Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə156/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   152   153   154   155   156   157   158   159   ...   298
 
 
120 
ABŞ-ın tanınmış nəzəriyyəçi alimi Con Dyui hesab edir ki, elmdən həyata və həyatdan 
digər elmə  yol axtarmaqla fənlərin təlimində inteqrasiyaya nail olmaq mümkündür. Odur ki, 
didaktik prinsiplər tətbiq etməklə fənlər arasında əlaqə  yaratmağın da əsas açarı həmin fənni 
həyatla əlaqələndirib orada həmin qoyulan məsələnin (mövzunun) digər fənlə əlaqəsini aşkar 
etməkdir. İnteqrasiya təlim prosesini təkmilləşdirir, fənlər arasında qarşılıqlı əlaqə yaradır və 
biri-birindən  asılılığın  dərinləşməsinə  xidmət  edir.  İnteqrativ  təlimin  köməyilə  şagirdlər 
biliklər arasında qarşılıqlı əlaqələri başa düşür və həmin bilikləri şəxsi və ictimai problemlərin 
həllində istifadə edirlər. Fənlərin inteqrasiyası və yaxud fəndaxili mövzuların inteqrasiyasının 
hansı səviyyədə olması hələ də müzakirə mövzusu qalmaqda davam edir. Lakin danılmaz bir 
fakt  var  ki,  inteqrasiya  ayrı-ayrı  fənləri  birləşdirir  və  onlar  arasında  əlaqələr  yaradır.  Bunun 
üçün inteqrasiyanın nəzəri şəkildə irəli sürdüyü arqumentlərə istinad etmək lazımdır. Aparılan 
tədqiqatlar  və  araşdırmalar  nəticəsində  məlum  olmuşdur  ki,  inteqrativ  təlim  nəticələri  qeyri-
inteqrativ təlim nəticələri ilə müqayisədə nəzərə çarpacaq qədər yüksək olur. Təlim prosesinin 
didaktik cəhətdən düzgün təşkil edilməsi  yollarından biri də  fənlərin  əlaqələndirilməsindən 
ibarət  inteqrasiyanın  qurulmasıdır.  Ümumiyyətlə  fənlərarası  inteqrasiyanın  qurulması    bir 
neçə yolla həyata keçirilir. Bunlara aşağıdakılar daxildir 
-
 
iki və daha çox fənnin uyğunlaşdırılması; 
-
 
bacarıqların və biliklərin inteqrasiyası; 
-
 
bir fənn çərçivəsində bir neçə mövzunun inteqrativ təlim əsasında öyrənilməsi
-
 
fənlərin əlaqələndirilməsi üzrə sərbəst inteqrasiyanın yaradılması. 
Bu  göstərilənləri  nəzərə  alaraq  fənləri  birləşdirməklə  inteqrasiya  qurularkən  bir  neçə 
müxtəlif  üsullardan istifadə olunur. Bir neçə fənnin qarşılıqlı inteqrasiyası aşağıda göstərilən 
tələblər ardıcıllıq üzrə  yerinə  yetirilir. Fənnə əsaslanma, verilən mövzuya əsaslanma, təqdim 
olunan  layihələrə  əsaslanma,  digər  şərtləri  nəzərə  almaqla  əsaslanma.  Bu  göstərilənləri 
aşağıdakı sxemdə ardıcıllıqla vermək olar. 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin