Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə164/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   160   161   162   163   164   165   166   167   ...   298
 
 
125 
yətlidir. Məktəb adlanan sosial  sistemin  ən strateji  hissələrindən biri  müəllimdir. Müəllimlər 
bir peşənin  üzvü olaraq qalmaq istəyirlərsə, o peşənin  dəyər sistemlərinə görə davranmaları 
lazımdır. Müəllimlik peşəsinin dəyər sistemini cəmiyyətin təməl dəyərləri formalaşdırır. Mək-
təbdəki  idarəçilər,  müəllimlərin  şəxsən  özləri  və  uşaqlarını  məktəbə  göndərən  valideynlərin 
gözləmləri və düşüncələri, də dəyərlərin formalaşmasında əhəmiyyətli təsirlərə malikdir. Hal-
hazırda müəllimlik peşəsi, təhsil sektoru ilə əlaqədar olan sosial, mədəni, iqtisadi, elmi və tex-
noloji  səviyyəyə  malik,  sahədə  xüsusi  ixtisas  bilik  və  bacarığını  fundamental  sahədə  aka-
demik çalışma və peşə formalaşması tələb edən peşəkar statuslu ixtisas sahəsidir[8]. Oğuzkan, 
müəllimliyin üç yönünün olduğunu qeyd edir. Bunlar; dövlətin ziyalı bir üzvü olaraq müəllim
dünya  birliyinin  ayıq  bir  üzvü  olaraq  müəllim  və  peşəsinin    bir  üzvü  olaraq  müəllim.  Tex-
nologiya və anlayışlardakı dəyişmələrin də təsiri ilə cəmiyyəti təşkil edən qurumlar, valideyn-
lər, müəllimlər, şagirdlər və tədqiqatçıların müəllim davranışları ilə əlaqədar gözləntiləri təsir-
li, yaxşı ya da ideal müəllim tiplərində də fərqliliklər görülür [9]. 
Müəllimliyin əsas xüsusiyyətləri 
Müəllimlik peşəsinin özünə xas bəzi xüsusiyyətləri vardır. Hər nə qədər bu xüsusiy-
yətlər müəllimin işlədiyi təhsil sisteminin məqsədlərinə, məktəb missiyasına, məktəbin oldu-
ğu  ətraf  mühitə,  valideynlərin  gözləmlərinə,  məktəbinin  hədəf  quruluşuna,  idarəçi  və  müəl-
limlərin vizyonuna görə dəyişsə də aşağıda bu xüsusiyyətlərdən bəzilərini qeyd etmək olar: 
Fərdi keyfiyyətləri 
Müəllimlərdə  olması  lazım  olan  fərdi  xüsusiyyətlər  haqqında  bir  çox  araşdırmalar 
aparılmış  və  bu  araşdırmalar  nəticəsində  fərqli  fərdi  şəxsiyyət  xüsusiyyətlərinin  əhəmiyyəti 
üzərində  durulmuşdur  Bu  gün  yaxşı  müəllimin  xüsusiyyətləri  mövzusunda  hələ  hər  kəsin 
uzlaşa  biləcəyi  standartların  formalaşdırıldığı  deyilə  bilməz.  Ancaq  aşağıda  əsasən  bütün 
pedaqoqlar tərəfindən qəbul edilən, bir müəllimdə olması lazım olan ən vacib fərdi xüsusiy-
yətləri ümumiləşdirmək olar. 
1) Şagirdlərə qarşı açıq fikirli və obyektiv olmalıdır. 
Müəllim  hər  şeydən  əvvəl  açıq  və  irəli  fikirli  olmalı,  şagirdlərin  davranış  və  nailiy-
yətlərini  qiymətləndirərkən tərəfsiz davranmalıdır. Buna  əlavə  olaraq müəllim, ediləcək qiy-
mətləndirmədə mümkün olduğu qədər hissi münasibət və fikirlər altında qalmamalı, sinifdəki 
bütün şagirdlərə qarşı bərabər məsafədə olmalı və bunu da sinfə hiss etdirməlidir [10,s.207-
237]. 
2) Şagirdlərin gözlənti və ehtiyaclarını nəzərə almalıdır: 
Tədris  proqramında  müəllimin  görəcəyi  işlər  yazılsa  da  müəllim  dərs  proqramından 
çox  uzaqlaşmadan  şagirdlərin  maraq  və  ehtiyaclarını  güdməlidir.  Məsələn,  orta  məktəbdə 
oxuyan və sınaq imtahanlarına hazırlaşan şagirdlər üçün əlavə dərs kitabları, rəhbərlik işləri, 
onların  irəlini  daha  yaxşı  dərk  etmələrinə  kömək  edəcək  görüşlər  və  s.  təşkil  edərək  və 
şagirdlərin müəllimdən gözlədiklərinə cavab verə bilməlidir. 
 3) Təhsillə əlaqədar problemləri elmi üsullarla araşdırmalıdır: 
Müəllim  təlim  və  tədris  prosesində  sinif  içində  həmişə  problemlərlə  qarşılaşacağını 
bilməlidir.  Ona  görə  də  müəllim  qarşılaşacağı  problemləri  elmi  üsullarla  həllini  axtarmağı 
bacarmalıdır. Məsələn, sinifdəki şagirdlərdən oxuma və anlama baxımından geridə olanların 
fiziki  ya  da  psixoloji  çatışmazlıqları  ola  biləcəyini  nəzərə  alaraq  şagirdlərin  qarşılaşdıqları 
sinif daxili və sinif xarici problemləri aşkar etməlidir. Şagirdlərin qarşılaşdıqları problemləri 
müəyyənləşdirdikdən  sonra  bunlar  üçün  mümkün  həll  yolları  müəyyənləşdirərək  bu  yolları 
sınayaraq ən uyğun həll yoluna çatmağı bacarmalıdır. 
4) Təhsildə fərdi qabiliyyətləri nəzərə almaq: 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin