ABBASQULU AĞA BAKIXANOV ADINA MÜKAFAT TƏSİS OLUNDU
Bu tapıntı Barselona və Valensiya universitetləri
mütəxəssislərinin araşdırmaları sayəsində mümkün
olmuşdur. Axtarışlar İspaniya Mədəniyyət Nazirliyi-
nin dəstəyi ilə həyata keçirilmişdir.
Tədqiqatın rəhbəri, arxeologiya elmləri doktoru
İnes Dominqo bildirmişdir ki, söhbət 12 iri qayaüstü
rəsmdən gedir. Rəsmlərdə ova hazırlıq və ov səhnə-
ləri, o cümlədən ox atanlar, öküzlər və qoyunlar təsvir
olunmuşdur.
Arxeoloq demişdir: “İspaniyada uzun illərdir belə
çeşidli qayaüstü rəsmlər tapılmırdı”. Analiz göstər-
mişdir ki, rəsmlərin yaşı 7 min ildən çoxdur. Onların
çoxu toz qatı altındadır və ciddi konservasiya işləri tə-
ləb edir.
Valensiya muxtar vilayətinin hökuməti təsvirlə-
rin mühafizəsi və konservasiyası barədə tədbirlər gör-
məyincə, yerli hakimiyyət orqanları və alimlər
onların yerini açıqlamaq niyyətində deyillər.
Buna baxmayaraq, axtarışların nəticələri arxeo-
loqların yaxın forumlarından birində təqdim oluna-
caq.
İspaniyanın Vilafranka şəhərinin meriyası (Kastelyon əyaləti) qədim qayaüstü təsvirlərin
tapılması barədə məlumat vermişdir
Dostları ilə paylaş: |