-
yasının ana xətti inkişaf anlamı ilə bağlıdır” (1, 53-54). Buradan belə bir analoji nəticə çıxar-
maq olar ki, ötən əsrin inkişafetdirici təlimi humanistləşdirmənin yaranmasına rəvac vermiş-
dir. Artıq 1999-cu ildə ölkə miqyasında qəbul olunmuş “Azərbaycan Respublikasının təhsil
sahəsində İslahat Proqramı”nda humanistləşdirmə ölkə miqyasında keçirilən təhsil islahatının
əsas prinsiplərindən biri kimi qəbul olunmuş və islahatçılıq fəaliyyətinin əsasına gətirilmişdir.
Ölkəmizdə qəbul olunmuş və bu gün təhsil quruculuğu sahəsində fəaliyyətimizin əsasını təş-
kil edən “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda da humanistləşdirmə təh-
sil sayəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul olunmuşdur. Onun ma-
hiyyəti və məzmunu belə təsbit edilmişdir: “humanistlik-milli və ümumbəşəri dəyərlərin, şəx-
siyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ət-
raf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul
olunması” (2).
Ölkənin təhsil qanunundakı bu yanaşma bütün pillələrdə olduğu kimi ümumi təhsilə
də aid olmaqla onun mövcud durumunun mühüm keyfiyyətlərindən birini konkretləşdirir. Bu,
haqqında bəhs etdiyimiz humanistləşdirmədir ki, onun aparıcı tələblərindən biri şagird şəxsiy-
yətinə münasibətdə təzahür edir. Şagirdə daim inkişaf edən və düşünən varlıq kimi yanaşmaq,
onun potensial imkanlarının meydana çıxmasına təkan vermək cəmiyyətin gələcək vətəndaşı
kimi onu xidmət və qayğı ilə əhatə etmək onun mühüm atributları kimi diqqət mərkəzində
dayanır.
İlk növbədə təhsilin məzmununa çoxlu sayda material daxil etməklə onu zəngin infor-
masiyalar mənbəyinə çevirmək deyil, şagird şəxsiyyətinin inkişafında praktik əhəmiyyətliliyi
ilə yer tutan ən zəruri məlumatların əks olunduğu və şagird fəaliyyətinin istiqamətlənməsinə
imkan yaradan vasitəyə çevirmək tələb olunur. Haqlı olaraq prof. Ə.Əlizadə özünün psixope-
daqoji araşdırmalarında belə qənaətə gəlir ki, “90-cı illərdə təhsilin humanistləşdirilməsi ide-
yaları kontekstində təhsilin məzmununun müəyyənləşdirilməsi sahəsində yeni önəmli meyar -
şəxsiyyət meyarı əmələ gəlmiş və bərqərar olmuşdur” (1, 64) Müasir zamanda bu məsələyə
baxış inkişaf etməklə xeyli dəyişmişdir. Müasir pedaqoqların qeyd etdiyi kimi “indiki şəraitdə,
bütöv insan şəxsiyyətinin inkişafı, insanın özünün özünə qaytarılması təhsilin məzmununun
müəyyənləşdirilməsində həlledici ideya kimi xüsusi əhəmiyyət kəsb edir”
(3, 123).
Təhsil bütün hallarda özünün inkişaf etdirmək funksiyası ilə maraq doğurub. O, uşağa
müəyyən anlayışların öyrədilməsi prosesində eləcə də tərbiyə zamanı şagirdin inkişaf istiqa-
mətində dəyişikliyə təsir göstərməsini bir anda olsa, dayandırmamışdır. Həmişə şagirdin irəli-
yə doğru inkişafına imkan yaratmış, onun təşkilatçısı olmuşdur ki, lakin etiraf etmək lazımdır
ki, bu inkişaf prosesində hafizə məkanında hərəkət etmək, daha çox yaddaşın potensial im-
kanlarını genişləndirmək prioritet hesab olunmuşdur. Lakin bu gün inkişaf anlayışının əhatə
dairəsində əqlin, təfəkkürün, idrak bacarıqlarının formalaşdırılması missiyası dayanır. Bunun-
la humanist bir tendensiyanın, yanaşma tərzinin əsası qoyulur.