Ali təhsil ocaqları iş dünyasının ehtiyacını qarşılaya bilmirlər



Yüklə 12,1 Mb.
Pdf görüntüsü
səhifə14/70
tarix02.01.2022
ölçüsü12,1 Mb.
#2500
1   ...   10   11   12   13   14   15   16   17   ...   70
-Sizə görə yaxşı iş nə deməkdir?

-Yaxşı iş məsələsi sadə anlayış deyil. Fikirlərimi 

isə ümumiləşdirib deyə bilərəm ki, inkişaf perspektivi 

olan,  kadr  hazırlığına  sərmayə  qoyan  şirkətdə 

işləyirsənsə və yüksək əmək haqqı alırsansa, işin yaxşı 

iş hesab olunur.



Əliyev Elvin,

"İpək yolu", may 2014


16

331 İyul  2014

UNİVERSİTET  XƏBƏRLƏRİ

Sonra  Xəzər  Universitetinin  Direktorlar  və 

Qəyyumlar  Şurasının  sədri  professor  Hamlet  İsaxanlı 

layihənin əhəmiyyəti və Xəzər Universitetinin beynəlxalq 

əlaqələri  barədə,  M.  A.  Reynolds  isə  "Princton  Qlobal 

Seminarlar"  seriyasının  yaranma  tarixi,  Azərbaycanda 

keçirilməsinin  əhəmiyyəti  barədə  iştirakçılara  məlumat 

vermişlər.  (Mətbuat  konfransı  haqqında  KİV-lərdə  verilmiş  məlumatları  bu  linklərdə  oxumaq 

olar:

http://www.azertag.com/node/1239135 ; http://sia.az/az/news/politics/414418) 

İyunun  11-dən    etibarən    proqramın  bilavasitə  həyata  keçirilməsinə  başlanmışdır.  İştirakçılar  "ADA" 

universitetində  təşkil  olunan  “Bakı  Dialoqları”  çərçivəsində  Pekin  Universitetinin  professoru  Jisi  Wang-ın 

“Avrasiyada  Çinin  geostrategiyası”,  İyunun  12-də    isə  Xəzər  Universitetində  universitetin  Xarici  əlaqələr  üzrə 

prorektoru  Fərda  Əsədovun    “Xəzərlər:  orta  əsr  dünyasında Yəhudi Türk  krallığı”  mövzularında  mühazirələrini 

dinləmişlər.  Sonrakı günlərdə də mütəxəssislər içtirakçılar üçün müxtəlif mövzularda mühazirələr oxumuşlar. 

Proqrama  qatılanlar  müxtəlif  təsisatlarda  söhbət  və  müzakirələrdə  iştirak  etmişlər.  Umumilikdə  onlar 

Azərbaycanın  tarixi  və  mədəniyyəti,  müasir Azərbaycanın  siyasi  quruluşu  və  beynəlxalq  əlaqələri, Azərbaycan 

dövlətinin enerji siyasəti, Cənubi Qafqaz regionunun inkişaf layihələri və regionda təhlükəsizlik məsələləri barədə 

məlumat əldə etmişlər. Eyni zamanda, bu proqram Azərbaycan və Amerika gənclərinə bir-birilə ünsiyyət qurmaq, 

dünya siyasəti və gündəlik həyat məsələləri haqqında onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparmaq 

imkanı yaratmışdır.

Proqram iştirakçıları Azərbaycanın bölgələrinə də səfər etmiş,  tarix və mədəniyyət abidələri ilə tanış olmuşlar. 

İştirakçıların ümumi rəyincə, proqrqm uğurla yerinə yetirilmişdir.




Yüklə 12,1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin