AZƏRBAYCANDA NİZAMİ GƏNCƏVİ ADINA
QIZIL MEDAL TƏSİS OLUNDU
APA-nın məlumatına görə, bunu dilçiliyin
inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı
iyunun 27-də keçirilmiş tədbirdə Milli Televiziya və
Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
Onun sözlərinə görə, istər ziyalı, istərsə də digər
təbəqələrdə dövlət dilinə hörmətlə yanaşmayanlar
həddindən artıq çoxdur: “Həmin adamları televiziya
kanallarına dəvət edəndə öz fikirlərini tam dəqiq
ifadə edə bilmirlər. Bu ciddi faktdır. Bəzən bizə
deyirlər ki, televiziyalarda Azərbaycan dilinin
məcburi istifadəsi ilə bağlı tədbirlər həyata
keçiriləndən sonra bəzi insanlar məcbur olub
Azərbaycan dilini öyrəndilər. Digər dilləri bilmək
böyük üstünlükdür, amma insan ilk növbədə ana
dilini bilməlidir”.
N.Məhərrəmli əlavə edib ki, Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının “Ana dili” ilə bağlı açıqladığı
sonuncu statistika təəssüf doğurur: “Sonuncu buraxılış imtahanında XI sinif şagirdlərindən bir çoxu ana dilindən
qiymət ala bilməyib. Şagirdlərin "2" qiymət alması gələcəkdə ana dilimizin ziyanına ola bilər. Hesab edirəm ki,
bu istiqamətdə tədbirlərin görülməsi vacibdir”.
“Azərbaycanın bir sıra mədəniyyət mərkəzlərində, elm sahəsində, hətta dövlət
qurumlarının yuxarı mərtəbələrində işləyənlərin çoxu öz ana dillərini tam
bilmirlər”
Dostları ilə paylaş: |