Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə163/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   159   160   161   162   163   164   165   166   ...   298
Редаксийайа дахил олуб: 22.04.2015 
 
 
  
  
  
  
  


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
124 
Dəyərlərin qazandırılmasında və ölçülməsində 
müəllimlik peşəsinin rolu 
Fuat Bakışlı 
Azərbaycan Respublikası Təhsil  
Problemləri İnstitutunun dissertantı 
E-mail: 
fbakisli@hotmail.com
 
 
Ряйчиляр: пед.ц.е.д., проф.А.Н.Аббасов 
                пед.ц.е.д., проф.Щ.Щ.Ящмядов 
 
Açar sözlər: müəllimlik peşəsi, fərdi keyfiyyət, ideal müəllim, şagirdlərdə motivasia, 
dəyərlər 
Ключевые  слова:  профессия  учителя, индивидуальное  качество,  идеальный  
учитель,  мотивация  учеников,  ценности 
Key words: the profession  of  teacher,  individual  featureideal  teacher,  motivation  
of  pupils,  values
 
 
Təhsil  sistemlərinin  əsas  məqsədi  o  ölkənin  ixtisaslı  insan  gücünü  yetişdirmək  və 
xalqına  vətəndaşlıq  təhsilini  verməkdir.  Bunu  həyata  keçirmək  üçün  hər  təhsil  sistemi, 
yetişdirəcəyi  insan  modelini,  sahib  olduğu  təhsil  fəlsəfəsi  və  insan  gücü  siyasəti  əsasında 
təyin edərək təhsil fəaliyyətlərini bu məqsədə görə təşkil etməkdədir [1,s.10-12]. Əsas ictimai 
qurumlardan  biri  olan  təhsil,  bütün  cəmiyyətlərin  əsas  problemlərinin  əvvəlində  yer 
almaqdadır. Bu təməl problemin ana xətti də heç şübhəsiz müəllimlərdir [2,s.13-14]. Müəllim 
təhsil  vasitəsidir,  imtahan  edən,  intizamı-təmin  edən,  orta  məktəb  əxlaqının  müdafiəçisi  və 
vəkildir.  Müəllim  etibarlı  adamdır,  ikinci  valideyndir,  şagird  məsləhətçisi,  həmkar  və  icma 
üzvüdür.  Bunlar  müəllimə  daha  çox  peşəsi  ilə  əlaqədar  olaraq  verilən  obrazlardır  [3]. 
Müəllimin qiymətləndirilməsində məlumat, şəxsiyyət, ətraf mühitə uyğunlaşma, ətraf mühitin 
inkişafına qoşulma ictimai əlaqələr kimi meyarlar da istifadə edilir [4,s.253-267]. Bir ölkənin 
gələcəyinin  memarı  müəllimlərdir.  Mühəndisini,  həkimini,  vəkilini,  müəllimini,  əsgərini, 
polisini,  sürücüsünü,  bir  sözlə  cəmiyyətin  hər  hissəsində  xidmət  verən  insan  gücünü  yetiş-
dirənlər həmişə müəllimlərdir. Ölkələrin qədərlərində müəllimlər çox əhəmiyyətli rol oynayır. 
Müəllimlər, təhsil sisteminin ən əsas elementidir. Bir ölkənin inkişafında, ixtisaslı insan gücü-
nün  yetişdirilməsində,  cəmiyyətdəki  dinclik  və  ictimai  sülhün  təmin  edilməsində,  fərdlərin 
sosiallaşması və ictimai həyata hazırlanmasında, cəmiyyətin mədəniyyət və dəyərlərinin gənc 
nəsillərə  ötürülməsində  müəllimlərin  baş  rol  oyandıqları  görülür  [5,s.9].  Yeni  nəsillərin 
xüsusiyyəti də heç şübhəsiz onu yetişdirən müəllimlərin xüsusiyyəti ilə eyni olacaqdır. Onsuz 
da "əkdiyini ən gec biçən cütçü müəllimdir" məsəli də bu həqiqəti olduqca gözəl bir şəkildə 
ortaya  qoymaqdadır.  Qısaca  müəllim,  insan  memarı,  insanın  şəxsiyyətini  formalaşdıran  bir 
sənətkar  olmaqdadır  [6,s.207-237].  Təhsilin  məqsədi,  insanların  yaşadığı  cəmiyyətin  və 
ictimaiyyətin  bağlı  olduğu  müasir  dünyanın  uyğun  bir  üzvü  halına  gətirərək  onları  dövrün 
tələb  etdiyi  məlumat  və  bacarıqlarla  təchiz  etməkdir.  Şəxslərin  cəmiyyət  və  dünyadakı 
dəyişmələrə və inkişaflara ayaq uyduracaq və töhfə verəcək formada yetişdirilmələri lazımdır. 
Bu  da  mükəmməl  təhsil  sistemi  ilə  yanaşı,  peşəkar  müəllim  heyəti  ilə  təmin  olunur. 
Müəllimlərin keyfiyyətli olması nə qədər lazımi və əhəmiyyətli isə də, yetərli səviyyədə deyil 
[7,s.119].  Ona  görə  də  müəllim  heyətinin  ölkə  səviyyəsində  tarazlı,  səmərəli  və  məhsuldar 
olaraq  işlədilə  bilməsi  üçün  iş  və  həyat  şərtlərinin  yaxşılaşdırılması  da  o  dərəcə  əhəmiy-


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin