31
331 İyul 2014
Ezamiyyətlərin məqsədi Vatikan Arxivlərində
Azərbaycana aid tarixi sənədlərin aşkar edilməsi və
ilkin araşdırmaya cəlb olunması idi.
Heydər Əliyev Fondunun və Azərbaycan
Mədəniyyət Nazirliyinin tapşırığı ilə aparılmış
araşdırmalar zamanı Vatikan Məxfi Arxivlərində 700-
dən çox sənəd araşdırılıb və Azərbaycan tarixinə aid 85
sənəd aşkar olunub. Bu sənədlər italyan, latın, yunan,
fransız, ərəb, fars, türk, monqol, erməni və sair
dillərdədir. Tədqiqatlar nəticəsində aşkar edilmiş
sənədlər X-XX əsrləri, yəni Azərbaycan tarixinin
minillik dövrünü əhatə edir. Aşkar edilmiş sənədlərin
arasında orta əsr Azərbaycan hökmdarlarının (Elxani,
Səfəvi, Əfşar, Qacar və s.) Roma Papaları ilə məxfi
yazışmalarını əks etdirən məktublar vardır. Başqa
sənədlər Vatikan kilsəsinin Azərbaycanda apardığı dini
fəaliyyət və təbliğatla bağlıdır.
Vatikan Apostol Kitabxanasında da araşdırmalar
aparılıb. Orada 400-dən çox qədim əlyazma əsəri
tədqiqata cəlb olunub. Bunun nəticəsində, həmin
kitabxanada orta əsr Azərbaycan müəlliflərinə məxsus
68 qədim əlyazma əsəri və çoxlu sayda xəritə aşkar
edilmisdir. Bunlar Azərbaycan (türk), fars, ərəb
dillərində olan orta əsr əlyazma kitablarıdır. Onların
arasında məşhur Azərbaycan müəlliflərinin (Nizami,
Füzuli, Nəsimi, Şəbüstəri, Sührəvərdi və b.) eyni
zamanda indiyədək adı bizə məlum olmayan orta əsr
müəlliflərinin 11 əsəri vardır.
Vatikana son ezamiyyət müddətində (2013-2014)
Azərbaycan tarixinə aid orta əsr Avropa və Şərq
xəritələri aşkar edilib. XV-XVIII əsrləri əhatə edən bu
coğrafi xəritələrin əhəmiyyəti ondan ibarətdir ki,
həmin xəritələr qədimdə və orta əsrlər zamanı
“Azərbaycan” adlı ölkənin mövcudluğunu təsdiq edir,
“Azərbaycan”, “Qarabağ”, “Midiya”, “Şirvan” və
“Arran” kimi coğrafi ərazilərin sərhədlərini müəyyən
edir. Burada erməni alimlərinin uydurmalarına
rəğmən, Bakı, Şamaxı, Gəncə, Təbriz, Qəbələ,
Qarabağ, İrəvan və Qars şəhərinə qədər uzanan ərazi
Azərbaycan torpaqları kimi göstərilir. Bəzi xəritələrdə
Xəzər Dənizi “Bakı Dənizi” kimi qeyd olunur.
2013-2014 illərdə Vatikan Apostol Kitabxanasında
araşdırmalar davam etdirilib. Bu zaman anadilli
(türkdilli) əsərlərin tədqiqinə xüsusi fikir verilib. İlk
dəfə olaraq 100-dən çox bu vaxta qədər qeydə
alınmamış və təsvir olunmamış türkdilli, o cümlədən
azərbaycandilli orta əsr əlyazması aşkar olunmuşdur,
onlar ilkin tədqiqat və təsvir edilib.
Aşkar olunmuş əlyazmaların arasında nəzm və
nəsr əsərləri, Azərbaycan tarixini işıqlandıran,
Eldəgizlər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər
və sair Azərbaycan dövlətlərinin tarixindən xəbər verən
əlyazmalar vardır. Aşkar olunmuş əlyazmaların
kataloqunun hazırlanması üzrə Vatikan Apostol
Kitabxanası ilə əməkdaşlıq qurulub və kataloqlar üçün
məlumat toplanıb. Hazırda iki kataloq üzərində iş
davam etdirilir: Vatikan Apostol kitabxanasının
Azərbaycan Əlyazmaları Kataloqu və Vatikan Apostol
kitabxanasında aşkar edilmiş ye ni türkdilli
əlyazmaların kataloqu.
Tədqiqatlar zamanı aşkar edilmiş Azərbaycan
əlyazmalarının rəqəmləşdirilməsini təmin etmək üçün
bu əlyazmaların siyahısı tərtib edilərək, Heydər Əliyev
Fonduna və Vatikan Apostol Kitabxanasının müdiriy-
yətinə təqdim edilib. Əlyazmaların yüksək keyfiyyətli
rəqəmsal surətlərinin hazırlanması onların gələcək nə-
sillər üçün qorunub saxlanması üçün daha böyük zəma-
nət verir. Heydər Əliyev Fondunun tapşırığı ilə Azər-
baycan əlyazmalarının yüksək keyfiyyətli rəqəmsal su-
rətləri artıq Vatikan tərəfindən hazırlanıb.
Aşkar olunmuş Azərbaycan əlyazmalarının
Vatikan tərəfindən bərpa olunması üçün Heydər Əliyev
Fondu tərəfindən danışıqlar aparılıb, razılıq əldə edilib,
maliyyə vəsaiti ayrılıb və əlyazmalar artıq bərpa
olunub.
Lent.az
12.06.2014
Əlyazmalar İnstitutunun əməkdaşı, tarix üzrə elmlər doktoru Fərid Urxan oğlu
Ələkbərlinin Vatikanın Məxfi Arxivinə və Apostol Kitabxanasına uzunmüddətli
ezamiyyətləri (2011-2014) başa çatıb
Dostları ilə paylaş: