GOOGLE GLASS ARTIQ AÇIQ SATIŞDA
“The Independent” qəzetinin məlumatına görə,
proqram özünü Odessadan olan 13 yaşlı oğlan –
Yudjin Qustman (Eugene Goostman) kimi qələmə
vermişdir.
Sınaq zamanı proqram Britaniyanın Redinq
Universitetindən olan xüsusi komissiya üzvlərinin 33
faizini doğru fikirdən yayındıra bilmişdir. Bu
günədək heç bir proqram bu testi keçə bilməmişdir.
“Əsas hədəfimiz proqramın nə isə bildiyini
göstərmək idi, amma 13 yaşında hər şeyi bilməmək
təbiidir. Özünü insan kimi apara bilən şəxsiyyəti
yaratmaq üçün çox vaxt sərf etmişik” – deyə
mütəxəssislərdən biri – Vladimir Veselov qeyd
etmişdir.
Qeyd edək ki, “Turing” testi 1950-ci ildə ingilis
riyaziyyatçısı və kriptoqrafı Alan Turing tərəfindən
“Maşın düşünə bilərmi?” sualına cavab tapmaq üçün
irəli sürülmüşdür. Sınaq zamanı kompüter proqramı
5 dəqiqə ərzində insanlarla ünsiyyətdə olmalıdır.
Əgər proqram həmsöhbətlərinin 30 faizini onun
insan olduğuna inandıra bilərsə, onun intellektinin
insan ağlına bərabər olduğunu hesab etmək olar.
Rusiya proqramçıları tərəfindən hazırlanmış
kompüter proqramı – süni həmsöhbət məşhur “Turing” testindən keçmişdir
Dostları ilə paylaş: |