80 və nəticədə özünütəsdiqi sosial-mədəni mühitdə baş verir [1].
Gənclərlə tərbiyə işinin təşkilində başlıca amil kimi çıxış edən ali məktəb mühiti şəx-
siyyətin formalaşmasında həlledici rol oynayır. Gənc yaşlarında şəxsiyyətinin formalaşması
və inkişafı prosesi ali məktəbin təlim-tərbiyə prosesində davam edir.
Ali məktəb mühiti - dövlətin təhsil standartlarının tələblərinə uyğun olaraq gələcək
mütəxəssislərin təlim və tərbiyəsi üçün vacib olan sosial mikromühitin bir hissəsidir. Ali
məktəb şəraitində gənclərin tərbiyəsi iki tərəflidir: bir tərəfdən şəxsiyyətin müasir şəraitdə
rəqabətə davamlı olması üçün lazımı keyfiyyətlərin, digər tərəfdən isə etibarlı sosial müda-
fiəni qurmaq bacarıqlarının tərbiyəsi.
Ali məktəbin sosial-mədəni mühiti ümumbəşəri və milli dəyərlərə uyğun olaraq şəx-
siyyətin tələbatları və maraqlarına istiqamətlənir. Ali məktəbin sosial-mədəni mühitində tər-
biyə işinin əsas hədəfi tərbiyəvi işin maksimal nəticələrinə, tərbiyə prosesinin başlıca məq-
sədlərinə nail olmaqdır. Buna görə ali məktəbin tərbiyə mühiti növbəti prinsiplərə söykənərək
inkişaf etməlidir:
- özünütəhsil və özünüqiymətləndirmə qabiliyyətinin inkişafına kömək etmək;
- innovasiya fəaliyyəti bacarıqlarının formalaşmasını təmin etmək;
- kommunikativ bacarıqları inkişaf etdirmək: müzakirə aparmaq, öz nöqteyi-nəzərini
əsaslandırılmış şəkildə müdafiə etmək, komandada işləyə bilmək;
- öz əməyinin nəticələrinin təqdim etmək bacarıqlarını inkişaf etdirmək;
- fəaliyyətin yeni növlərinə yiyələnmək, dəyişən şəraitə tez uyğunlaşmaq qabiliyyə-
tinin inkişafına kömək etmək.
Ali məktəbin sosial və mədəni mühitinin inkişafında tədris prosesinin bütün iştirakçı-
larının fəaliyyəti əhəmiyyətlidir. Bu zaman tələbə-gənclərin müəllimin parlaq şəxsiyyəti, ge-
niş erudisiyası və yüksək mədəniyyəti ilə qarşılaşması onların şəxsiyyət kimi formalaşmasına
təsir göstərir. Ali məktəb müəlliminin pedaqoji ustalığı özlüyündə tərbiyəvi vəzifəni müvəffə-
qiyyətli həll etmək üçün tələbələrin ağıl, hiss və iradəsinə mürəkkəb, çoxcəhətli təsir etmək
bacarığını təqdim edir.
Ali məktəb sistemində tələbələrlə tərbiyə işinin təşkilində nəzərə alınacaq vacib mə-
qamlardan biri də odur ki, hər bir fərdi tərbiyə etməzdən əvvəl onun təbii keyfiyyətlərini,
emosional-psixoloji durumunu, özünəməxsus cəhətlərini öyrənmək lazımdır. Yəni tərbiyə işi
öyrətməkdən yox, öyrənməkdən başlanır. Şəxsiyyətin həyat vektorunun inkişaf etdirilməsi
üçün müəllimlərin qarşısında mürəkkəb tərbiyəvi vəzifə - tələbələrin öz gücünə və imkanla-
rına inanan, öz ağlı, işgüzar fəallığı hesabına həyatda özünü təsdiq etmək istəyən insanın
obrazına oriyentasiyası durur.
Ali məktəb müəllimləri və tələbələrinin istər tədris, istərsə də tədrisdənkənar fəaliyyə-
tinin xarakteri və formaları, münasibətlər vektorunun təsirdən qarşılıqlı təsirə, əməkdaşlığa
doğru dəyişilməsi sosial-mədəni mühitin səmərəsini artıran amildir.
Tələbə - gənclərlə tərbiyə işinin təşkili şəxsiyyətinin mütəxəssis və vətəndaş kimi for-
malaşması prosesi, onların özünüinkişaf və özünüaktuallaşdırması üçün şəraitin yaradılması
deməkdir. Beləliklə, ali məktəb mühitində tərbiyə işinin təşkili aşağıdakı funksiyaları əhatə
edir:
- tələbənin tərbiyəlilik, təhsil və inkişaf səviyyəsinin diaqnostikası;
- mütəxəssisin şəxsiyyətinin inkişafı üçün lazımi tərbiyəvi təsirlərin planlaşdırılması;
- tərbiyəvi təsirlərin təşkili;
- şəxsiyyətin fəaliyyətinin tənzimlənməsi və motivasiyası;
- tərbiyəvi təsirlərin nəticələrinin təhlili, tərbiyəvi nəticələrə nəzarət.