-Uşaqlarda kəskin miokardın
infarktına
rast
gəlmək
mümkündürmü?
-Bəli, bunu EKQ və ExoKG ilə
təsdiqləmək mümkündür. İş bu-
rasındadır ki, ürək əzələsinin
morfoloji quruluşuna və mio-
kardın qan damarları ilə zəngin
olması ilə əlaqədar baş vermiş
kəskin işemiya klinik olaraq özü-
nü böyüklərdə olduğu kimi deyil,
subklinik şəkildə büruzə verir.
-Uşaqlarda ürək nahiyəsində
eşidilən
küylərin
səbəbləri
nədir?
-Fizioloji olaraq ürək nahi-
yəsin də küylər eşidilməməlidir.
Kü yün əmələ gəlməsi ürək
boşluqları
arasında
patoloji
birləşmələrin, ürək strukturları-
nın anatomik quruluş qüsurları-
nın, uyğunsuzluqlarının, magist-
ral damarların yerdəyişmələrinin
və diametrlərinin uyğunsuzluq-
larının, kameralarda təzyiqlər
fərqinin kəskin dəyişməsi, əlavə
xordal strukturların olması, mi-
okardın yığılma qabiliyyətinin
zəifləməsi və s. nəticəsində baş
verir.
Dostları ilə paylaş: |