88 sında düzəldilmiş ölçü və nəzarət cihazlarının iş prinsipini bilmək və işlətmə qaydalarını mə-
nimsəmək lazımdır.
Məsələn, Eşitmə hissinin xarakteristikası. Səs ölçmələri. Audiometriya. Bu sərbəst işi
hazırlayıb təhvil vermək üçün, aşağıdakı tələbləri yerinə yetirmək və nəzəri mövzuları dərin-
dən öyrənmək lazımdır: Səs rəqsləri, səsin əmələ gəlməsi, müxtəlif mühitlərdə səsin yayıl-
ması, qazlarda səsin yayılması, səsin obyektiv xarakteristikaları, harmonik analiz, insanın səs
aparatı, səsin subyektiv xarakteristikaları, səsin ucalığı, gurluğu və tembri, qulağın fizikası,
eşitmə hüdudu və ağrı verə sərhəd, loqarifmik şkala, Veber-Fexner qanunu, eşitmə hissinin
araşdırılması, Audiometriya. Tələbə bu mövzuların nəzəri hissəsini mükəmməl bilməli bu
mövzulara aid referat yazmalı, audiometrin işləmə qaydasını bilməli, audioqrammani çıxar-
mağı bilməli və nəticəni izah etməyi bacarmalıdır.
Başqa misal. Həndəsi optika. Optik cihazların ayırd etmə qabiliyyəti. Optik və elektron mikroskoplar, onların tibbdə tətbiq sahələri. Bu sərbəst işi təhvil vermək üçün tələbə aşağı-
dakı mövzuları oxuyub tələb olunan şərtlər daxilində təhvil verməlidir. Şua anlayışı; Linzalar;
Linzalarda xəyalların qurulması; Çökük güzgülər, onlarda xəyalların qurulması; Linzalarda
nöqsanlar və onların aradan qaldırılması yollları; Mərkəzləşmiş optik sistemlər, onların para-
metrləri; Göz optik sistem kimi; gözdə rast gəlinən nöqsanlar və onların aradan qaldırılması
yolları; Rəngli görmə, akkomodasiya, adaptasiya. Optik cihazların ayırd etmə qabiliyyəti; Ab-
be nəzəriyyəsi; İmmersiya qaydası; Optik mikroskop, onun tətbiq sahələri. Elektron mikros-
kopu; De-Broyl dalğası; Elektron mikoskopunun tibbdə tətbiqi.