Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə154/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   150   151   152   153   154   155   156   157   ...   298
 
 
118 
öyrənərkən psixologiya, fiziologiya, məntiq və s. bu kimi fənlərlə əlaqəli öyrənilməsi fənnin 
dərindən mənimsənilməsinə müsbət təsir göstərər. Yaxud, orta ixtisas təhsilli müəllim hazır-
lığında texnologiya fənninin öyrənilməsi zamanı onun dərindən mənimsənilməsi üçün təbiət 
fənlərinə  o  cümlədən,  kimya,  biologiya,  fizika,  coğrafiya  fənlərinə  müraciət  edilməsi  vacib 
şərt hesab olunur. Bu zaman fənnin dərindən öyrənilməsi üçün geniş imkanlar yaranır.  
Qeyd etmək lazımdır ki, pedaqogikanın, didaktikanın və texnologiyanın öyrənilməsin-
də fiziologiyanın da müəyyən əhəmiyyəti vardır. Belə ki, fiziologiyanı öyrənməklə (oxumaq-
la) hər hansı fərdin fiziki inkişafına müsbət təsir edən imkanların yaranması  müəyyən olunur. 
Ümumiyyətlə  qeyd  etmək  yerinə  düşərdi  ki,  orta  ixtisas təhsili  məktəblərində  didak-
tika aşağı siniflərə nisbətən az tətbiq edilməsi açıq aydın nəzərə çarpır. Burada əsas məqsəd 
“öz fənnini yaxşı öyrən, yaxşı dərk elə, və onu aydın şərh etməyi bacar” tələbini yerinə yetir-
məkdir”.  
Belə  bir  məqsədin  tətbiqi  tələbələrdə  nəinki  öyrəndikləri  fənn  haqqında  hətta  həmin 
fənnin  digər  fənlərlə  inteqrasiyası  haqqında  da  ətraflı  biliyə  malik  olmalı  və  fənlərin 
inteqrasiyası üçün tələb olunan elementləri dəqiq öyrənməlidirlər. 
Fənlərin inteqrativ təlimi zamanı aşağıda göstərilən bir neçə inteqrativlik prinsiplərinin 
tələblərinə riayət olunmalıdır. 
-
 
müvafiqlik prinsipi; 
-
 
əyanilik prinsipi; 
-
 
müqayisəlilik prinsipi; 
-
 
mənimsədikləri biliklərin möhkəmləndirilməsi prinsipi; 
-
 
məntiqi nəticəyə əsaslanma prinsipi; 
Müvafiqlik  prinsipi  əsasən  təlim  yükü  və  onun  mənimsənilməsini  tələbənin  fiziki 
imkanları ilə sıx vəhdət təşkil edir. Təlimin başlanma vaxtı ilə əlaqədar məsələyə kompleks 
yanaşma tələb edir. Təlimə tez və ya gec başlamağın elə bir rolu yoxdur. Əsas məsələ tələbə 
verilən tapşırığı düzgün dərk etsin və qarşıya çıxan çətinliklərin öhdəsindən vaxtında gəlməyi 
bacarsın.  Bu  barədə  K.D.  Uşinski  yazırdı:  “Müəllimin  əsas  məqsədi  dərsin  mənimsənilməsi 
haqqında  inkişafı  nə  sürətləndirmək,  nə  də  ləngitməkdir.  Bəlkə  də  ona  sağlam  ruhi  qida 
verməkdir. Öyrənmə verilən tapşırığı indi başa düşmürsə az sonra başa düşər və anlayar”  
Tələbədə öz gücünə inamın itirməsi qorxulu haldır və bu uzun müddət onun öyrənmə 
inkişafına və qavrama qabiliyyətinə  mənfi təsir göstərər. 
İnteqrativ  təlim  zamanı  fənnin  tələblərini  anlaya  biləcək  səviyyədə  aparılması  üçün 
uyğun  mövzulardan  istifadə  etmək  və  onları  əlaqəli  müqayisəsini  aparmaq  əsas  şərtdir.  Bu 
zaman  tədris  olunan  fənn  mövzusu  ilə  inteqrasiyaya  cəlb  olunan  fənlərdən  seçilən  mövzular 
arasında  əlaqəli  sistem  yaradılmalıdır  və  bu  sistem  mövzu  haqqında  əlavə  materialların 
toplanmasına düzgün  istiqamət verməlidir. 
Əyanilik  prinsipi  didaktik  sistemdə    ən  əsas  yerlərdən  birini  tutur.  Öyrənənin  fikrini 
oyatmaq onu müstəqil düşünüb izah etmək qabiliyyətinin üzə çıxarılmasına təhrik etmək, hər 
hansı  əşya, sxem,  texnoloji  xəttin  fəaliyyəti sxemini  və şəklini  göstərmək bir sözlə “təlimi” 
uşağın (öyrənənin) ruhunda mövcud olan hazır obrazlar üzərində qurmağın vacibliyi aydındır. 
Tələbə  hər hansı  mövzu ətrafında danışırsa onu istiqamətləndirmək lazımdır ki,  o bu mövzu 
ilə  inteqrasiyaya  cəlb  olunan  digər  fənlərdəki  mövzularla  əlaqə  qurmağı  bacarsın  və  bu 
məsələyə  öz  dərk  elədiyi  səviyyədə  yanaşa  bilsin.  Onda  fənnin  (mövzunun)  dərindən 
öyrənilməsi bir qədər asanlaşar və fənn haqqında  yaranan təsəvvür bir azda  genişlənər. 
K.D.  Uşinskiyə  görə,  əyanilik  tələbənin  məntiqi  təfəkkürünün  işə  salınması  üçün 
başlıca nöqtədir. O qeyd edirdi ki, öyrənənləri düzgün müşahidə etməyə alışdırmalı və onların 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin