MÜƏLLİM HAZIRLIĞINDA YENİLİKLƏR OLACAQ
AzərTAc xəbər verir ki, bu fikri Təhsil
Nazirliyinin məktəbəqədər və ümumi təhsil
şöbəsinin müdiri Aydın Əhmədov iyunun 20-də
jurnalistlərə müsahibəsində söyləmişdir. O qeyd
etmişdir ki, artıq altıncı ildir kurikulum, müasir
məzmun məktəblərimizdə tətbiq olunur. Bununla
belə, hər bir yenilik daim təkmilləşmə və cilalanma
tələb edir. Ona görə bu sahədə müəllimlər və
valideynlər arasında daim maarifləndirmə işlərinin
aparılması çox vacibdir..
Yeni məzmunun tətbiqi ilə bağlı hələ də müəyyən
çətinliklərin, problemlərin olduğunu bildirən
nazirliyin təmsilçisi demişdir: “Bu müşavirələr məhz
belə problemlərin aradan qaldırılmasına həsr olunur.
Belə tədbirlərdə məktəb rəhbərlərinin, müəllimlərin
fikirləri, təklifləri öyrənilir. Təbii ki, gələcəkdə bütün
bunlar nəzərə alınacaqdır. Güman edirəm ki, fənn ku-
rikulumlarının tətbiqi ilə bağlı bugünkü təqdimatı-
mız müəllimlərin bu sahədə məlumatlandırılmasına,
məlumat dairəsinin genişləndirilməsinə əhəmiyyətli
dərəcədə təsir göstərəcəkdir”.
Kurikulumların tətbiqi müasir dövrdə təhsil sistemimiz üçün çox aktual olan bir məsələdir
Dostları ilə paylaş: |