104 rəfindən ardıcıllıqla verilmiş göstəriş, sərəncam və qərarlar Azərbaycan Respublikası vətən-
daşlarının, onların sosial müdafiəsinin Dövlətimizin əsas Qanunu olan Konustitusiyamızın tə-
ləblərindən irəli əlməkdədir. Bu qanunauyğunluq əhalinin sosial məşğulluğunun olduqca va-
cib prinsiplərinin müəyyənləşdirilməsinə də imkan verir:
1. Əhalinin müxtəlif qruplarının, iş qabiliyyətli hissəsinin sosial məşğulluğunun
ümumdövlət əhəmiyyətli prioritet məsələ olması.
2. Sosial məşğulluğun məqsədyönlülünün əhali artımına təsiri.
3. Sosial məşğulluğun təhsil sistemində həyata keçirilən peşəyönümü, peşəceçmə və
peşəmaarifi işi ilə birbaşa bağlılığı.
4. Sosial məşğulluğun siyasi-iqtisadi sabitliyin ilkin şərtlərindən biri olması.
5. Sosial məşğulluğun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olması.
6. Sosial məşğulluq probleminin elmi-texniki inkişafın sürətinə müvafiq şəkildə dəyər-
ləndirilməsi məqsədilə beynəlxalq təcrübənini izləməyin zəruriliyi.
7. Gənc nəslin sosial məşğulluğunun pedaqoji problemlərdən biri kimi tədqiqata cəlb
olunması, planlı, mütəşəkkül şəkidə informasiyalaşdırımış və həlli mümükün olan məsələlər-
dən biri olması.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Gəncliyi Dövlət Proq-
ramı (2005-2009-cu iilər)–nın təsdiqi haqqında sərəncamın imzalanması sosai məşğulluğun
təmni edilməsi baxımından çox vacib proqram oldu. Бu proqramla əlaqədar Azərbaycan
Respublikası ƏƏSMN-nin müvafiq tədbirlərinin məzmununda “Azərbaycan Respublikasında
gənclərin məşğulluğunun təmin edilməsi və sahibkarlıq fəaliyyəti sahəsində inkişaf etmiş xa-
rici ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi və onun tətbiqi ilə bağlı təkliflərin hazırlan-
ması” da bir xüsusi bənd kimi öz yerini alması təsadüfi deyildi. ƏƏSMN-yi bir dövlət qrumu
kimi dünya təcrübəsinin öyrənilməsinə xüsusi əhəmiyyət verməsini bir sıra tədbirlərdə iştirakı
ilə bir daha təsdiq etmiş oldu.
Əhalinin sosial məşğulluğu məsələsinin prioritet olması bu prinsiplərrin mahiyyəti ilə
bir daha təsdiqlənir. Dövlət məşğulluq mərkəzinin fəaliyyətə başlaması özü ilə bir neçə işlək
anlayışları da gətirmiş oldu: “Sosial məşğulluq”, ”Sosial təminat”, ”Sosial müavinət” və s. bu
məfhumların məzmunca bazar iqtisadiyyatının müxtəlif sosial qrupların əməkfəaliyyətinin so-
sial mahiyyətini lazımınca dəyərləndirmək imkanında olmayanların cəmiyyətdə təlim-tərbiyə
işində problemlərin olmasına bir daha diqqəti cəlb etməkdədir. Doğrudur, keçid dövründə sü-
rətlə dəyişən və çevik xarakter daşıyan əmək bazarı hələ “özünün diqtə etdiyi qanunlarının
əsarətinə” düşmək istəməyənlərlə dil tapa bilməsə də peşəsini, işini dəyişməklə vəziyyətdən
çıxış yolu tapmışdır.
“Rəqabətə davamlı” işçi qüvvəsinin formalaşması mütəxəssis hazırlığının üfüqlərini
genişləndirmək, ixtisaslı fəhlə kadrlarına, sadə peşə adamlarına, yüksək ixtisaslı mütəxəssis-
lərə, xalq təsərrüfatının bütün strukturları üçün əmək bazarının tələbatına cavab verəcək bir
nəslin formalaşmasında insan amilinin öz üzərinə düşən məsüliyyəti də artırmış oldu. Bu də-
yişim şəraiti yalnız planlardan, qərar və sərəncamlardan ibarıt olmayıb yeni-yeni peşələrin
yaranmasına, ölkənin əmək bazarına ayaq açmasına səbəb oldu.
IV. Sosial məşğulluğun təmin edilməsi sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin
öyrənilməsi.
Müstəqilliyimizin ilk onilliyindən başlayaraq həyata keçirilən Tıhsil İslahatının mahiy-
yətindən irəli gələn tədbirlərinin texniki-peşə təhsilinin əsaslı şəkildə yenidən qurulmasına rə-
vac vermiş oldu. Onu da qeyd etmək lazımdır ki, bu yenidənqurmanın həyata keçirilməsi
perspektivləri yüksək peşə səriştəsi olan müəllimlərin, peşə ustalarının, eləcə də hazırlıqlı mü-