Açar sözlər: sosial məşğulluq, peşəyönümü və peşə maarifi, peşələrə istiqamətləndir-
mə, əmək bazarı, işsiz statusu
Ключевые слова: социальная занятость, карьера и профессионально-
техническое образование, торш маршритизации, трудовой рынок, статус безработного
Кей wордс: емплоймент оф соъиал, вокатионал эуиданъе, воъатионал едуъатион, реферрал
профессионс, латор маркет
Müstəqilliyinə yenicə qovuşmuş pespublikamızda müəyyən problemlərin doğurduğu
obyektiv çətinliklər olsa da bunların heç biri iqtisadiyatın inkişafını ləngitmədi, əksinə hər bir
sahədə yeniləşmənin, dünya iqtisadiyatı ilə rəqabətə, innovasiyalara açıq olan güclü iqtisadiy-
yatın strategiyalarının araşdırılmasına, işaxtaranlar və işəgötürənlər üçün rəqabətə dayanıqlı
peşəkarlığın önəm qazanması yolu açıldı. Elə bu keçid dövründə peşəyönümü probleminin
aktuallaşması sürətlə gedən sosial-iqtisadi inkişafda öz yerini tutmuş oldu. Peşəyönümü və so-
sial məşğulluq pedaqoji problem kimi aktullaşması ilə yanaşı digər sosial qayğıların da həl-
linin əslində “məşğulluq”la bağlı olduğunu aşkarlamış oldu; iqtisadi yüksəlişin gedişində təh-
sil islahatının mərhələli şəkildə həyata keçirilməsi insan amilinin formalaşmasının (təhsili, pe-
şəkarlığı, məşğulluğu münasibəti, həyat tərzi, ailədəki rolu, münasibətləri və s.) real imkan-
larını və vəziyyətini, sosial durumunu tədqiqat obyekti kimi zəruriliyini də gözlər önünə sərdi;
təhsil islahatı bir çox həyati məsələlərin həlli yollarını aşkarlamaq iqtidarında olan, onu hə-
yata keçirməyi bacaran şəxsiyyətin formalaşmasının açarı olmalıydı.
Dövlətin də qarşısında duran vəzifələr konkret məzmuna yönəldildi: əsas iqtisadi qay-
ğılarından düzgün istifadə etməklə əhalinin qeyri-məşğul hissəsinin sosial məşğulluğunun
tənzimləməsi məsələsinə yeni quruculuq tədbirlərinin məzmununa xüsusi yer verilməsi, yeni
iş yerlərinin, xüsusilə daimi və uzunmüddətli işyerlərinin açılması ilə bağlı perspektivləri
müəyyən etmiş oldu; qarşıda duran vəzifələr o qədər də asan deyildi: iqtisadiyyatın inkişaf
sürətinin uyğyn şəkildə tənzimlərmək, iqtisadi qaynaqların müəyyənləşdirilməsi, düzgün, çe-
vik istifadəsi quruculuq tədbirlərinin planlaşdırılması, işçi qevvəsinin yerləşdirilməsi və bütün
bunların bazar iqtisadiyyatının tələbləri ilə uzlaşdırılması məsələsi müntəzəm, ardıcıl, planlı
xarakter daşımalı idi. Dövlətin sosial məşğulluğun təmin edilməsi ilə bağlı siyasətinin ilk ad-
dımı kimi Dövlət sosial məşğulluq Xidmətinin strukturu müəyyənləşdirmək oldu. Bu xidmə-
tin tarixinə nəzər salmaq lazım gəlsə onu demək kifayətdir ki,sosial məşğulluğun bir problem
kimi həlli o qədər də uzaq tarixə söykənmir.
Əhalinin sosial məşğulluğu üzrə mərkəz müstəqillik illərindən öncə yaradılsa da bu
sahədə əsaslı islahat tədbirləri gözəçarpan səviyyədə olmadığı da göz önündədir.
1991-ci ilin iyulynda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərqrı
ilə yaradılmış Dövlət Məşğulluq Xidməti həmin ilin oktyabrında qərarın qüvvəyə minməsi ilə