Мягалянин актуаллыьы. Фənlərin inteqrasiyasının didaktik əsasları fənlərarası inteqrasi-
yanın quruluşundan fənlərdə uyğun mövzuların oxşarlığından, inteqrativ təlim zamanı müəl-
limi pedaqoji və metodik səriştəsindən və fənlərin öyrənilməsinə müsbət təsir edən amillərdən
asılıdır.
Мягалянин elmi yeniliyi. Məqalədə fənlərarası inteqrasiyanın yaradılmasında və onun
elmi əsaslarla tədrisə tətbiq edilməsində didaktikanın təsir imkanlarının geniş olması göstə-
rilir. Pedaqoji fəaliyyətdə müasir məktəbin qarşısında duran vəzifələrin yerinə yetirilməsində
və hər hansı fənnin qarşılıqlı şəkildə digər fənlərlə əlaqəli öyrənilməsində didaktikanın tətbiqi
müasir dövrün tələbi olması göstərilir. İnteqrativ təlimin tətbiqi şagirdlərin vaxtına qənaət edir
və fənnin dərindən öyrənilməsinə şərait yaradır.