Ənvər Nəzərli: “Çəkə bilsəydim əgər mən bütün aləm qəmini...”
93
Füzulinin məhəbbəti məhdud çərçivədə anlaşılmayan ülvi, müqəddəs
məhəbbətdir. Füzuli eşqi, nəcib, ali duyğu kimi şairi həqiqət yolunun yolçusu edərək
əbədi və ədəbi həqiqət timsalında yaşadır və müəllifini də yaşadır. Dünyaya məhəbbətlə
baxan şairə görə cahanın, kainatın məhəbbətdən yarandıgını zənn edirlir. Şair bütün
təbiət hadisələrində, gözəlliklərində, özəlliklərində məhəbbət görür.
Onun sələfi Ə.Vahid məhəbbətdən, sevgidən uzaq olanları insanlıqdan kənar
sayır:
Sevgilim, eşq olmasa varlıq bütün əfsanədir,
Eşqidən məhrum olan insanlıga biganədir.
Çagdaş poeziyamızda Füzuli,Vahid yolunu davam etdirən, dünyaya məhəbbətlə
baxan və məhəbbətlə yazan şairlərdən biri də Ənvər Nəzərlidir. Məhz buna görə də
ustad qəzəlxan “Divan”ına “Məhəbbət təranələri” adını verib.
Ustad şair klassik ənənələrə uyğun olaraq tərtibat,əlifba sıralanması, bütün
səslərdə poetik nümunələr və s.məsələlərə “Divan”da riayət edib. “Divan” poetik, tərtib
tələbləri baxımından mükəmməl bir nəşrdir, mükəmməl qəzəllər divanıdır.
Akademik V.Məmmədəliyevin sözləri ilə desək “ustad sənətkar qəzəlin mövzu
dairəsini genişləndirir, təbiətdə, cəmiyyətdə baş verən hadisələrdən yan keçmir, onlara
öz münasibətini poetik dillə ifqadə edir, oxucunu düşündürən nəticələr çıxarır. Ənvər
müəllim də qəzəl yaradıcılığında məhz bu yolu tutmuş, eşq və məhəbbət, insanın
həyatda yeri və qayəsi, təbiətin gözəllikləri və onların qorunub saxlanması, Vətənə,
Xalqa məhəbbət, azadlıq və haqq-ədalət uğrunda mübarizə, bir sözlə özünü düşündürən
məsələlər barədə bir-birindən gözəl qəzəllər yaratmışdır. Maraqlı budur ki, şair nədən
yazır-yazsın, yenə də hər şeyi eşqilə əlaqələndirir, çox sadə dillə fəlsəfi nəticələr
çıxarır”.
Eşqi bəxş etmiş bizə ən ülvi bir nemət kimi,
Bir sözüylə heç nədən aləmləri var eyləyən...
94
Poeziyasında ilahi eşq xüsusi yer tutan şair, ustad qəzəlxan kimi didaktik
fikirlərlə geniş təfəkkür sahibi olduğunu yaradıcılıq nümunələri ilə sübut edir.
Ənvər Nəzərlinin vəsf etdiyi gözəllər İslami dəyərlərə önəm verən, abır, həya,
ismət təcəssüm etdirən sevgililərdir.
Klassik irsə, türk və farsdilli poeziyaya dərindən bələd olan şair bunun nəticəsidir
ki, el deyimləri, folklordan bəhrələnməklə qəzəlin bədii-poetik cəhətdən yüksək
nümunələrini yaratmışdır.
Dildən nəva tükənməz,başdan həva, ey afət,
Sən könlümün rübabın çalsan da, çalmasan da...
Professor Q.Kazımov “Ə.Nəzərlinin “Divan” yaradıcılıgı” adlı məqaləsində
şairin qəzəllərini təhlil süzgəcindən keçirərkən ustadın poeziyasının ideya-bədii
xüsusiyyətlərini, poetik məziyyətlərini ətraflı şəkildə qeyd edir: “Mühüm və çox
mühüm bir cəhət budur ki, Ənvər müəllim yalnız klassik mövzularla məhdudlaşmayıb,
o, qəzəl janrına aşiqin bütün cari dərdlərini gətirməklə yanaşı, bugünkü insanın,
Azərbaycan vətəndaşının həqiqi dərdlərini də gətirmiş, həm də çox ustalıqla, çox sərrast
şəkildə gətirmiş və Azərbaycan xalqının zurna-balaban altında zorla aralanan
dodaqlarını deyil, yetim köynəyi altında parçalanan qəlbini göstərmişdir... Qəzəl belə
bir şirin janrdır ki, adətən güldən, bülbüldən təbii və ilahi məhəbətdən danışır. Ictimai
motivlər də olub. Amma Ənvər müəllim müasir sözü, bu saat insanı düşündürən sözü bu
formada – qəzəl formasında çox sərrast şəkildə deyə bilmişdir”.
Beləliklə, Cavanşirlə daha bəsdir öyündük,
Hər söz başı çəkmək bu qədər adı nə lazım.
Ənvər Nəzərlinin qəzəlləri məzmun struktur nöqteyi-nəzərindən qeyd etdiyimiz
kimi milli janrın klassik ənənəsilə səsləşir, uzlaşır və qovuşur. Amma onu qeyd etmək
lazımdır ki, şair bu poetik janrda orijinal üslubunu, məkanını mühafizə edir. Müasir
Azərbaycan qəzəlində Ənvər Nəzərlinin öz ədəbi yeri-məkanı, öz üslubu var. Onun
poetik yaradıcılığı, mövzu dairəsi əhatə imkanlarına görə genişdir. Şairin yaradıcılığının
95
özünəməxsus xüsusiyəti kimi qiymətləndirməliyik ki, lirikasında həyatın ayrı-ayrı
sahələri öz poetik əksini tapıb: Məhəbbət lirikası, dini mövzulu şeirlər, təbiət
tərənnümü və ictimai-motivli qəzəllər.
Ə.Nəzərli vətənpərvər bir şairdir.Vətən məhəbəti sənətinin leytmotivini təşkil edir
desək, səhv etmərik. Onun yaradıcılığında vətənpərvərlik, milli qürur və iftixar hissi göz
önündədir. “Ənvər Nəzərlinin şeirlə-rində Vətən məhəbbəti də ilahi məhəbbət kimi uca
tutulur, Vətəni,xalqı sevmək,onlara təmənnasız xidmət etmək, sədaqətli, etibarlı övlad
olmaq insanın müqəddəs borcu sayılır. Vətən şairin ilham mənbəyidir”
(V.Məmmədəliyev).
Dünya dönə döndərmərəm üz öz Vətənimdən,
Döndərsəm əgər, naxələfəm, üz Vətənimdən.
Ənvər Nəzərli poeziyasında ilahi şeirlər xüsusi yer tutuyr. Məhz bunun nəticəsidir
ki, 1994-cü ildə Türkiyədə Beynəlxalq müsabiqədə dini mövzulu şeiri mükafata layiq
görülüb. Islam tarixi, fəlsəfəsi, ümumiyyətlə, İslam dininə, Qurani-Kərimə mükəmməl
bələd olması bu mövzulu şeirlərində heyrətamiz, məharətli, ruha təsir edən misralar
müəllifi kimi əsərlərində bədii-poetik səviyyə daha da yüksəlir və özü eşitməsə də
oxucalarından hər beytdən sonra “əhsən”, “təşəkkür” və “halal olsun” xeyir-dua və
mükafatlarını alır:
Bəlakeş ümmətinçün iltimas et dərgahi-Həqdən,
Xilas olsun müsəlmanlar bəladan, ya Rəsulallah.
“Biz Ənvər Nəzərlini sevirik. Sual olunur:niyə sevirik? Hansı səbəbdən Ənvər
Nəzərli özünə sonsuz hörmət və ehtiram qazanıb? Nə üçün onun daxil olduğu, valid
olduğu məclisdə hər kəs özünü yığışdırmalı olub? Çünki hər kəs hiss edir ki, özündən
böyük gəlib, çoxlarından hörətli glib və ən başlıcası, elmi-mənəvi zənginliyi ilə
şəxsiyyət ucalığı gətirən bir sima gəlib (Ə.Xələfli).
Ənvər müəllimi hamı sevir, ehtiram göstərir:həm yaradıcılığına, həm də
şəxsiyyətinə. Amma ona ən çox qayğı göstərən, onu qəlbən sevən, əzizləyən, təbliğ
edən bizim sevimli qardaşımız şair-publisist Əlirza Xələflidir. Ə.Xələfli onun
96
yaradıcılığına silsilə məqalələr həsr edib. Onun yüksək tarixi, bədii dəyərə malik “Bu
dünyanı belə gördüm” xatirə povestini nəşr etdirib.
Son vaxtlar Ə.Nəzərli yaradıcılığını tədqiq süzgəcindən keçirərək poeziyası
haqqında dəyərli sözlər söyləmişlər; dünya şöhrətli şərqşünas alimimiz, akademik
V.Məmmədəliyev, görkəmli dilçi, professor Q.Kazımov, şairə-publisist Şirin xanım
Şadiman, “Kredo” qəzetinin baş redaktoru Ə.Xələfli, şair Eldar Səfa, Fariz Çobanoğlu,
Şakir Abdullayev...
Xüsusilə də Vasim müəllim və xanımı Qumru xanım çox zəhmət çəkiblər. şairin
haqqında danışdığımız “Divan”ini redaktə ediblər. Vasim müəllim də kitaba çox tutarlı,
yüksək səviyyəli, əhatəli təhlilə malik “Müqəddimə” yazıb.
Qələm adamı üçün əsas şərt orijinal istedaddır. Şairlər üçün poetik istedad Ənvər
Nəzərlidə bu poetik-orijinal istedad o, dünyaya gələndə onunla əkiz yaranıb. Bu irsiliyin
təzahürüdür. Ə.Nəzərli bu irsi istedadın daşıyıcısıdır.
Əruz və onun bəhrlərində bədii-poetik baxımdqan yüksək səviyyəli nümunələr
yaradan Ənvər Nəzərli xələflərindən bəhrələnərək söhbət açdığımız “Divan”ı ilə
Azərbaycan poeziyasını zənginləşdirmişdir. Poeziyamıza şirin, təravətli və gözəl əsərlər
bəxş etmişdir. Onun qəzəllərlə yanaşı, xeyli məsnəvisi, müxəmməsi, mürəbbeləri,
mərsiyələri, növhələri və s. əsərləri də vardır. Qəzəlləri toy məclislərində, el
şənliklərində, televiziya ekranlarında sevə-sevə, sevilə-sevilə oxunur, radio dalğalarında
səslənir. Dini mövzulu şeirlərinə dərvişlər və növhəxanlar tərəfindən müraciət olunur.
Əruzla bərabər hecada da peşəkarlıqla, ilhmla yaza bilən ustad bu gün də hər iki janrda
yazıb yaratmaqdadır. Allah ona can sağlığı versin, ilhamı sönməsin, ömrü uzun olsun.
Dostları ilə paylaş: |