Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə153/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   149   150   151   152   153   154   155   156   ...   298
Редаксийайа дахил олуб: 02.06.2015 
 
                                     
 
 
 
 
 
 
 
  
  
  
  


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
117 
Фянлярин интеграсийасынын  дидактик ясаслары 
Məmməd Kazımov 
pedaqogika üzrə fəlsəfə doktoru, dosent,    
                         ARTPİ 
E-mail: 
memmedkazim@mail.ru
 
Rəyçilər: ped.ц.e.d., prof. A.N. Abbasov 
 
                 ped.ц.e.d., prof. H.H. Əhmədov   
  
  
Açar  sözlər: didaktika, inteqrativ təlim, müasir məktəb, fənlərin əlaqəli tədrisi, inte-
qrativ təlim prinsipləri, uyğun mövzular, məntiqi nəticə 
Ключевые  слово:  дидактик,  интегративное  обучения,  современная  школа, 
взаимосвязанных  обучении  предметов,  принципов  интегративных  обучении,  Одина-
ковые темы, логические результаты 
Key  words:  didactics,  integrative  learning,  modern  school,  interconnected  learning 
objects, principles of integrative learning the same topics, logical results 
 
Fənlərarası  əlaqələrin  qurulmasında,  fəndaxili  mövzuların  bir-birini  tamamlamasında 
inteqrativ təlimin rolu böyükdür. Fənlərarası inteqrasiyanın əlaqəli şəkildə yaradılmasında və 
onun elmi əsaslarla fənlərin dərindən öyrənilməsində, tətbiq olunmasında və pedaqogika elmi 
üçün xüsusi maraq doğuran didaktik irsin təsiri və imkanları danılmazdır. “Didaktika” yunan 
sözü olub didaktikos sözündən əmələ gəlib və mənası “ibrətamiz” deməkdir. Elmi didaktika-
nın banisi Çex alimi Yan Amos Komenski olmuşdur. O  yeni üsulla işləyən məktəbin ilk layi-
həsini hazırlamış, dərs haqqında yeni pedaqoji təfəkkürü və pedaqoji düşüncəni bütün dünya-
ya bəyan etmiş, orta ümumtəhsil məktəblərinin təlim nəzəriyyəsinin əsasını hazırlamışdır. 
Komenskinin ponsofiya (hamıya hər şeyi öyrətmək) ideyası deyəndə sxolostik və doq-
matik fərdi təlimdən imtina etməklə hamıya hər şeyi ayrı-ayrı elmlər vasitəsilə sinif şəraitin-
də, müəllimin rəhbərliyi altında təlimin təşkili forması olan dərs zamanı öyrənməyə üstünlük 
verirdi. Beləliklə, Komenski tərəfindən elmi pedaqogikanın və onun elmi nəzəriyyəsinin əsası 
qoyuldu. Göstərdiyimiz kimi elmi pedaqogika Komenski tərəfindən əsası qoyulan elmi diaq-
nostika (Böyük didaktika) əsasında elmi pedaqogika yaradılmışdır. Bu görkəmli alimin didak-
tika sahəsində yaratdığı konsepsiyalar və elmi istiqamətlər böyük uğurla pedaqoji sahəyə tət-
biq edilmiş və hal-hazırda da istifadə edilməkdədir. 
Didaktika  sahəsində  böyük  tədqiqatlar  aparmış  rus  pedaqogikasının  “atası”  sayılan 
K.D.  Uşinski  yaxşı  tərbiyə  nəzəriyyəçisi  olduğu  qədər  də  didaktika  sahəsində  ensiklopedik 
düşüncəyə malik  olan və bu sahəyə yeniliklər gətirən görkəmli alimdir. 
K.D. Uşinskinin didaktik irsi pedaqogika elmi üçün xüsusi maraq doğurmaqla müasir 
məktəbin bir sıra aktual, praktik vəzifələrinin həllində çoxsahəli əhəmiyyətə malikdir. O, di-
daktika  sahəsində  böyük  əhəmiyyətə  malik  olan  pedaqoji  nəzəriyyəni    yaratmaq  vəzifəsini 
qarşıya qoymuş və buna nail olmuşdur. K.D. Uşinski başlıca vəzifəni müəllimlərə hazır isti-
qamət  verməkdə  deyil, onları  şüurlu  yaradıcı fəaliyyətə  yönəltməkdə və  dövrün tələbinə  uy-
ğun istiqamət  verməkdə  görürdü. O, qeyd edirdi  ki,  həm  pedaqogikanın və həm  də didakti-
kanın ciddi elmi əsasa və elmi araşdırmalara ehtiyacı var və bir çox elmlərlə (insan haqqında 
biliklərə,  psixologiya,  fəlsəfə,  məntiq,  incəsənət)  əlaqəli  şəkildə  öyrənilməsi  vacibdir.  Ümu-
miyyətlə, müasir tədrisdə hər hansı bir elmin, fənnin dərindən öyrənilməsi üçün digər fənlərlə 
əlaqəli şəkildə öyrənilməsinə müraciət edilməsi  müsbət nəticə verər. Məsələn, pedaqogikanı 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin