Ali təhsil ocaqları iş dünyasının ehtiyacını qarşılaya bilmirlər



Yüklə 12,1 Mb.
Pdf görüntüsü
səhifə35/70
tarix02.01.2022
ölçüsü12,1 Mb.
#2500
1   ...   31   32   33   34   35   36   37   38   ...   70
AUDİTORİYADAN  MÜSTƏQİL  HƏYATA


24

331 İyul  2014

Bu sözləri APA-ya açıqlamasında iyunun əvvəllə-

rində Ukrayna Xarici İşlər Nazirliyinin Radasına (XİN-

in  Radası  Ukrayna  xarici  siyasətinin  müəyyən  olun-

masında məşvərətçi orqandır, eyni zamanda səfirlərin 

təyinatı  zamanı  təqdimat  funksiyasını  yerinə  yetirir  –   

red.) təyinat alan Azərbaycanın Dubaydakı keçmiş vit-

se-konsulu, Ukrayna Qafqaz Xalqları Konqresinin səd-

ri Paşa İlisuyskiy (Məmmədov) deyib.

Ondan başqa daha iki azərbaycanlının da Ukrayna-

da  mühüm  post  tutmasını  xatırladan  P.  Məmmədov 

qeyd edib ki, Ukraynada milli azadlıq hərəkatı qalib gəl-

dikdən sonra, ölkədə yeni siyasi sistemin formalaşdırıl-

ması  başlayıb  ki,  burada  azərbaycanlıların  yer  alması 

ciddi proseslərin əsasını qoyub: “Azərbaycanlıların Uk-

raynada ölkənin milli maraqları çərçivəsindən çıxış et-

məsi  soydaşlarımızın  bu  ölkədə  mövqeyini  daha  da 

möhkəmləndirdi.  Eyni  zamanda,  Ukrayna  ilə  Rusiya 

arasında baş verən siyasi anlaşılmazlıqda Azərbaycan 

dövlətinin  yürütdüyü  incə  siyasət,  beynəlxalq  proses-

lərdə  Ukraynanın  maraqlarını  müdafiə  etməsi  də 

uğurların  gerçəkləşməsinə  təkan  verdi.  Burada 

Azərbaycan  və  azərbaycanlılara  qarşı  diqqət  birə  on 

artıb. Bu səbəblə buradakı azərbaycanlılar Azərbaycan 

dövlətinə,  şəxsən  prezident  İlham  Əliyevə  öz 

təşəkkürünü bildirir”.

P. Məmmədovun sözlərinə görə, Ali Radaya gözlə-

nilən  növbədənkənar  seçkilərdə  azərbaycanlıların  se-

çilmə şansı xeyli artıb: “Buradakı azərbaycanlılar artıq 

öz  namizədlərini  müəyyənləşdiriblər.  Birləşmiş  Uk-

rayna  Azərbaycanlıları  Konqresinin  sədri,  Ukrayna 

Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev, 

digər xalqlar arasındakı nüfuzunu da nəzərə alsaq, Ali 

Radaya ən şanslı namizəddir. Amma gözlənilən odur ki, 

Ukrayna parlamentində bir azərbaycanlı yox, daha çox 

nümayəndə təmsil olunsun”.

 P. Məmmədov bildirib ki, onun vəzifəsi Ukrayna-

nın  xarici  ölkələrdə  təyinat  alan  səfir  və  diplomatik 

nümayəndələri ilə bağlıdır: “Ukrayna azərbaycanlıları 

bəlkə də bu ölkədə yeganə etnik qrupdur ki, bu ölkənin 

siyasi kursunu yaxından bilirlər. Çünki bir çox tanınmış 

azərbaycanlı diplomatların çoxu Ukraynada təhsil alıb. 

Bunlar  arasında  bizim  xarici  işlər  naziri  cənab  Elmar 

Məmmədyarovu və daha bir neçə şəxsi misal göstərmək 

olar”.

 Azərbaycanlı diplomat onu da əlavə edib ki, Ukray-



na xarici siyasətində tutduğu post Azərbaycanın maraq-

ları üçün də müsbət nəticə verəcək: “Çünki mən istər 

Azərbaycan  XİN-də,  istər  Azərbaycanın  Dubaydakı 

diplomatik nümayəndəsi işlədiyim dövrdə olduğu kimi, 

bu vəzifədə də Azərbaycanın maraqlarının əsas prinsip-

lərdən biri kimi götürəcəyəm. Mənim üçün xidmət etdi-

yim Ukrayna ilə yanaşı, Azərbaycanın maraqları da əsas 

şərt olacaq”.

Onu  da  qeyd  edək  ki,  P.  İlisuyskiy  (Məmmədov) 

XİN-in Radasında yer alan yeganə azərbaycanlıdır. O, 

Azərbaycanın  Ağciyər  Xəstəlikləri  İnstitutunun  baş 

həkimi, Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzi-

fəsində çalışmış Xəyyam Məmmədovun oğludur.

“Mənim Ukraynanın xarici siyasətində vəzifəyə gətirilməyim bu ölkənin Azərbaycan 

diplomatiyasına verdiyi qiymətdir. Çünki mən Azərbaycan Xarici İşlər Nazirliyinin yetirməsiyəm” 


Yüklə 12,1 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin