Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə147/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   143   144   145   146   147   148   149   150   ...   298
 
 
112 
maqla onların hər biri özünəməxsusluğu ilə fərqlənir. İlk növbədə onlar başlıca olaraq məqsəd 
və vəzifələrinə, eləcə də daşıdıqları məzmuna görə fərqlənir. Eyni zamanda onlar müxtəlif yaş 
dövründə  olan  uşaqların  tələbat  və  ehtiyaclarını  ödəmək  zərurəti  qarşısında  qaldıqlarından 
spesifik məzmunla yanaşı, özlərinə xas olan təlim texnologiyaları ilə seçilirlər. Bunlar ümumi 
təhsil pilləsinin səviyyələrinin təbii olaraq özünəxas keyfiyyətlərə malik olmasını göstərməklə 
onlara  orijinallıq,  özünəməxsusluq  gətirir.  Eyni  zamanda  bu  səviyyələrin  fərqli  pedaqoji  st-
rukturlar kimi təqdim olunmasını təmin edir. 
Bütün bunlarla yanaşı, ümumi təhsilin vahid bir təhsil pilləsi kimi keyfiyyətlərə malik 
olmasını inkar etmir. Bu mənada ümumi təhsilə aid olan bu keyfiyyət həm də onun məzmu-
nuna da aid olur. Odur ki, ümumi təhsilin müxtəlif səviyyələrdə formalaşdırılmış məzmunun 
struktur  cəhətdən  vahidliyini  mühüm  prinsiplərdən  biri  kimi  qəbul  etməklə  yanaşı,  eyni  za-
manda  bir  anlayış  olmaqla  məzmunun  struktur  cəhətdən  vahidliyi  barədə  mülahizələri  də 
aydınlaşdırmaq pedaqoji cəhətdən faydalı hesab edilir. Eyni zamanda fikirləri pedaqoji tələb-
lər səviyyəsində izah etməklə bu prinsipin daha inandırıcı olması qərarına  gəldik. 
5. Ümumi təhsilin məzmununun şəxsiyyətyönümlülüyü. Qlobal dünyanın təhsil siste-
mində  gedən  dəyişikliklərin  mühüm  istiqamətlərindən  biri  onun  humanist  mahiyyət  daşıma-
sından, şəxsiyyətin meyl və maraqlarına yönəlməsindən ibarətdir. Azərbaycanda aparılan təh-
sil islahatlarında da “təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, onun təlim-tərbiyə pro-
sesinin  əsas  subyetinə  çevrilməsini  başlıca  vəzifə  hesab  edən,  bütün  qurumların  fəaliyyətini 
təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni bir sistemin yaradıl-
ması” ciddi bir vəzifə kimi qarşıya qoyulur. Bu vəzifə, ilk növbədə, təhsilin, o cümlədən ümu-
mi  təhsilin  məzmununda  şəxsiyyətin  inkişafını  nəzərdə  tutan  təminedici  məzmunun  yaradıl-
masını tələb edir. Şagirdlərin idraki, hissi-emosional və psixomotor inkişafını izləməyə imkan 
verən təhsil standartlarının hazırlanmasını şərtləndirir. 
6. Ümumi  təhsilin məzmununun  inteqrativliyi. Müasir zamanda inteqrasiya anlayışı 
haqqında yeniliyin atributu kini danışılsa da, onun çox qədim bir tarixi vardır. Həyat  yaran-
dığı dövrdən inteqrativ keyfiyyətlərinə görə daha çox maraq doğurub, diqqəti cəlb edib. İnsan 
özünün demək olar ki, bütün nailiyyətlərinə inteqrativ düşüncə tərzi vasitəsilə nail olub. Müx-
təlif obyektlər arasındakı əlaqələri müəyyən etməklə, eləcə də özünün oxşar subyektiv müla-
hizələrinin fonunda yeni kəşflər etməklə uğurlar qazanıb. Bütün bunlar isə inteqrativliyin da-
ha çox elmi yanaşmaların əsasında duran və obyektiv xarakter daşıyan bir xüsusiyyət olmasını 
meydana çıxarır. O cümlədən, təhsilə  aid olması  sadə  bir məntiqdir.  Xüsusən təhsilin məz-
mununda  inteqrasiyanın olması, onun hər hansı bir məqsəd ətrafında bitkin, həm də bütöv bir 
təhsil  sisteminin  komponenti  kimi  formalaşması  həmişə  məktəblə  məşğul  olan  insanları  dü-
şündürmüşdür. Təhsilin məzmununa aid araşdırmalarda  bu baxımdan maraqlı nəticələr vardır. 
Ən başlıcası inteqrativ kurikulumların  kökü ilə bağlı qənaətdir”. İnteqrativ kurikulumun kökü 
qədim yunan filosofu Aristotelə gedib çıxır. Aristotel “Etika və siyasət” əsərində fikirlə əməli, 
düşüncə  ilə  fəaliyyəti  birləşdirməyin  nəzəri  əsaslarını  işləyib  hazırlamışdır.  Aristotelin  bu 
konsepsiyası orta əsrlər Avropa təhsilinə həlledici təsir göstərdi və orta əsr universitetlərində 
akademik  fəaliyyətin  mahiyyətini  təşkil  edən  “incəsənət  və  metodların”    mahiyyətini  təşkil 
etdi”. (4, s.39) 
Bu yanaşma sonralar da cəmiyyətin təhsil hadisəsinin mühüm əlamətlərindən biri kimi 
davam etdirilmişdir. ”Sonrakı dövrlərdə klassik pedaqoqların Y.A.Komenskinin, A.Disterver-
qin,  K.D.Uşinskinin  əsərlərində  və  ya  dərsliklərində  şagirdlərin  inteqrativ  təfəkkürünün  in-
kişafına  imkan  verən  tədris  materialları,  yəni  onların  nitqinin  lüğət  ehtiyatlarının  artmasına, 
həm  də  təbiət,  ətraf  aləm  haqqında  biliklərin zənginləşməsinə    kömək  edən  şərtlər  öz  əksini 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin