Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə165/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   161   162   163   164   165   166   167   168   ...   298
 
 
126 
Təcrübəli  müəllim  sinfində  olan  hər  şagirdin  özünə  xas  qabiliyyətləri  olduğunu,  bu 
qabiliyyətləri aşkar etməklə fərdi bacarıqları ortaya çıxara biləcəyini bilir. Müəllim şagirdlərin 
fərdi  bacarıq  və  qabiliyyətləri  əsasında  onları  istiqamətləndirməyi  bacarmalıdır.  Yoxsa 
şagirdin sinifdə izah edilən hər hansı bir dərsdən yaxşı ya da pis olmasını şagird üçün mənfi 
bir xüsusiyyət kimi göstərə bilmərik. Məsələn, şagird riyaziyyat dərslərində bir az passiv ola 
bilər, amma bədən tərbiyəsi və ya musiqi dərslərində çox yaxşı bir qabiliyyətə malik ola bilər. 
Onun  üçün  müəllim  xüsusilə  müəyyən  dərslərdə  bir  anda  istənilən  müvəffəqiyyəti  göstərən 
şagirdlərə qarşı mənfi ön mühakimələr bəsləməməlidir. 
5) Yeniliklərə, inkişaflara, texnologiyalar açıq olmalı, özünü davamlı yeniləməlidir: 
Ətraf mühitdəki, texnologiyadakı dəyişiklik və inkişafın təsir etdiyi müəssisə məktəb-
dir. Müəllim gördüyü bu inkişaf və dəyişikliklərə qarşı heç vaxt qarşı gələ bilməz. Məsələn, 
məktəb  mühitinə  daha  çox  yaxından  təsir  edən  kompüterə  qarşı  müəllim  özünü  mütləq 
hazırlamalıdır. Kurslara getməli, öyrənməli və bir təlimçi olaraq şagirdlərindən məlumat baxı-
mından  daim  öndə  olmalıdır.  Bunun  üçün  də  müəllim  oxumalı,  kurslara  getməli,  bilmədiyi 
mövzuları soruşmalı və araşdırıcı olmalıdır.  
Yuxarıdakı  siyahının  daha  da  artırmaq  olaq.  Bunlar,  ideal  ya  də  təsirli    müəllimdə 
olması  nəzərdə  tutulan  ümumi  xüsusiyyətlər  olaraq  xarakterizə  edilə  bilər.  Bunlar  ideal  bir 
müəllimin, içində yaşadığı cəmiyyət, ətraf mühit və dünyanı tanıması; insan psixologiyasında 
mütəxəssis olması, ictimaiyyətin istəklərini bilməsi, yeniliklərə, dəyişməyə, texnoloji irəlilə-
yişlərə, fərqli mədəniyyətlərə həssas olması şəklində yekunlaşdırıla bilər.  
Nəticə olaraq təsirli bir müəllimdə olması arzu edilən xüsusiyyətləri aşağıdakı şəkildə 
ümumiləşdirə bilərik: 

 
Səbirli davranır, hadisələr qarşısında duyğularını nəzarət altında saxlayır. 

 
Fərqli inanc, görüşdə olanlara hörmətlə yanaşır və uzlaştırıcı mövqedə dayanır. 

 
Geyiminə, təmizliyinə diqqət edir, nizam-intizamlı olur. 

 
Özünü təkmilləşdirməyə və tənqidə açıqdır. 

 
Şəxsi problemləri ilə sinfi və məktəbi məşğul etməz. 

 
Şagirdləri motivasiya edici xüsusiyyətlərə malikdir. 

 
Müvəffəqiyyətə yönəlikdir, şagirddən yüksək müvəffəqiyyət gözləməsi ilə yanaşı, 
dəstəkləyicidir. 

 
Düşüncə və davranışları şagirdlər üçün modeldir. 

 
Şagirdlərə qarşı gülər üzlü və mehribandır. 

 
Şagirdlərə qarşı etibarlı, dürüst, obyektiv, sirdaş və dostdur. 

 
Sinifdə konstruktiv və maarifləndirici bir intizam formalaşdırır. 

 
Liderlik xüsusiyyətlərinə malikdir. 

 
Şagirdlərə, valideynlərə, ətrafına təsir etmədə müvəffəqiyyətlidir. 

 
Vasitəçilik, hakimlik, təmsilçilik xüsusiyyətlərinə malikdir. 

 
Cəsarətləndirici və dəstəkləyicidir. 

 
Mehriban, anlayışlı və zarafatcıldır. 

 
Problemlərdən şikayətlənmək əvəzinə həllini tapmaq üçün səy göstərər. 

 
Sinifdə  hakimiyyəti  təmin  edər,  sinfi  qrup  olaraq  cəzalandırmaz,  cəzaları  fərdi 
olaraq verir. 

 
Verdiyi tapşırıqları təqib və nəzarət edər. 

 
Pedaqogika elmlərinin təməl anlayışlarını bilər və öyrənməyi asanlaşdırar. 

 
Yaxşı bir müşahidəçidir, özünü davamlı yeniləmə cəhdi içindədir. 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin