Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə148/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   144   145   146   147   148   149   150   151   ...   298
 
 
113 
tapmışdır”. (5.s.75) 
Bu gün təhsil əsri kimi qəbul edilmiş XXI əsrdə də inteqrasiya müasir təhsilin əsas əla-
məti  kimi  qalmaqdadır.  Ən  yeni  texnologiyalarla  zəngin  olan  bu  əsrdə  inteqrasiyadan  bəhs 
olunarkən ilk növbədə onu əsas prinsip  kimi qəbul etməklə mahiyyətində daha çox əlaqələrin, 
qoşulmanın,  qovuşmanın  olduğu  göstərilir.  “İnteqrasiya-milli  təhsil  sisteminin  dünya  təhsil 
sisteminə səmərəli formada qoşulması, uyğunlaşması  və qovuşması əsasında inkişafı” (2) ki-
mi dəyərləndirilir. Daha geniş məzmuna malik təhsil anlayışına aid olan inteqrasiya onun bü-
tün struktur elementlərinə şamil edilir. 
Bu isə o deməkdir ki, inteqrasiya həm də təhsilin məzmununun qurulmasında  nəzərə 
alınması zəruri olan bir prinsipdir. Araşdırmaların məntiqinə uyğun olaraq biz analoji olaraq 
ümumi təhsilin məzmununda inteqrasiyanın vacibliyini qeyd edirik. 
Ümumi təhsilin səviyyələri  özlüyündə  ayrı-ayrı məqsəd daşısa da, onlar ümumi təhsil 
məqsədi daşıması  baxımından  vahid bir ideyaya  xidmət göstərirlər. Burada ibtidai təhsildən 
başlayaraq tam orta təhsilə qədər  məzmunun məntiqində ümumidən xüsusiyə doğru bir isti-
qamətin  müəyyənləşdirildiyi  aydın  görünür.  Bu  isə  parlaq  şəkildə  fənlərin  sayında  öz  ifadə 
tərzini tapır. Belə ki, ibtidai siniflərdə 9, ümumi orta təhsildə 15, tam orta təhsildə isə 17 fən-
nin tədris olunması nəzərdə tutulur.  
Ümumi təhsilin məzmununda inteqrasiya ilkin olaraq səviyyələr üzrə məqsədlərin, elə-
cə də ümumi nəticələrin müəyyən olunması üçün vacib hesab edilir. Nəticələrdə zəruri biliklə-
rin  və  şagirdlərə  aşılanacaq  fəaliyyətlərin  birləşdirilməsi  məhz  inteqrasiya  prinsipinə  əsasən 
həyata keçirilir. Daha sonra siniflər üzrə standartların formalaşdırılmasında da zəruri bilik və 
fəaliyyətlərin  birləşdirilməsi  məqsədi  ilə  inteqrasiyaya  istinad  olunması  zərurəti  meydana 
çıxır. 
Bu gün təhsilə kulturoloji yanaşma  tərzi onun məzmununun mədəniyyətlərə əsaslanan  
dəyəryönümlü  xarakter  daşımasını  tələb  edir.  Şagirdlərin  bir  şəxsiyyət  kimi  formalaşması 
üçün onlarda nitq mədəniyyəti, təfəkkür mədəniyyəti, fiziki mədəniyyət, estetik mədəniyyət, 
ekoloji mədəniyyət kimi dəyərlərin formalaşdırılması didaktik vəzifə kimi meydana çıxır. Də-
yərlər isə insan fəaliyyətini tənzimləyən mühüm keyfiyyətlər kimi özündə həm də zəruri bilik-
ləri, bacarıq və qabiliyyətləri ehtiva edir. Onlar inteqrasiya prinsipinə istinad olunmaqla yara-
nır. Eyni zamanda təlim prosesində müəllimin  inteqrativ yanaşma tərzini tələb edir.  
Təhsil  prosesinin  keyfiyyəti  həm  də  əlaqələrin  səmərəli  qurulmasından  asılı  olur  ki,  
bu da kurikulumlarda fənlərin öz daxilində, həm də fənlər arasında olan əlaqəliliyin gözlənil-
məsi ilə tənzimlənir. Belə əlaqələrin qurulması da inteqrasiyanın bir prinsip kimi gözlənilmə-
sini tələb edir. 
Ümumi təhsilin məzmununda, inteqrasiyanın nəzərə alınmasında onun həm üfüqi, həm 
də şaquli növlərindən istifadə olunması da didaktik əhəmiyyət daşıyan məsələ kimi dəyərlən-
dirilir.  
7.  Ümumi  təhsilin  məzmununun  formalaşdırılması  zamanı  milli  və  bəşəri  dəyərlərin 
nəzərə alınması. Müasir dünyada qurulan təhsilin başlıca keyfiyyətlərindən biri onun dəyəryö-
nümlü olması, təhsil alanları gələcəyin vətəndaşı kimi yetişdirmək üçün onlarda ən yüksək in-
sani keyfiyyətlərin formalaşdırılmasından ibarətdir. O, ilk növbədə, özünün ən zəruri milli xü-
susiyyətlərini  daşımaqla,  eyni  zamanda,  ümumbəşəri  keyfiyyətlərə  də  yiyələnməlidir.  Qlo-
ballaşan  dünyada  insanların,  ölkələrin,  xalqların,  millətlərin  əlaqə  və  ünsiyyətinin  çoxaldığı 
bir zamanda hər bir təhsil alan, o cümlədən ümumi təhsilini başa vuran hər kəs üçün bu, vacib 
bir sosial tələb hesab edilir. Bu tələbin yerinə yetirilməsi isə, birinci növbədə, ümumi təhsilin 
məzmununda milli və bəşəri dəyərlərin nəzərə alınmasının zəruriliyini meydana çıxarır. 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin