Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə131/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   127   128   129   130   131   132   133   134   ...   194
Ayaq geyimləri. Qadın ayaq geyimi əvvəllər olduğu kimi, yenə də yun və ya ipək corab
onun üstündən geyinilən başmaq, nəleyin və ya çustdan ibarət idi. Bütün bunlardan əlavə, kənd 
qadınları arasında çarıq geyənlər də olurdu. Kübar qadınlar, xüsusilə  də at belində  gəzməyi 
xoşlayan varlı elat qadınları arasında «qunclu» (uzunboğaz) çəkmə dəb halını almışdı.  
Corab. Keçmişdə Azərbaycanın bütün bölgələrində yun, iplik və ya keçidən toxunmuş 
rəngarəng naxışlı qadın corabları dəbdə olmuşdur. Corabların naxışları çox vaxt hər bir bölgənin 
xalça və tikmə naxışları ilə oxşarlıq təşkil edirdi. 
Başmaq. Şirvanda geyinilən qadın başmağının üzlüyü müşkü və ya tumacdan, altı isə aşılı 
göndən olurdu.
69
 Bu dövrdə keyfiyyət etibarı ilə «sağrı başmaq» yenə  də  məşhur olub yüksək 
qiymətləndirilirdi. Qadın başmaqlarının üzü çox vaxt parçadan olub tikmə, o cümlədən 
muncuqlu tikmə üsulu ilə bəzədilirdi.  
Keçmişdə Abşeron kəndlərində qadın başmağı «zəmanə başmaq» adı ilə geniş yayılmışdır.  
Şətəl. Azərbaycanın bir sıra bölgələrdə, xüsusilə  də  şəhər  əhalisinin məişətində ev ayaq 
geyimi kimi «şətəl» geniş yayılmışdı. 
Nəleyin.  Şəhər qadınları evdə, adətən,  nəleyin geyinirdilər. Nəleyinin dabanı başmağa 
nisbətən xeyli alçaq olur, üstü çox vaxt parçadan olub tikmə ilə bəzədilirdi. 
Gürcüstan Dövlət Muzeyində saxlanılan azərbaycanlılara məxsus geyim dəstlərində yun 
corab və başmaqlar mühüm yer tutur. 
Çəkmə.  Azərbaycan Dövlət Tarix Muzeyində mühafizə olunan etnoqrafik materiallardan 
(e.f.2623) aydın olur ki, əvvəllər olduğu kimi, bu dövrdə  də kübar qadınlar  uzunboğaz çəkmə 
geyirmişlər. Gəncə qadınlarına məxsus çəkmələr məxmərdən tikilməklə, üstü təkəlduz, güləbətin 


 
 
142
tikmə və s. ilə bəzədilmişdir  
Tufli.  XIX  əsrin sonu və XX əsrin  əvvəllərindən etibarən  şəhər qadınları arasında 
«qondara», «dikdaban», «quşkeçməz» və s. adlarla bəlli olan satınalma  tufli  dəb düşmüşdür. 
Bununla  əlaqədar olaraq, ənənəvi ayaq geyimlərii: başmaq və  nəleyin sıxışdırılıb məişətdən 
çıxarılmağa başlamışdır.  
Çarıq. Keçmişdə kənd yerlərində çöl-təsərrüfat işlərində iştirak edən qadınlar arasında hələ 
də çarıq geyənlərə təsadüf edilirdi. Elat qadınları arasında çarıq geyən kasıb ailələr daha çox idi.  
Ənənəvi qadın geyim dəstinə daxil olan libas növləri tipoloji cəhətdən, biçim üsulu və tikiş 
texnikası baxımından Ümumazərbaycan səciyyəsi daşısa da, bir sıra məhəlli xüsusiyyətlərdən də 
xali deyildi. Geyim dəsti və geyim dəblərində gözə çarpan məhəlli fərqlər isə hər bir etnoqrafik 
bölgənin sosial-iqtisadi inkişaf səciyyəsi, etnomədəni durumu, istehsal (təsərrüfat) məişəti 
xüsusiyyətləri ilə üzvi surətdə bağlı olmuşdur. Göstərilən amillərin təsiri altında nəinki bütöv 
mədəni təsərrüfat tipi və inzibati-ərazi vahidləri üzrə, habelə onların daxilindəki mahal, şəhər və 
kəndlərin əhalisinə məxsus geyim dəbləri arasında fərqli məhəlli xüsusiyyətlər yaranmışdır. Həm 
də məhəlli əlamətlər özünü ən çox qadın geyim və bəzəklərində biruzə verirdi. Bu da təsadüfi 
deyildi. Məlum olduğu kimi, keçmişdə kişilərə nisbətən qadınlar daha çox guşənişin həyat 
keçirməklə, ömürləri boyu yaşadıqları yerdən kənara çıxmırdılar. Bu səbəbdən də onların 
ənənəvi geyim və  bəzəkləri xeyli dərəcədə mühafizəkarlığı ilə seçilirdi. Bundan fərqli olaraq, 
kişilər daha çox gəzərgi məşğuliyyət sahələri (alış-veriş, çarvadarlıq, sövdəgərlik, çovdarlıq, 
mövsümçülük, dağ-aran köçü və s.) ilə bağlı olduqlarından onların mütəhərrik həyat tərzi 
ənənəvi geyim dəbində əxzetmələri artırmış,  ümumi oxşar cəhətlərini gücləndirmişdir. Ona görə 
də kişi geyim dəstində məhəlli əlamətlər çox erkən silinib aradan çıxdığı halda, Bakı, Naxçıvan, 
İrəvan, Gəncə, Qarabağ, Qazax, Borçalı,  Şəki,  Şirvan, Talış, Quba qadınlarının geyim və 
bəzəklərində məhəlli fərqlər aydın nəzərə çarpırdı. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin