30
331 İyul 2014
ELM
ELM
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki,
bu il Azərbaycanın ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi,
böyük maarifçi, tanınmış alim və şair A.Bakıxanovun anadan olmasının
220-ci ili tamam olur. “Prezident İlham Əliyevin fevralın 12-də imzaladığı
“Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi
haqqında” sərəncamından irəli gələn vəzifələri nəzərə alaraq alimin adına
mükafat təsis olunub və əsasnaməsi təsdiq edilib. Mükafat tarix, fəlsəfə,
sosiologiya, hüquq, beynəlxalq münasibətlər və şərqşünaslıq sahəsində
mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə,
kəşflərə və ixtiralara görə veriləcək”.
O qeyd edib ki, mükafata namizədlər AMEA-nın həqiqi və müxbir
üzvləri, akademiyanın elmi bölmələri, elmi tədqiqat və ali təhsil
müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət
komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli
sürüləcək.
AMEA Rəyasət Heyətinin iclasında bu barədə qərar qəbul olunub
Dostları ilə paylaş: