Ali təhsil ocaqları iş dünyasının ehtiyacını qarşılaya bilmirlər



Yüklə 12,1 Mb.
Pdf görüntüsü
səhifə43/70
tarix02.01.2022
ölçüsü12,1 Mb.
#2500
1   ...   39   40   41   42   43   44   45   46   ...   70
ABŞ-DA  “QARABAĞ"  DİSKİ   


29

331 İyul  2014

Əskişəhərdə  yerləşən  Türkiyə  Anadolu  Dövlət 

Universitetindəki  Heydər  Əliyev  Məlumat  və 

Araşdırma  Mərkəzində  iyunun  22-də  görkəmli 

Azərbaycan  şairi  və  dramaturqu  Hüseyn  Cavidin 

əsərlərinin  Türkiyədə  ilk  nəşrinin  təqdimatı 

keçirilmişdir.

944  səhifəlik  kitab  Azərbaycan  Respublikası 

Prezidenti  Administrasiyası  ictimai-siyasi  məsələlər 

şöbəsinin  müdiri  Əli  Həsənovun    təşəbbüsü  əsasında 

“Kaspi”  Təhsil  Mərkəzi  tərəfindən  hazırlanmışdır.

Anadolu Universitetinin tələbə-müəllim kollektivinin, 

kütləvi  informasiya  vasitələrinin,  qeyri-hökumət 

təşkilatlarının  təmsilçilərinin,  Əskişəhər  ictimaiy-

yətinin tanınmış nümayəndələrinin, türkiyəli ziyalıların 

və Azərbaycandan gəlmiş nümayəndə heyətinin iştirakı 

ilə keçirilmiş mərasim Hüseyn Cavidin zəngin həyat və 

yaradıcılığına  həsr  olunmuş  filmin  nümayişi  ilə 

başlanmışdır. 

Mərasimi  giriş  sözü  ilə  açan  Anadolu  Univer-

sitetinin  “Azərbaycan  Proqramları”nın  rəhbəri  Azər 

Hətəmov  böyük  şairimizin  zəngin  bədii  yaradıcılığı,   

əsərlərinin nəşri və dünyada tanıdılması istiqamətində 

görülən işlərdən bəhs etmişdir.

Anadolu  Universitetinin  rektoru,  professor  Naci 

Gündoğan  Hüseyn  Cavid  şəxsiyyətinin  böyüklüyü, 

şairin  yaradıcılığının  türk  dünyasının  ədəbiyyatına 

gətirdiyi  ucalıqdan  danışmışdır.  Şairin  nadir  yazı 

üslubunda  ortaya  çıxardığı  əsərləri  türkdilli  xalqların 

ortaq  mədəni  xəzinəsi  adlandıran  rektor  əminliklə 

bildirmişdir  ki,  Hüseyn  Cavid  yaradıcılığı  bütün 

dövrlərdə  sevilə-sevilə  oxunacaq  və  bəşəri  dəyərini 

əzmlə qoruyacaqdır. 

Tədqiqatçı  alim,  “Ədəbiyyat  qəzeti”  baş  redak-

torunun  müavini,  filologiya  üzrə  fəlsəfə  doktoru, 

kitabın tərtibçisi Azər Turan Hüseyn Cavid yaradıcılığı-

nın  bəşəri  mahiyyəti,  müraciət  etdiyi  tarixi  hadisələr, 

əbədi qəhrəmanlarının şəxsiyyəti, onun əsərlərində bö-

yük duyğu və nəcib hisslərin tərənnümü barədə fikir və 

mülahizələrini bölüşmüşdür. 

Sonda  Anadolu  Universitetinin  “Azərbaycan 

Proqramları”nın  bakalavr  məzunları  Hüseyn  Cavidin 

əsərlərindən parçalar oxumuşlar.

Əskişəhərdə Azərbaycan ədibi Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin 

təqdimatı olmuşdur


Yüklə 12,1 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin