Редаксийайа дахил олуб: 02.06.2015
Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
117
Фянлярин интеграсийасынын дидактик ясаслары
Məmməd Kazımov
pedaqogika üzrə fəlsəfə doktoru, dosent,
ARTPİ
E-mail:
memmedkazim@mail.ru
Rəyçilər: ped.ц.e.d., prof. A.N. Abbasov
ped.ц.e.d., prof. H.H. Əhmədov
Açar sözlər: didaktika, inteqrativ təlim, müasir məktəb, fənlərin əlaqəli tədrisi, inte-
qrativ təlim prinsipləri, uyğun mövzular, məntiqi nəticə
Ключевые слово: дидактик, интегративное обучения, современная школа,
взаимосвязанных обучении предметов, принципов интегративных обучении, Одина-
ковые темы, логические результаты
Key words: didactics, integrative learning, modern school, interconnected learning
objects, principles of integrative learning the same topics, logical results
Fənlərarası əlaqələrin qurulmasında, fəndaxili mövzuların bir-birini tamamlamasında
inteqrativ təlimin rolu böyükdür. Fənlərarası inteqrasiyanın əlaqəli şəkildə yaradılmasında və
onun elmi əsaslarla fənlərin dərindən öyrənilməsində, tətbiq olunmasında və pedaqogika elmi
üçün xüsusi maraq doğuran didaktik irsin təsiri və imkanları danılmazdır. “Didaktika” yunan
sözü olub didaktikos sözündən əmələ gəlib və mənası “ibrətamiz” deməkdir. Elmi didaktika-
nın banisi Çex alimi Yan Amos Komenski olmuşdur. O yeni üsulla işləyən məktəbin ilk layi-
həsini hazırlamış, dərs haqqında yeni pedaqoji təfəkkürü və pedaqoji düşüncəni bütün dünya-
ya bəyan etmiş, orta ümumtəhsil məktəblərinin təlim nəzəriyyəsinin əsasını hazırlamışdır.
Komenskinin ponsofiya (hamıya hər şeyi öyrətmək) ideyası deyəndə sxolostik və doq-
matik fərdi təlimdən imtina etməklə hamıya hər şeyi ayrı-ayrı elmlər vasitəsilə sinif şəraitin-
də, müəllimin rəhbərliyi altında təlimin təşkili forması olan dərs zamanı öyrənməyə üstünlük
verirdi. Beləliklə, Komenski tərəfindən elmi pedaqogikanın və onun elmi nəzəriyyəsinin əsası
qoyuldu. Göstərdiyimiz kimi elmi pedaqogika Komenski tərəfindən əsası qoyulan elmi diaq-
nostika (Böyük didaktika) əsasında elmi pedaqogika yaradılmışdır. Bu görkəmli alimin didak-
tika sahəsində yaratdığı konsepsiyalar və elmi istiqamətlər böyük uğurla pedaqoji sahəyə tət-
biq edilmiş və hal-hazırda da istifadə edilməkdədir.
Didaktika sahəsində böyük tədqiqatlar aparmış rus pedaqogikasının “atası” sayılan
K.D. Uşinski yaxşı tərbiyə nəzəriyyəçisi olduğu qədər də didaktika sahəsində ensiklopedik
düşüncəyə malik olan və bu sahəyə yeniliklər gətirən görkəmli alimdir.
K.D. Uşinskinin didaktik irsi pedaqogika elmi üçün xüsusi maraq doğurmaqla müasir
məktəbin bir sıra aktual, praktik vəzifələrinin həllində çoxsahəli əhəmiyyətə malikdir. O, di-
daktika sahəsində böyük əhəmiyyətə malik olan pedaqoji nəzəriyyəni yaratmaq vəzifəsini
qarşıya qoymuş və buna nail olmuşdur. K.D. Uşinski başlıca vəzifəni müəllimlərə hazır isti-
qamət verməkdə deyil, onları şüurlu yaradıcı fəaliyyətə yönəltməkdə və dövrün tələbinə uy-
ğun istiqamət verməkdə görürdü. O, qeyd edirdi ki, həm pedaqogikanın və həm də didakti-
kanın ciddi elmi əsasa və elmi araşdırmalara ehtiyacı var və bir çox elmlərlə (insan haqqında
biliklərə, psixologiya, fəlsəfə, məntiq, incəsənət) əlaqəli şəkildə öyrənilməsi vacibdir. Ümu-
miyyətlə, müasir tədrisdə hər hansı bir elmin, fənnin dərindən öyrənilməsi üçün digər fənlərlə
əlaqəli şəkildə öyrənilməsinə müraciət edilməsi müsbət nəticə verər. Məsələn, pedaqogikanı
Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
Dostları ilə paylaş: |