çox hansı bacarıqlarına önəm verirlər?
-Xarici dil bilmək işə düzəlməyə qeyri-adi
dərəcədə kömək edir. Eyni zamanda şirkətlər
ixtisasının peşəkarı olan, öz sahəsi üzrə dünyadakı
yeniliklərdən xəbərdar olan və xarici dil bilən kadrlara
daha çox üstünlük verirlər.
-Universitetlərimiz sirkətlərlə əməkdaşlığa
can atırlarmı?
-Bir neçə universitet var ki, onlar iş dünyası ilə
əlaqəli şəkildə fəaliyyət göstərirlər. Yerdə qalanları
özlərinə belə bəraət qazandırmağa çalışırlar ki, ölkədə
fəaliyyət göstərən sənaye müəssisələri universitetlərlə
əməkdaşlıq edəcək səviyyədə inkişaf etməyiblər.
Hansı ki, bu çox səhv yanaşmadır. Azərbaycanda
fəaliyyət göstərən kiçik və orta sənaye müəssisələrinin
hamısı universitetlərlərlə əməkdaşlıq etməyə,
onlardan faydalanmağa çalışırlar. Böyük şirkətlərin
isə problemləri daha böyükdür. Ona görə də, bu tip
müəssisələr bir çox məsələlərdə xarici mütəxəssislərin
köməyindən istifadə edirlər. Azərbaycanda universitet
və sənaye münasibətlərinin inkişaf etməməsində əsas
maneə ali təhsil ocaqlarının iş dünyasının ehtiyacını
qarşılaya bilməməsidir.
Dostları ilə paylaş: |