Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə134/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   130   131   132   133   134   135   136   137   ...   298
 
 
102 
vəsində mümkün ola bilərdi. Bu mühüm vəzifənin reallaşdırılması təxirəsalınmaz tədbirlərin 
perspektivlərini müəyyənləşdirməkdən keçirdi. 
1. Sənayenin inkişafı. 
2. Kənd təsəsərrüfatının inkişafı 
3.  İnsanın  davamlı  inkişafı  kontekstində  insan  kapitalının  prioritet    məsələlərdən  biri 
kimi ön plana çəkilməsi. 
Hələ sovetlər dönəmində çoxsaylı sosial-pedaqoji problemlər öz  həllin gözləyir, əsaslı 
elmi  araşdırmaların  aparılmasına, sosioloji  eksperimentlərə  ciddi  ehtiyac  vardı.  Sosial-peda-
qoji problemlər elə müstəqilliyin ilk illərindən başlayaraq ali və orta ixtisas təhsili müəssisələ-
rində tədris-işi səviyyəsindən önə keçə bilməmişdir. 
İndiyə qədər aparılmış tədqiqatlar göstəriri ki, pedaqogikada peşəyönümü və əmək tər-
biyəsi qarşılıqlı əlaqədə öyrənilmiş, pedaqogikanın tədrisində də bu problemə birgə  yanaşma 
tərzinə  üstünlük  verilmişdir.  Мюvcud  pedaqoji  ədəbiyyatlarda  (M.İlyasov,  ”Peşəyönümünün 
əsasları, Bakı-2011, Ə.Əhmədov, K.Məcidov, ”Məktəblilərin peşəyönümü” Bakı-1988, N.Ka-
zımov, Ə.Həşimov, ”Pedaqogika”, Bakı-1996 və s.) peşəyönümü və əmək tərbiyəsi pedaqoji 
problem kimi öyrənilsə də sosial məşğulluğa pedaqoji problem kimi yanaşmalar olmamışdır. 
Bu günə qədər peşəyönümü və sosial məşğulluq, eləcə də əmək tərbiyəsi və məktəblilərin hə-
yata və fəaliyyətə hazırlanması mövzusu sosial məşğulluğun əsasları kimi tədqiqata cəlb edil-
məmişdir 
Diqqətə  çatdırılması  çox  vacib  məsələlərdən  biri  də  budur  ki,  son  illər  “Peşəyönümü 
və  sosai  məşğulluğun  əsasları  “fənni  ali  məktəblərdə  tədris  planına  uyğun  olaraq  tədris  olu-
nur; tədris proqramında peşəyönümü hərtərəfli işıqlandırılsa da sosial məşğulluğa dair bir iki 
mövzu verilmişdir. Proqramda verilən mövzuların şərhini də o qədər qənaətbəxş hesab etmək 
olmaz.  Bütün  bunları  qeyd  etməklə  yanaşı  onu  da  bildirmək  yerinə  düşərdi  ki,  tərəfimizdən 
“Peşəyönümü və sosial məşğulluğun əsasları” kursunun məzmununda bir sıra problemlərin də 
tədqiqat mövzusu kimi işlənməsinə ehtiyac vardır. 
Dünya təcrübəsində bu sahədə mövcud olan müsbət göstəricilər vətəndaş cəmiyyətinin 
inkişafında özünün mühüm  roluna görə fərqlənir. Azərbaycan dövləti bu sahədə uğurlar qa-
zanmağa çalışır,  yenidən qurulmağa ehtiyacı olan xalq təsərrüfatında sosial biliklərin artırıl-
masına,  əhalinin  maarifləndirilməsinə  zəruri  bir  hal  kimi  baxır.  Bu  sahədə  toplanmış  təc-
rübənin öyrənilməsi nvə bundan maksimum imkanlar çərçivəsində yararlanmaq hərtərəfli təc-
rübə mübadiləsi yolu ilə ola bilərdi. 
Əhalinin sürətli inkişafı bu sahədə həm elmi tədqiqatlara, həm də əməli quruculuğun 
mühüm istiqamətlərindən biri kimi sosial-iqtisadi sabitliyin təmin olunması üçün zəruri təd-
birlərin görülməsini sürətləndirir; dövlət ilk növbədə təhsil quruculuğu məsələlərinin həlli yo-
lunda inamlı addımlar atır.  
Xalq  təsərrüfatının  inkişaf  dinamikasında  bir  neçə  mühüm  amilin  zəruri  şərtlər  kimi 
inkişafı qaçılmaz olur: həm yeni texnikadan peşəkarlıqla faydalanmanın istehsalata gətirilmə-
si, həm də yenilərinin yaradılmasına diqqətin artırılması, yeni peşələrin qazanılması istiqamə-
tində işlərin görülməsi idarəetmədə texnikanın imkanlarından istifadənin sürətlənməsinə diq-
qəti  və  mçarağı  artırmış  oldu.  Əhalinin  müəyyən  ixtisaslara  “yiyələnmiş”  müəyyən  təbəqə-
sinin  də  bu  dövrdə  tələb  olunan  bacarıq  və  peşəkarlığa  yetərincə  malik  olmaması  səbəbiylə 
onların da işsizlər siyahısına əlavə olunması ilə nəticələnir. Bu zaman əhalinin bu təbəqəsinin 
sosial məşğulluğunun təmin edilməsi problemi  yaranır;  məhz bu istiqamətdə görülən işlərin 
məzmunu və  formaları  uyğun olaraq  bu sahədə hətata keçirilən tədbirlər də həyata keçirilmə 
müddəti və məzmun etibarilə bir neçə istiqamətdə aparılırdı. 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin