RƏNA NƏZƏROVA
UKRAYNADA DEPUTAT SEÇİLİB
Axundova 1982-ci ildə Donetsk vilayətinin Selodo-
vo şəhərində anadan olub. 2007-ci ilə qədər şəhər məh-
kəməsində çalışıb. Həmin il isə “Hüquqi Ənənələr”
vəkil bürosunda fəaliyyətə başlayıb. 2009-cu il no-
yabrın 30-da Kiyev şəhər nəzarət-təftiş komissiyası
ona vəkilliklə məşğul olmaq üçün müvafiq icazə verir.
A.Axundova “Hüquqi Ənənələr” bürosunda sıravi iş-
çidən direktor müavini və direktor vəzifələrinə qədər
yüksəlib.
Soydaşımız vəkil kimi cinayət hüququ üzrə
ixtisaslaşıb. O daha çox iqtisadi və vəzifə səlahiyyətlə-
rini aşma sahəsində yol verilən cinayət proseslərində
iştirak edib.
Dövlət vəzifəsinə təyin olunması ilə əlaqədar Aqiyə
Axundova “Hüquqi Ənənələr” hüquqi bürosunu tərk
edib. Ukraynada Yanukoviç hakimiyyətinə qarşı xalq
etirazları baş qaldıran zaman Aqiyə Axundova “May-
dan” hərəkatı üzvlərinin hüquqlarını qorumaqla məş-
ğul olurdu. Şəxsi həyatına gəlincə, Aqiyə Axundova ai-
ləlidir və 1 oğul övladı var.
Hüquqşünas, “Maydan” hərəkatı iştirakçılarının hüquqlarını fəal müdafiə edən Aqiyə
Axundova Ukrayna Nazirlər Kabinetinin qərarı ilə iyunun 2-də Dövlət İcraçıları Xidmətinin
rəisinin birinci müavini təyin edilib
Dostları ilə paylaş: |