Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə126/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   122   123   124   125   126   127   128   129   ...   298
 
 
96 
onun imkanlarının həyata keçirilməsi, cəmiyyətin elmi-texniki və sosial tərəqqisinə imkan ve-
rən peşə təşəkkülü üçün şərait yaratmalıdır. 
Sosial fəallıq insan fəaliyyətinin dərk edilmiş və məqsədyönlü tipidir. Sosial fəallığın 
inkişafı  tələbənin  sosial  mühitlə  qarşılıqlı  fəaliyyəti  prosesində  həyata  keçir.  Sosial  fəallıq 
şəraitində  şəxsiyyət  (bizim  tədqiqatda  tələbə)  ictimai  inkişafın  vəzifələrini  rəhbər  tutaraq,  
özünü və sosiumu dəyişdirmək cəhdində olur. 
 
Sinifdənxaric vaxtlarda tələbələrin sosial fəallığının səmərəli şəkildə  inkişaf etdirmək 
üçün  fəaliyyətin  məqsədi  düzgün  müəyyənləşdirilməlidir.  Belə  ki,  bunun  üçün  qarşıya  belə 
məqsəd qoymaq mümkündür: kollec tələbələrində sosial fəallığın formalaşdırılmasına imkan 
verən sosial-pedaqoji şərtləri müəyyənləşdirmək və əsaslandırmaq. 
Fikrimizcə,  aşağıdakı hallarda tələbələrdə sosial fəallıq səmərəli şəkildə tərbiyə oluna 
bilər: 
1.  Haqqında  danışılan  prosesinin  təşkilinin  vasitəsi  olmaq  etibarilə  sosial  mühitin 
mümkün imkanlarından pedaqoji kollektivin faydalana bilməsi. 
2. Sinifdənxaric işin sosial-pedaqoji imkanlarını müəyyənləşdirmək, qabaqcadan plan-
laşdırma  işləri  aparmaq.  Tədbirlər  planlaşdırılarkən  tələbələrin  arzu  və  istəklərinin  nəzərə 
alınması. 
3. Sosial fəallığın qarşısında dayanan məqsədi, onun prinsiplərini, sosial-pedaqoji şərt-
lərini, metodlarını, vasitələrinin, həyata keçirilməsinin səmərəli yollarını, sosial fəallığın for-
malaşması səviyyəsini özündə birləşdirən kollec tələbələrinin sosial fəallığının modelini işlə-
yib hazırlamaq və tətbiq etmək. 
Tələbələrin sosial fəallığının formalaşdırılması modeli sinifdənxaric işin təşkilinin ma-
hiyyətini  açır.  Bu  modelə  daxildir:  sosiumun  ehtiyatlarından,  eyni  zamanda  tələbə  oğlan  və 
qızın  sosial  tələbatlarının,  qabiliyyətlərinin  inkişafında  onların  öz  imkanlarından  istifadə; 
həmçinin  sosial-pedaqoji  şərtlər  kompleksi  əsasında  həyata  keçən  sosial  münasibətlərin  bər-
qərar olması və s.  
4.  Tələbələrdə  sosial  fəallığı  formalaşdırmağın  metodik  sistemini  işləyib  hazırlamaq. 
Bu metodikaya daxildir: sinifdənxaric işin mərhələləri, xüsusən tələbələrin  sosial təliminə so-
sial  maariflənməsinə imkan verən idraki  mərhələ;  sinifdənxaric işin imkanlarından bacarıqla 
faydalanmaq  üçün  müəllimlərin  sosial  fəallığının  yüksəldilməsi  ilə  əlaqədar  olan    kollecin 
pedaqoji mühitinin  formalaşdırılması  mərhələsi;  tələbələri sinifdənxaric işin  müxtəlif növlə-
rinə cəlb etmək məqsədilə onların sosial təcrübəsindən istifadə mərhələsi; sosial fəallığı müx-
təlif səviyyədə olan tələbələrin sosial tələbatlarının hesaba alınmasına istiqamətlənən fərdi kö-
məyin göstərilməsi mərhələsi; qarşılıqlı fəaliyyətin forma və metodlarını əks etdirən sinifdən-
xaric  tədbirlər  zamanı  tələbə  gənclərdə  sosial  fəallığın  formalaşdırılması  üzrə  işin  səmərəli 
yolları və s.  
5.  Sinifdənxaric  tədbirlərə  tələbələrdə  marağın  yaradılması.  Bu  tədbirlərdə  onların 
məcburiyyət olmadan, könüllü iştirak etməsi. 
6. Sinifdənxaric işin bu və ya digər forması üzrə tədbirdə tələbələrin təşəbbüskarlığına 
geniş meydan vermək. 
7.  Sinifdənxaric  tədbirin  təşkilində  və  həyata  keçirilməsində  tələbələrin  müstəqilliy-
inin diqqət mərkəzində dayanması. 
8. Sinifdənxaric tədbirlər zamanı tələbə oğlan və  qızların təşkilatçılıq qabiliyyətlərin-
dən istifadə etmək. 
9. Kollec tələbələrində sosial fəallığın mərhələlərlə formalaşdırılmasına nail olmaq.  


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin