TÜRKİYƏLİ YAZARLAR TƏRƏFİNDƏN VAQİF SƏMƏDOĞLUNA
ŞEİR TACI
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən
məlumata görə, Vaşinqtonda fəaliyyət göstərən Qarabağ
Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn diskdə
Azərbaycan klassik musiqi nümunələri saksofonçu
Zülfüqar Bağırovun və portuqaliyalı pianoçu Renato
Dizin ifasında müasir üslubda və yeni improvizədə
dinləyicilərə təqdim olunur.
Albomda Üzeyir Hacıbəylinin “Koroğlu”
operasından, Qara Qarayevin “Yeddi gözəl” baletindən və
“Skripka və orkestr üçün konsert”indən parçalar, bəstəkar
Zakir Bağırovun “Miniatürlər, Andanito” əsərindən
müqəddimə yer alıb. Daha bir improvizə Fərəc Qarayevin
“Qobustan kölgələri” baleti, Zakir Bağırovun
“Miniatürlər, mahnı və rəqs” və “İki ifaçı üçün
sonata”sının sintezindən ərsəyə gətirilib. Altıncı nümunə
isə Fərəc Qarayevin “Tristessa” əsərinin improvizə
olunmuş yeni variantıdır.
Albomda musiqi nümunələrinin müəllifləri haqqında
da məlumat verilib, həmçinin Zülfüqar Bağırov və Renato Diz tanıtım bukletində öz təəssüratlarını dinləyicilərlə
bölüşüblər.
Qeyd edək ki, Zülfüqar Bağırov görkəmli bəstəkarlar Qara Qarayev və Zakir Bağırovun nəvəsidir. "QaraBağ:
ZulfiqaRenatuS" diskini əldə etmək istəyənlər http://www.karabakhfoundation.org/ZulfiqaRenatuS/ linkinə daxil
ola bilərlər.
Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin vəfatının 32-ci ildönümü ilə əlaqədar ABŞ-da
"QaraBağ: ZulfiqaRenatuS" diski işıq üzü görüb
Dostları ilə paylaş: |