QƏRARA ALDI
İlkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İbrahimova Sədayə İnqilab qızının və nümayəndəsi
Xəlilov Rizvan Fizuli oğlunun ilkin iddia tələbinin təmin olunmayan hissəsindən imtina barədə ərizəsi
təmin edilsin.
İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı İbrahimov Zöhrab Musa oğlunun qarşılıqlı iddia
tələbindən imtina barədə ərizəsi təmin edilsin.
Abşeron rayon məhkəməsinin 20 aprel 2016-cı il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin
olunmayan və qarşılıqlı iddia tələbinə dair hissəsində ləğv edilsin.
İlkin iddia tələbinin təmin olunmayan və qarşılıqlı iddia tələbləri üzrə icraata xitam verilsin.
Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində
Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki
kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: imza
Hakimlər: imzalar
Əsli ilə düzdür
Hakim
Səyyad Qafari