28
331 İyul 2014
Lent.az
-ın məlumatına görə, Q. Paşayeva qardaş
Türkiyənin ədəbi-ictimai sektorunda nüfuz sahibi
olan dəyərli insanların, o cümlədən çox nüfuzlu şair
Cemal Safinin bu heyətdə yer almasını Azərbaycana,
ədəbiyyatımıza bəslənən münasibət, sevgi və sayğı
kimi xarakterizə edib. O, Kapadokiya Şeir Şölən-
lərində son illər formalaşmış ənənəyə uyğun olaraq,
bu il də fəxri “şeir tacı” sahiblərinin seçildiyini, onlar-
dan birinin dəyərli şairimiz, hamımızın sevimlisi Va-
qif Səmədoğlu olduğunu deyib. Sonra türkiyəli şairlər
tərəfindən “şeir tacı” xalq şairi Vaqif Səmədoğluna
təqdim olunub.
Vaqif Səmədoğlu bu təltifdən məmnun olduğunu deyərək, belə bir qərar qəbul etmiş qardaş ölkənin şair və
yazarlarına təşəkkür edib. Xalq şairinə üzərində qızıl suyu ilə Atatürkün rəsminin əks olunduğu qələmi hədiyyə
edən heyət ona Türkiyə ədəbiyyatına göstərdiyi xidmətlərindən dolayı bir daha təşəkkür edib.
Qonaqlar Vaqif Səmədoğluna Türk ədəbiyyatı qarşısında xidmətlərinə görə tacla yanaşı, xüsusi mükafat və
"Onur belgesi" ilə mükafatlandığını deyiblər və onları da xalq şairinə təqdim ediblər.
Görüşdə xalq şairinin yubileyi münasibəti ilə tort kəsilib, səmimi söhbət çay süfrəsi arxasında davam edib.
Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu"
İctimai Birliyinin təşkilatçılığı, “Aşıq Şəmşir Ocağı” İctimai Birliyinin və Beynəlxalq Avrasiya
Mətbuat Fondunun dəstəyi ilə keçirilən “Azərbaycandan Türk Dünyasına könül körpüsü” adlı
layihə çərçivəsində Azərbaycanda olan, qardaş Türkiyə və İraqı təmsil edən 20-yə yaxın tanınmış
şair, yazıçı və ədəbiyyatşünas iyunun 20-də xalq şairi Vaqif Səmədoğlunu evində ziyarət ediblər
Dostları ilə paylaş: