Bəkir Nəbiyev. «Xəzan vurmasın». Bakı-2006
Hamıya məlumdur ki, akademik Bəkir Nəbiyev ədəbiyyatşünaslıq elmimizin
flaqmanı, ədəbiyyatşünasların ağsaqqalıdır. Ədəbiyyat İnstitutunun direktoru kimi
nüfuzu, şəxsiyyəti, nurlu baxışı, müdrik, mədəni rəftarı, qayğısı, münasibəti ilə
ədəbiyyatşünasların rəhbəridir. Ötən əsrdən ədəbi prosesə qoşulan alim orijinal, fərdi
üslubu ilə cavan vaxtlarından ədəbi ictimaiyyət içində böyük nüfuz və geniş şöhrət
qazanmışdır. Yaşadığı ömrün xeyli hissəsini ədəbiyyatımızın tədqiqinə yorulmadan həsr
edən ədəbiyyatşünas həddən ziyadə mülayim rəftarı ilə hamının məhəbbətini və
hörmətini qazanmışdır.
Hörmətli alimimiz akademik Bəşir Nəbiyevin bu gunlərdə çap olunan «Xəzan
vurmasın» («Elm», 2006, redaktoru Nikbur Cabbarlı) adlı kitabında milli
ədəbiyyatşünaslığımızın aktual problemlərinə, müxtəlif ədəbi sima, şəxsiyyətlərin
yaradıcılığına dair son illər qələmə aldığı məqalələri, məruzələri, bir çox əsərlər
haqqında resenziyaları, qələmdaşları haqqında memuarları, eləcə də epistolyar
ədəbiyyat nümunələri olan yol qeydləri toplanmışdır.
Kitabın ön üzündə tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru,
professor Nizaməddin Şəmsizadə yazır: «Burada («Xəzan vurmasın» kitabında – V.Ə.)
B.Nəbiyev ədəbiyyat elmimizin uğurları, problemləri və perspektivləri üzərində
düşünür, Azərbaycan poeziyasının islami dəyərlərlə əlaqələrini istiqlal məfkurəsinə
dayaqlanan metodologiya ilə açıb şərh edir. Məlumdur ki, islamiyyətin qəbulundan
sonra bütün möhtəşəm türk yürüşləri islam bayrayı altında keçmiş, bütün türk
ədəbiyyatı və ədəbi-nəzəri fikri islami dəyərlər məcrasında təkamül etmişdir. Türklər
İslamın nüfuzunu yüksəldən ən qüdrətli millətdir. Bütün bu cəhətlər B.Nəbiyevin diqqət
verdiyi önəmli problemlərdir.»
109
Bəli, Bəkir müəllim bütün bunlara diqqət yetirib. Çünkü gözünü dindar ailədə
açıb. Halallığı da buradan gəlib – İslama bağlılığından. Uzun illər Qafqaz ruhani
idarəsində, elmi-dini şurada da dilimizə həm qəlbən, həm əməllə xidməti göz
qabağındadır. Müqəddəs dilimizə bağlılıq onun yaradıcılığında da təzahür edib.
Kitabda Cənnət Hacıyevin «Füzuliyə təxmislər», xalq yazıçısı İlyas Əfəndiyevin
«Seçilmiş əsərləri»ninüçcildliyi, Hüseyn Kürdoğlunun «Min bir bayatı», Gülağa
Tənhanın «Tale sınağı», Hüseynbala Mirələmovun «Dağlarda atılan güllə» kitablarına,
mənzur və mənsur nümunələr topluları haqqında rəyləri özünə yer tapmışdır. B.Nəbiyev
yenə də peşəkar tənqidçi kimi rezenziyalar yazmaqla həm bu peşəyə sadiqliyini, eyni
zamanda tənqid yaradıcılığının yeni, müasir mündəricəsini nümayiş etdirir.
Ədəbiyyatımızın təbliğ və təmsil etməsindən qürür duyduğumuz qocaman alim
Ankaraya 1998-ci ildə «Türk dil konqresi»ndə «Terminoloji lüğətin tərtib prinsipləri»
məruzəsi ilə çıxış edir.
Faciəli ölümü hələ də bizi yandıran akademik Ziya Bünyadov, xalq yazıçısı
Mirzə İbrahimov, professor Qulu Xəlilli, şair-alim Rəfiq Zəka, füzulişünas nasir Hacı
Mail haqqında xatirələri çox oxunaqlı, şirin təhkiyə, elmi faktlar ağuşunda bədii dillə
qələmə alınmışdır. Dostlarının süsbət keyfiyyətlərini təsvir etməklə onları oxucu
gözündə daha da yüksəldən müəllif hisslərini, duyğu, fikirləri qələmə almaqla öz
ucalığını bir az da «ərşi-əliya» qaldırmışdır.
«On gün İranda» adlı «Yol qeydləri» də çox maraqlı, oxunaqlı, yaddaqalandır.
Dəfələrlə olduğumuz, gəzdiyimiz, ziyarət etdiyimiz İran şəhərləri Bəkir Nəbiyev baxışı
ilə, qələmi ilə daha doğmalaşır, daha da müqəddəsləşir, Güney-Qüzey vəhdətinin
tarixiləşəcəyinə ümidi artırır.
Akademik İsa Həbibbəylinin, professor Teymur Əhmədovun kitablarına da
reseziya yazan alim kitabdakı elmi məqalələrin mündəricə zənginliyi, aktuallığı,
vacibliyi, savabı, peşəkar qələm müdrikliyi ilə bizi sevindirir. «N.Tusinin şeir dünyası»,
C.Məmmədquluzadə, M.Ə.Rəsulzadə, Səməd Vurğun, Cavad Heyət, Xəlil Rza, Vasili
Məmmədəliyev, N.Şəmsizadə haqqındakı yazıları, eləcə də ötən yüzilliyin ümui ədəbi
110
icmanı sayıla bilən «Əsrin ədəbiyyatı» adlı və s. sanballı elmi məqalələr kitabda özünə
yer tapmışdır. Bu yazıların içərisində sağlığında klassik səviyyəsinə yüksələn,
qəzəlimizin və muğamımızın sütunu, bu janrı ------, milliləşdirn böyük Əliağa Vahid
haqqında yazdığı «Müqtədir qəzəlxan» məqaləsi – tədqiqatı bizi çox sevindirdi.
Məlumdur ki, Vahid haqqında çox az yazılır. Müasir xalqlar dissertasiya, tədqiqat
mövzularını zəbt eləyiblər. Mərhum Məmməd Nuruoğludan sonra Vahid irsi çox az
tədqiq olunur. Həm də baxır kim yaza? Vahid haqqında gərək qələmi vahid olan adam
yazsın! Ustad Əliağa Vahidə akademik Bəkir Nəbiyev qələmi ilə ədəbi qiymət veriləndə
bizi ədəbi status nöqteyi-nəzərindən yüksək qiymətləndiririk. Çox orijinal üslubda,
həqiqətə söykənən, səmimi şəkildə yazılmış bu tədqiqata görə şəxsən mən Bəkir
müəllimin üzündən öpüb, ona öz təşəkkürüm bildirib, can sağlığı arzulamışam. Eləcə
də Hacı Maillə bağlı xatirəsi və mərhum füzulişünas etdiyi yaxşılığa görə «Sağ ol, ay
kimsəsizlər kimsəsi Bəkir Nəbiyev. Allah, Cənab Haqq özü sizi qorusun, salamat
eyləsin, ey ədəbiyyatımızın xeyirxah ağsaqqalı!»
Kitabın adı Xızıda, Giləzi kəndində yaşayan 11 yaşlı Qönçənin «Arzu qönçələri»
adlı şeirlər kitabı haqqında yazdığı resenziyanın adından götürülüb. Ustad alim gənc
şairə Qönçəyə uğurlar diləyərk ulu Tanrıdan arzu edir ki, şeirimizin təzə-tər qönçəsini
xəzan vurmasın. Heç vaxt vurmayacaq. Çünki bu arzunu müqəddəs bir insan böyük
alim Allahdan diləyir. Qönçə çox uğurlar qazanacaq. Ona xeyir-duanı ustad bir alim
verib.
Bəkir müəllim, sizə də Allahdan arzum budur ki, qəlbinizdəki, bədii-ədəbi, elmi
təxəyyülünüzdəki mövzu qönçələri hələ də pöhrələnsin, cücərsin, onları da xəzan
vurmasın.
Dostları ilə paylaş: |