Ali təhsil ocaqları iş dünyasının ehtiyacını qarşılaya bilmirlər


HEYF,  ÖMÜR  QISA,  ARZU  GENİŞDİR…



Yüklə 12,1 Mb.
Pdf görüntüsü
səhifə50/70
tarix02.01.2022
ölçüsü12,1 Mb.
#2500
1   ...   46   47   48   49   50   51   52   53   ...   70
HEYF,  ÖMÜR  QISA,  ARZU  GENİŞDİR…


33

331 İyul  2014

əsas  bədii  keyfiyyətləridir.  O,  lirik-epik  lövhələrin, 

peyzajların ən mükəmməl nümunələrini yaratmışdır.

Mikayıl  Müşfiq  poeziyası  şifahi  xalq  və  yazılı 

klassik  ədəbiyyatımızdan  bəhrələnmişdir.  Folklora 

dərindən  bələdlik  və  ondan  məharətlə  istifadə  şairin 

poeziya  dilinin  axıcılığını,  əsərlərinin  maraqla 

oxunmasını şərtləndirir:



Yazmaram ürəyim sizi anmasa,

Sizin eşqinizlə alovlanmasa;

Burdaca el durub məndən sordu ki:

Gözdən yaş çıxarmı ürək yanmasa?”

Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyin-

dən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr 

çoxdur:  “Həyat  həm  gülməkdir,  həm  ağlamaqdır”, 

“Bədbəxt  bu  dünyada  tək  yaşayandır”,  “Həyat  ondan 

küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!”

“Özümüzü  öyməyəlim,  Füzuliyə  dəyməyəlim”  -

yazan  Mikayıl  Müşfiq  dahi  şairin  yaradıcılığından 

yaradıcı şəkildə bəhrələnmişdir.

Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq 

poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli 

musiqi  alətlərimizdən  olan  tarın  konservatoriyada 

tədrisi  qadağan  ediləndə,  şair  cəsarətlə  məşhur  “Oxu, 

tar!” şeirini yazmışdır. Bu şeir hər bir azərbaycanlının 

qəlbini  riqqətə  gətirməyə,  onu  mübarizəyə  ruhlandır-

mağa  qadirdir.  “Bayram  axşamı”  şeirində  Novruz 

bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif 

sovet  rejiminin  milli  adət-ənənənin  yaddaşlardan 

silinməsinə yönəlmiş siyasətinə qarşı çıxmışdır.

Ədibin poeziyasında Azərbaycanın tərənnümü xü-

susi yer tutur. Onun Vətənə sonsuz məhəbbətinin və poe-

tik istedadının qovuşduğu belə əsərlər (“Ölkəm”, “Ey 

Dan ulduzu!” və s.) poeziyamızda Vətən mövzusunun 

ən yaxşı bədii ifadələrindəndir.

Mikayıl  Müşfiq  yaradıcılığında  humanizm  əsas 

aparıcı xəttdir. Şairin fəal vətəndaş mövqeyi hər zaman 

özünü  göstərir.  “Dilənçi”  şeirində  “fəhlə-kəndli”  cə-

miyyətindəki  ziddiyyətlərdən  birinin  –  soyuq  qış  gü-

nündə  körpə  qızın  dilənməsinin  təsviri  müəllifin 

mövcud rejimə etirazının bədii ifadəsidir.

Mikayıl  Müşfiqin  poeziyasında  insana  yüksək 

qiymət, sevgi və digər bəşəri mövzular xüsusi yer tutur.

Demək,  yer  də  mənim,  göy  də  mənimdir, 

Hüzurumla  cahan  nə  bəxtiyardır-  yazan  şair  cahanın 

bəxtiyarlığını məhz onun insan qarşısında durmasında 

görür ki, bu da insana verilən ən yüksək qiymətin poetik 

ifadəsidir.  Onun  şerlərində  irqindən,  milliyyətindən 

asılı olmayaraq bütün xalqlar birdir.

Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o 

bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azər-

baycan  poeziyasında  yaddaqalan  nümunələrindəndir. 

İnsanın  ən  ülvi  hisslərinin  səmimi  dillə  tərənnüm 

edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri 

duymağı, qorumağı aşılayır və bu gün də böyük tərbi-

yəvi əhəmiyyətə malikdir.

Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan 

qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. 

Sovet  rejimində  “Azadlıq  dünyanın  dərin  ruhudur, 

Azadlıq sənətin, şeirin ruhudur!” -deyən şairin əsərləri 

millət, Vətən  mənafeyini  əsas  tutanlar  üçün  əsl  həyat 

məktəbidir. Eləcə də “Ölməkçin yaşamaq – bu sadə bir 

işdir”  –yazan  şair  azadlıq  uğrunda  mübarizəni  təbliğ 

etmişdir.

M.Müşfiq əmək, təhsil, ziyalı, səfil həyat keçirən 

uşaqlar,  gənclik  və  onun  düzgün  tərbiyəsi,  Vətənin 

görkəmli  şəxsiyyətləri,  sənət  və  sənətkar,  həyat  eşqi, 

təkliyin acı aqibəti, qadına hörmət, anaya məhəbbət və 

digər mövzuları poetik sənətkarlıqla işləmişdir.

Maraqlıdır,  şair  çox  körpə  ikən  anasını  itirsə  də, 

onun  “Ana”  şeiri  poeziyamızda  bu  mövzuya  həsr 

edilmiş  ən  yaxşı  əsərlərdən  biri  hesab  olunur.  Etiraf 

edək  ki,  ömrü  boyu  ana  nəvazişi  ilə  böyüyən  bir  şair 

belə “ana”nı bu cür tərənnüm edə bilməz:

Ana, ana!… Bu kəlmənin vurğunuyam əzəldən,

Onu gözəl anlatamaz düşündüyüm satırlar.

Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,

Çünki onun xilqətində ayrıca bir füsun var.

Mikayıl  Müşfiq  şəxsiyyəti  milli  şüur  və 

vətənpərvərliyin  timsalı,  yaradıcılığı  isə  gənc  nəslin 

milli  mənlik  şüurunun  inkişaf  etdirilməsi  və 

gənclərimizdə  vətənpərvərlik  hisslərinin  tərbiyəsində 

əvəzsiz  xəzinədir.  Onun  şeirlərinə  mahnılar  bəstə-

lənmiş,  ədəbi  irsi  çoxsaylı  elmi-tədqiqat  əsərlərinin 

predmetinə çevrilmişdir.

Mikayıl Müşfiqin əbədiyaşar sənət naminə çəkdiyi 

zəhmət layiqincə qiymətləndirilmişdir. Şairin xatirəsini 

əbədiləşdirmək  üçün  Bakıda  büstü  qoyulmuş, 

qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilmişdir. 

Onun Bakıda yaşadığı binanın qarşısına xatirə lövhəsi 

vurulmuş, Xızıda xatirə muzeyi yaradılmışdır.

Azərbaycan  Prezidenti  İlham  Əliyevin  “Mikayıl 

Müşfiqin  100  illik  yubileyinin  keçirilməsi  haqqında” 

2007-ci  il  16  aprel  tarixli  Sərəncamına  uyğun  olaraq 

şairin  yubileyi  dövlət  səviyyəsində  qeyd  edilmiş, 

ölkəmizin  hər  guşəsində  silsilə  tədbirlər  reallaşdırıl-

mışdır.


Ruhun  şad  olsun,  Müşfiq!  Vaxtilə  böyük 

uzaqgörənliklə  “Oxu,  tar!”  harayı  saldın.  Bu  gün  ən 

qədim  milli  musiqi  alətimiz  nəinki  bütün  dünyada 

oxuyur, hətta tar ifaçılıq sənətimiz daha uzağa gedərək 

UNESCO–nun  Bəşəriyyətin  Qeyri–maddi  mədəni  irs 

üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Biz bir 

vaxtlar  Mikayıl  Müşfiqin  təşnə  olduğu  bu  uğura 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun 

prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı 

səfiri  Mehriban  Əliyevanın  gərgin  zəhməti,  yorulmaz 

fəaliyyəti sayəsində çatmışıq.


Yüklə 12,1 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin