119 qavrama qabiliyyətləri zənginləşdirməlidir.
Didaktikanın əsas priyomu hesab edilən müqayisə prinsipinə geniş yer verilməlidir.
Sinif tələbələri kollektiv şəkildə müqayisə edilən məsələlər arasında oxşarlığı və daha sonra
isə fərqləri müəyyən etməlidir. Pedaqoq alim qeyd edir ki, müqayisə hər cür anlamın və hər
cür təfəkkürün əsasıdır. Dünyada bütün baş verən hadisələri biri-birindən müqayisələr
vasitəsilə aydınlaşdırılır.
Tələbələr mənimsədikləri biliklərin möhkəmləndirilməsi üçün müxtəlif üsullardan
istifadə edirlər. Biliklərin möhkəmləndirilməsi üçün ən geniş yayılan pedaqoji üsul mövzunun
həyatla əlaqəsinin qurulması və mövzunun təkrarlaması üsuludur. Bu üsul tələbələrin hər
hansı mövzu haqqında təsəvvür yürütmək və əlaqəli izah etmək təfəkkürü formalaşdırır.
Tələbələr mövzunun sinifdəcə müəllimin nəzarəti altında öyrənir, biri-biri ilə mövzu haqqında
dialoq qurur, birinin çətinlik çəkdiyi sahə haqqında digəri əlavə etməklə qazandıqları bilikləri
möhkəmləndirir. Müəllim mövzu haqqında əlavə sual verərkən hər bir tələbə öz münasibətini
bildirir. Nəticədə mövzu sinifdə əlaqəli şəkildə izah edilir və hər bir tələbə bu izahda yaxında
iştirak edir və öz fikrini söyləyir. Mövzu haqqında qrup tələbələri arasında ümumiləşmiş
təfəkkür yaranır və mövzu tələbələr tərəfindən mənimsənilir və həzm olunur.
Fənnin təlimində əsas amillərdən biri də məntiqə əsaslanma və öyrəndiyi mövzu
haqqında məntiqi nəticə çıxara bilmək bacarığının olmasıdır. Bu proses görkəmli pedaqoq
alimlər (K.D.Uşinski, Y.Ş.Kərimov, A.N.Abbasov, F.A.Rüstəmov) tərəfindən də yüksək
səviyyədə qiymətləndirilmişdir.
Şagirdlərdə mühakiməedici əməliyyatı inkişaf etdirmək, mühakiməedici assosiasiya
qabiliyyətinin yüksəltmək və dəqiq müşahidəni inkişaf etdirmək üçün bilik ehtiyaclarının
artırılması əsas şərt hesab olunur. Marağını həmişə oyaq saxlamalı, fəaliyyət növünü bəhs
haqqında növbələşdirilməlidir. Bu proses son nəticədə zehni yorğunluğu aradan qaldırır və
biliyə yeni təfəkkürlə yanaşmağa istiqamət verir.
Araşdırmalar və tədqiqatlar nəticəsində məlum olmuşdur ki, hər hansı bir fənnin təlim
prosesi (məs. texnologiya, təbiət fənləri, fundamental fənlər) didaktik cəhətdən düzgün
qurularsa qruplarda nizam-intizam prosesi də öz-özünə həll olur və şagirdlərdə fiziki əməyə
və qazandıqları biliyi hər hansı bir sahəyə tətbiq etmək marağı formalaşır. Bu zaman didaktik
təlimin qarşısında bir neçə vəzifələr durur.
-
Şagirdin əqli inkişafını açmaq üçün tələb olunan başlıca vəzifələri müəyyənləş-
dirmək;
-
şagirdlərin təlimin ən əsas sahəsini mənimsəmələri üçün müəllimi düzgün başa
düşmə və təlimin vəzifələrini həllinə müstəqil yanaşma imkanı yaratmaq təlim nəzəriyyəsi
aşılamaq;
-
didaktika zamanı əldə edilmiş təcrübi metodlardan müəllimlərdə öz işində istifadə
etmək imkanı formalaşdırmaq;
-
təlim sahəsində qazanılmış təcrübəni öyrənib tədrisə tam tətbiq etmək üçün didak-
tikanın tələblərindən geniş istifadə etmək.
Bu göstərilənlər didaktikanın əhəmiyyətinin, onun düşünülmüş və məhsuldar məktəb
təliminin təmin edilməsinin və didaktik vəzifələrin əsasını təşkil edir.
Bununla əlaqədar rus pedaqoji K.D. Uşinski öz əsas ideyasını çox aydın surətdə şərh
edərək göstərirdi ki, didaktikada başlıca əhəmiyyət qaydanı özünə deyil, onun elmi cəhətdən
əsaslandırılmasına məxsusdur. Didaktik qayda mexaniki şəkildə deyil, şüurlu məktəblinin
təlimi və inkişafının konkret şəraitini nəzərə almaqla tətbiq edildikdə qiymətli və praktik
cəhətdən faydalı ola bilər.