87 sahələrinin müəyyənləşdirilməsi təhsilin ən vacib problemlərindən biri hesab olunmalı və mil-
li təhsil konsepsiyasının hazırlanması Azərbaycan elmi-fəlsəfi fikrinin ən üstün vəzifələrindən
birinə çevrilməlidir. Plutarx demişdir: «İnsan təbiətində iki ali məqam var: zəka və nitq – hər
ikisi ancaq təhsil vasitəsilə inkişaf etdirilir». Abu Turxan isə yazırdı: «İnsanlar təhsil üçün
yox, təhsil insanlar üçündür və o, insanların konkret ehtiyaclarına uyğunlaşdırılmalıdır».
Təhsil mürəkkəb struktura malik bir sistem olduğundan, hər bir struktur səviyyəsində
elmi təhlil aparmaq üçün əvvəlcə bu səviyyələrin qarşılıqlı nisbəti, yəni təhsilin makrostruk-
turu müəyyən edilməlidir. İstər tərbiyə, istərsə də insanın həyat üçün hazırlanması, bilik və
bacarıqlara yiyələnməsi məsələləri insan və cəmiyyət, insan və dünya problemlirinin tərkib
hissəsi kimi qəbul edilməlidir [4].
Təhsilə münasibətdə bunlar nəzərə alınmalı və bilmək lazımdır ki, insanlar təhsil üçün
yox, təhsil insanlar üçündür. O, konkret insanların konkret ehtiyaclarına uyğunlaşdırılmalıdır.
Ona görə də sərbəst işlər elə seçilməlidir ki, həmin iş tibbi fizikanın həmin bölməsinin həm
nəzəri, həm də təcrübi (laboratoriya işləri, məsələ həlli və təcrübi demonstrasiyaları) his-
sələrini əhatə etmiş olsun. Bunun üçün həmin sahəyə cavabdeh müəllim həmin sahəni yüksək
səviyyədə bilməli, bu sahənin tibbi diaqnostika və müayinədə tətbiqini bilməlidir, öyrənənlərə
bu sahə haqda tarixi məlumatlar verməlidir və s.
Tələbə həmin işin fizikasını istənilən mənbədən hazırlaya və icmalını yaza bilər. Bu
işin tibbi diaqnostika, müayinə və müalicədə tətbiqi sahələrini isə tibbi ədəbiyyatdan, elmi
məqalələrdən internetdən və başqa mənbələrdən oxuyub hazırlaşa bilər. Tələbənin cavabının
qiymətləndirmə standartına tam cavab verib-vermədiyini müəllim tamamilə düzgün və ob-
yektiv qiymətləndirməlidir. Bunun üçün müəllim o, dərəcədə hazırlıqlı olmalıdır ki, o, cava-
bın əla, lap yaxşı, yaxşı və ya kafi qiymətə uyğun olmasını düzgün və obyektiv müəyyən edə
bilsin. Ona görədə müəllim qiymətləndirdiyi sərbəst işin nəzəri təcrübi və tətbiqi sahəsini, tib-
bi diaqnostika, müayinə və müalicə sahəsində tətbiqini yüksək dərəcədə bilməlidir.
Azərbaycan Tibb Universitetində Tibbi və bioloji fizikadan aşağıdakı mövzularda sər-
bəst işlər təklif edilir:
1.Qan-damar sistemində qanın axma sırətinin təyini üsulları (ultrasəs və eektromaqnit
üsulları). Dopleroqrafiya.
2 Eşitmə hissinin xarakteristikası. Səs ölçmələri. Audiometriya.
3.Orqanizmin enerji balansı. Orqanizmin ətraf mühitlə enerji mübadiləsi. Termoqra-
fiya.
4. Pyezoelektrik effekti və onun tibbdə tətbiq sahələri.
5. Dipol elektrik generatoru (cərəyan dipolu). Elektrokardioqrafiya, onun fiziki əsas-
ları.
6. Elektrik rəqslərinin generatoru. Harmonik və impuls rəqslərin generatoeru.
7.Gücləndiricilər, onların xarakteristikaları. Bioelektrik siqnalların gücləndirilməsi.
8. Həndəsi optika. Optik cihazların ayırd etmə qabiliyyəti. Optik və elektron mikros-
koplar, onların tibbdə tətbiq sahələri.
9. İşığın udulması və səpilməsi. Fotosintez. Lyumenisensiya və onun tibbdə tətbiq sa-
hələri.
10. Dozimetriya. Radionuklidlərin tibbdətətbiqləri.
Bu sərbəst işlərin hər biri ayrı-ayrılıqda tibbi və bioloji fizikanın geniş bir sahəsini
əhatə edir və tibbin müxtəlif sahələrində geniş tətbiq edilir. Bu sahəyə əsaslanan çoxlu sayda
diaqnostika, müayinə, müalicə və ölçü cihazları düzəldilmişdir. Bu işi yerinə yetirmək üçün
bu mövzuya aid bütün nəzəri materialı mükəmməl öyrənmək bu sahənin nəzəri materialı əsa-