Tövsiyələr
Akademik departamentlərin veb səhifələrindən
istifadə olunmasında maraqları olan tərəflərin müəyyən
edilməsi, yerləşdirilən məlumatların həmin qrup üçün
əhəmiyyətli, faydalı olmasının müntəzəm təhlil edilməsi;
Akademik departamentlərin yeni hazırlanan veb
səhifələrinin şablonunda departamentlərin fəaliyyətinin
tam əhatəli əks olunmasının təmin edilməsi;
Departament haqqında ümumi məlumatın bir səhi-
fədə yerləşdirilməsi (yaradılması tarixi də daxil olmaqla);
Bütün departamentlərin veb səhifələrində
məlumatların iki dildə yerləşdirilməsinin təmin olunması;
Hər bir departamentin professor-müəllim heyətinin
CV-lərinin ingilis dilində vahid formada təqdim olunması;
Müəllimlərin şəxsi veb səhifəsinin hazırlanması
(əlaqə məlumatı, məqalənin tam mətninin linki, iştirak
etdiyi konfranslar, keçirdiyi dərslər və s. göstərilməklə);
Tələbələr üçün məlumatın yerləşdirilməsi (mübadilə
proqramları, yay semestri, yay məktəbi, təcrübə haqqında,
dərs cədvəli, təqaüd imkanları, kitabxana, tələbələr üçün
müxtəlif tədbirlər və s.);
Məzunlar haqqında məlumatın yerləşdirilməsi ( təd-
birlər, qazandıqları uğurlar və s.)
Departament müdirləri ilə əlaqə saxlamaq üçün əlaqə
məlumatının olması (e-poçt, telefon nömrəsi və s.);
Departamentin fotoqalereyasının yaradılması.
20
331 İyul 2014
TƏHSİL
TƏHSİL
Mikayıl Cabbarov iyunun 12-də jurnalistlərə
açıqlamasında qeyd edib ki, təhsil sistemində diaqnostik
qiymətləndirmə geniş istifadə olunan alət olsa da,
Azərbaycanda müəllimlərin tətbiq etdiyi bilik səviyyəsi,
metodik və kommunikativ yanaşma ilə bağlı bilikləri barədə
sistemli məlumat yoxdur. Belə bir diaqnostik
qiymətləndirmə də heç bir zaman keçirilməyib.
M.Cabbarov qeyd edib ki, sınaq qiymətləndirmə Bakıda
fəaliyyət göstərən məktəblərdə 30 minə yaxın müəllimi
əhatə edir. Növbəti mərhələdə bu proses bütün ölkə
ərazisində də tətbiq ediləcək. Nazir onu da əlavə edib ki, bu
tədris ilində ən böyük nailiyyət təhsil mühitinin
dəyişdirilməsi, sağlamlaşdırılması istiqamətində atılan
addımlar olub. O xüsusi vurğulayıb ki, təhsil sistemində əsas
meyar bilik səviyyəsi olmalıdır və belə də olacaq.
“Respublikada ilk dəfə olaraq Bakı şəhərindəki orta məktəblərdə çalışan orta məktəb
müəllimlərinin sınaq qiymətləndirilməsi həyata keçirildi”
Dostları ilə paylaş: |