MİKAYIL CABBAROV:
“ƏN BÖYÜK NAİLİYYƏT TƏHSİL MÜHİTİNİN
SAĞLAMLAŞDIRILMASIDIR”
Bunu təhsil naziri Mikayıl Cabbarov bildirib. O
qeyd edib ki, son tədris ilində müəllimlərin hazırlığı
istiqamətində böyük dəyişikliklər həyata keçirilib.
Kolleclərdə müəllim hazırlığı üzrə plan yerlərinin
sayı kəskin şəkildə azaldılıb. Nazirin sözlərinə görə,
bununla əsas məqsəd müəllim hazırlığında diqqəti sa-
ya deyil, onların hazırlıq səviyyəsinə, biliklərinin ar-
tırılmasına önəm verməkdir: “Müəllimlərin hazırlığı
bir neçə ixtisaslaşmış pedaqoji profilli ixtisas mək-
təblərində saxlanılıb. Bu, birinci addımdır. Bu qə-
rarın qəbul edilməsi ilə dayanmaq fikrində deyilik.
Növbəti addım müəllim hazırlığı ilə məşğul olan ali
məktəblərin tədris etdiyi məzmunun optimallaşdırıl-
ması və bilik səviyyəsinin artırılmasıdır”.
M.Cabbarov onu da deyib ki, müəllimlərin işə qə-
bulu, iş yerlərinin dəyişdirilməsi, dərs yükünün opti-
mallaşdırılması istiqamətində də son bır ildə islahat-
lar həyata keçirilib. Bu sahədə elektronlaşdırmanın
tətbiqi şəffaflıq üçün imkanları genişləndirib.
“Müəllim hazırlığı ilə məşğul olan ali məktəblərin tədris etdiyi məzmunun optimallaşdırılması
və bilik səviyyəsinin artırılması nəzərdə tutulur”
Dostları ilə paylaş: |