115 fərqlənir. O, yaradıcı bir insan kimi cəmiyyətin hər hansı bir nöqtəsində özünün əvəzolunmaz
missiyasını yerinə yetirir. Kreativ keyfiyyətləri ilə cəmiyyətin fövqündə dayanır.
Şagirdlərin kreativ bacarıqlarının formalaşması onun intellektual səviyyəsinin artması
analiz, sintez, müqayisə, ümumiləşdirmə, mücərrədləşdirmə kimi idrak bacarıqlarının inkişafı
səviyyəsi ilə ölçülür. Kreativliyin yaranması üçün əsas zəmin ümumi təhsilin məzmununda
yaradılır.
“Görəsən, şagirdlərdə yaradıcı təfəkkür formalaşdırmaq lazımdırmı? Şübhəsiz ki,
lazımdır. Və elmi-texniki inqilab şəraitində bu məktəbin əsas vəzifələrindən biri olmalıdır” (1,
137). Məktəb özünün yaradıcı təfəkkürə malik olan nəsil formalaşdırmaq missiyasını haradan
başlamalıdır? Təhsil məkanında şagirdin kreativ bacarıqlarının bünövrəsi daha çox hansı
komponentin üzərinə düşür?
Təbii ki, bu suallar ətrafında düşünərkən ilk növbədə kreativliyi yaradan məzmun üzə-
rində dayanmaq daha çox məntiqəuyğun hesab edilir. Ümumi təhsilin məzmunu bu baxımdan
daha çox münbit olmaqla yaradıcı təfəkkürə, kreativliyə şərait yaratmalıdır. Müşahidələr, əl-
də olunan təcrübələr də onu göstərir ki, təlim materiallarının sadəcə təsvirini vermək, onları
şablon kimi şagirdlərin yaddaşına təqdim etmək heç də şagirdlərin yaradıcı təfəkkürünə im-
kan yarada bilmir. Əksinə, onların düşünmək səlahiyyətlərini əlindən alır, fəallıq və çeviklik
imkanlarını məhdudlaşdırır. Odur ki, əvvəlcədən şagird düşüncəsinin səviyyəsini ifadə edən
nəticələrin müəyyən olunması və öyrənmə fəaliyyətinin ona yönəldilməsi müasir təhsil ya-
naşmalarında aktual və didaktik cəhətdən əhəmiyyətli hesab edilir. Eləcə də şagirdlərin situa-
siyaya uyğun texnologiya seçməsi, müxtəlif yaradıcılıq müstəvisində sərbəst yanaşmalar seç-
məsi və nümayiş etdirməsi şagirdlərin inkişafını təmin etmək baxımından faydalı bilinir.
Beləliklə, ümumi təhsilin məzmun komponentində kreativliyin və çevikliyin inkişaf
etdirilməsinə imkan yaratmaq, onun ardıcıl olaraq davam etdirilməsinə təminat vermək
xüsusi prinsipial tələb kimi vacib hesab edilir.