23
331 İyul 2014
NDU XƏBƏRLƏRİ
İyunun əvvəlində Türkiyə Cümhuriyyətinin
paytaxtı Ankara şəhərində Qafqaz Universitetlər
Birliyinin . "Qafqazın gələcəyində enerjinin rolu:
region ölkələrinin həmrəyliyi" mövzusunda IV
konqresi keçirilmişdir. Qafqaz Universitetlər Birli-
yinin sədri, Ərdahan Universitetinin rektoru, pro-
fessor Ramazan Qorxmazın sədrliyi ilə keçirilmiş
konqresdə Türkiyə və Azərbaycanın dövlət və hö-
kumət nümayəndələri ilə yanaşı Türkiyə universi-
tetlərinin, İran İslam Respublikasının Təbriz
Universitetinin, Gürcüstanın Axalsx Universiteti-
nin və NDU-nun rektorlarları da iştirak etmişlər.
NDU-nun rektoru, professor Saleh Məhərrə-
mov konqresdə çıxış edərək, iki qardaş ölkə arasın-
da sarsılmaz dostluq əlaqələrinin inkişafında elm,
təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən,
NDU-nun Türkiyənin əksər universitetləri ilə çox-
illik səmərəli tərəfdaşlığından danışmışdır. Qeyd
edilmişdir ki, Naxçıvan Dövlət Universiteti 2013-
cü ilin may ayından etibarən Türkiyə Respublikasındakı universitetlərlə digər ölkələrdəki universitetlər arasında
tələbə və müəllim mübadiləsini nəzərdə tutan Mövlanə Mübadilə Proqramında da uğurla təmsil olunur.
67 universitet rektorunun iştirak etdiyi konqresdə bölgənin və region universitetlərinin ictimai elmlər, tibb
elmləri və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
Konqresdə 13 universitet Qafqaz Universitetlər Birliyinin tərkibinə daxil edilmişdir. Naxçıvan Dövlət
Universiteti ilə Türkiyə Cümhuriyyətinin Kastomonu Universiteti, Cümhuriyyət Universiteti, Yakın Doğu
Universiteti, Çankaya Universiteti, Ərzurum Texniki Universiteti və digər universitetləri arasında Mövlanə
Mübadilə Proqramı ilə bağlı protokol imzalanmışdır.
S. Məhərrəmov Qafqaz Universitetlər Birliyinin “Ədəbiyyat 2014” mükafatlandırma mərasimində də iştirak
etmişdir.
Qafqaz Universitetlər Birliyinin növbəti konqresinin İran İslam Respublikasının Təbriz Universitetində
keçirilməsi nəzərdə tutulur.
Dostları ilə paylaş: