MÜƏYYƏN ETDİ
Abşeron rayon məhkəməsinin 20 aprel 2016-cı il tarixli qətnaməsi ilə (hakim Ş.Nəcəfova)
iddiaçı İbrahimova Sədayə İnqilab qızının cavabdeh İbrahimov Zöhrab Musa oğluna qarşı “nikah
dövründə əldə edilmiş pul vəsaitinin, evin paylara uyğun müəyyən edilməsinə” dair iddiasının qismən
təmin edilməsi, iddiaçı İbrahimova Sədayə İnqilab qızının və cavabdeh İbrahimov Zöhrab Musa
oğlunun Abşeron rayonu, Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küçəsi, ev 2D ünvanında yerləşən
fərdi yaşayış evinin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması, iddianın qalan hissəsinin təmin
edilməməsi, İbrahimov Zöhrab Musa oğlunun İbrahimova Sədayə İnqilab qızına qarşı pul tələbi
barədə qarşılıqlı iddiasının qismən təmin edilməsi, “Dəmirbank” ASC ilə İbrahimov Zöhrab Musa
oğlu arasında bağlanmış 16 iyun 2015-ci il tarixli, 280009195 nömrəli və ssuda hesablı kredit
müqaviləsinə əsasən İbrahimov Zöhrab Musa oğluna verilmiş 12700 USD məbləğində kredit üzrə
bank qarşısında olan 12057,86 USD tərəflər arasında bölünməsi, həmin məbləğin ½ hissəsi, yəni
6028,48 USD manata məzənnəyə uyğun olaraq İbrahimova Sədayə İnqilab qızından alınaraq
cavabdeh İbrahimov Zöhrab Musa oğluna verilməsi, qarşılıqlı iddianın qalan hissəsinin təmin
edilməməsi, ödənilmiş 20 manat dövlət rüsumunun hər iki tərəfə aid edilməsi qət edilmişdir.
İlkin iddiaçı Sədayə İbrahimova və nümayəndəsi Rizvan Xəlilov qətnamədən apellyasiya
şikayəti vermişlər.
İlkin iddiaçı İbrahimova Sədayə İnqilab qızı və nümayəndəsi Xəlilov Rizvan Fizuli oğlu ərizə ilə
məhkəmə kollegiyasına müraciət edərək, ilkin iddia tələbinin təmin olunmamış hissəsi üzrə iddia
tələbindən imtina etdiyini nəzərə alaraq həmin hissədə icraata xitam verilməsini məhkəmə
kollegiyasından xahiş etdilər.
İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı İbrahimov Zöhrab Musa oğlu ərizə ilə məhkəmə
kollegiyasına müraciət edərək, İbrahimova Sədayə İnqilab qızına qarşı qarşılıqlı iddia tələbindən
imtina etdiyini, imtina edilmədinin hüquqi nəticələrinin ona aydın olduğunu, həmin tələb üzrə işə
xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2. maddəsinə əsasən ərizələrə
baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq
edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
Azərbaycan Respublikası MPM-nin 191.1. maddəsinə əsəsən iddiaçının iddiadan imtina etməsi,
iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri
məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki
tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya
tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən
2
yazılı ərizələrdə də ifadə oluna bilər.
Azərbaycan Respublikası MPM-nin 191.2. maddəsinə əsəsən hakim iddiaçının iddiadan imtina
etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara
müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə
tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə
qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
Azərbaycan Respublikası MPM-nin 262.4. maddəsinin tələbinə görə işin icraatına xitam
verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində
məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-20-ci
fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni
baxılmamış saxlamaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.
İlkin iddia tələbinin təmin olunmayan hissəsindən ilkin iddiaçı S.İbrahimovanın, qarşılıqlı iddia
tələbindən imtina barədə Z.İbrahimovun ərizələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki,
ilkin iddia tələbinin təmin olunmayan hissəsindən İbrahimova Sədayə İnqilab qızının və nümayəndəsi
Xəlilov Rizvan Fizuli oğlunun, həmçinin qarşılıqlı iddiaçı İbrahimov Zöhrab Musa oğlunun qarşılıqlı
iddia tələbindən imtina barədə ərizələri qəbul edilməli, Abşeron rayon məhkəməsinin 20 aprel 2016-cı
il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin olunmayan və qarşılıqlı iddia tələbinə dair hissədə ləğv
edilməklə həmin hissədə iddia tələbləri üzrə icraata xitam verilməlidir.
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 391–ci
maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Dostları ilə paylaş: |