21
331 İyul 2014
UNİVERSİTET XƏBƏRLƏRİ
Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzi yeni onlayn məlumat bazasını təqdım edir. Bunun
üçün kitabxana səhifəsini: http://library.khazar.org/s53/Databases/en açaraq, SAGE Research Methods
loqosuna keçid etmək lazımdır. Bu bazada üstünlük daha çox metodologiyaya verilib və burada tədrisdə istifadə
məqsədi ilə “case studies” tapmaq mümkündür.
YENİ ONLAYN MƏLUMAT BAZASI
İyunun 27-də Bakıda Hyatt Regency otelində
Təhsil naziri Mikayıl Cabbarov və Maliyyə naziri Sa-
mir Şərifovun birgə sədrliyi ilə toplantı keçirildi. Top-
lantı ali məktəblərin maliyyələşdirilməsi məsələsinə
həsr olunmuşdu.
Toplantıda Xəzər Universitetinin təsisçisi,
Direktorlar və Qəyyumlar Şurasının sədri professor
Hamlet İsaxanlı "Ali məktəblərin maliyyələşmə sə-
viyyəsi, yeni maliyyə mənbələrinin axtarışı və ma-
liyyə səmərəliliyinin artırılması" mövzusunda çıxış
etdi. O, dünya təcrübəsindən misallar gətirdi, müxtə-
lif maliyyəşdirmə qaynaqları haqqında məlumat ver-
di, Xəzər Universitetinin maliyyələşdirmə (funding,
financial resources) sistemi, bu işdə beynəlxalq
əməkdaşlığın rolu, qarşıda duran problemlər, höku-
mətin və ali məktəblərin məsuliyyəti kimi məsələlər
ətrafında danışdı.
Dostları ilə paylaş: