Ali təhsil ocaqları iş dünyasının ehtiyacını qarşılaya bilmirlər



Yüklə 12,1 Mb.
Pdf görüntüsü
səhifə36/70
tarix02.01.2022
ölçüsü12,1 Mb.
#2500
1   ...   32   33   34   35   36   37   38   39   ...   70
PAŞA  İLİSUYSKİY: “MƏNİM  ÜÇÜN  

AZƏRBAYCANIN  MARAQLARI  DA  ƏSAS  ŞƏRT  OLACAQ” 

Ukraynada yaşayan azsaylı xalqlar, o cümlədən azərbaycanlılar yeni seçilmiş Prezident Pyotr Poroşenkoya 

məktubla  müraciət  ediblər.  Birləşmiş  Ukrayna  Azərbaycanlıları  Konqresinin  sədri  və  Ukrayna  Millətlər 

Assambleyasının prezidenti Rövşən Tağıyevin imzası ilə göndərilmiş məktubda Pyotr Poroşenko təbrik edilir və 

ölkənin  gələcəyi  naminə  Ukraynada  yaşayan  azsaylı  xalqlar  tərəfindən  dəstək  ifadə  olunur.  Bildirilir  ki, 

seçkilərin nəticələri Ukraynanın etnik millətlərdən ibarət vətəndaşları üçün də gələcəyə böyük ümidlər verir.

Məktubda həmçinin, Ukraynada yaşayan azərbaycanlıların hər bir sahədə ölkənin inkişafına öz töhfəsini 

verməyə hazır olduğu bildirilir. Müraciətdə Konqresdə və Assambleyada birləşən təşkilatlar adından bir sıra 

təkliflər də qeyd olunub. 

***


HƏMVƏTƏNLƏRİMİZ  DÜNYADA

HƏMVƏTƏNLƏRİMİZ  DÜNYADA




25

331 İyul  2014

Bunu  Ukrayna  Azərbaycanlıları  Birləşmiş  Diasporunun 

sədri Hikmət Cavadov bildirib. Onun sözlərinə görə, Kliçko və 

Poroşenkonun  qələbəsindən  sonra  azərbaycanlıların  Ukray-

nada hansısa vəzifələrə, icra strukturlarına irəli çəkiləcəyi göz-

lənilir: "Bu haqda danışıqlar aparılır. İlk sevindirici xəbər Rəna 

Nəzərovanın  Kiyev  şəhər  şurasına  deputat  seçilməsi  oldu. 

Vilayətlərdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun 

sədrləri  və  üzvləri  ən  yaxın  gələcəkdə  dövlət  strukturlarında 

diasporumuzu təmsil edəcəklər. 

Azərbaycan diasporunun, eləcə də rəsmi Bakının bu məlum 

məsələlərdə  Ukraynanın  ən  çətin  anlarında  yanında  olması, 

ona dəstək verməsi bu danışıqlara əsas verir”.

Ukrayna  Azərbaycanlıları  Birləşmiş  Diasporunun  sədri 

Ukraynada keçiriləcək parlament seçkilərində də aktiv olacaq-

larını qeyd edib.

Qeyd edək ki, jurnalist Rəna Nəzərovanın namizədliyi məş-

hur boksçu Vitali Kliçkonun lideri olduğu "UDAR" blokundan 

irəli sürülmüşdü. O, Kiyev dövlət telekanalının əməkdaşıdır. 

Həmin kanalın “Kievski forum” proqramının baş redaktoru və-

zifəsində çalışır.

“Azərbaycanlı jurnalist Rəna Nəzərova Kiyev şəhər şurasında ilk azərbaycanlı deputat oldu”


Yüklə 12,1 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin