http://www.amu.edu.az
30 yanvar 2016-cı il
2
B
eynəlxalq
əməkdaşlığın
Azərbaycan Tibb Universi-
tetinin fəaliyyətində priori-
tet sahələrdən olduğunu vurğu-
layan məruzəçi universitetin bu
istiqamətdə fəaliyyətə Azərbaycan
Respublikası müstəqillik qazan-
dıqdan sonra başladığını dedi.
Bildirdi ki, ölkəmizdə təhsilin
beynəlxalq standartlara uyğun,
yeni istiqamətdə inkişafını və əsaslı
şəkildə təkmilləşdirilməsini təmin
edən dövlət qanunları, proqram-
ları və sərəncamların imzalanması
ilə daha da genişləndirilmiş və in-
kişaf etdirilmişdir.
Azərbaycan
Tibb
Universiteti-
nin dünyanın qabaqcıl ölkələrinin
aparıcı təhsil və elm mərkəzləri ilə
əməkdaşlığına, müxtəlif assosiasiya
və qurumlarda təmsilçiliyinə də to-
xunan R.Qabulova qeyd etdi ki, ATU
hazırda Avropa İttifaqının TEMPUS,
ERASMUS MUNDUS, ERASMUS Plus və
Türkiyə Cumhuriyyətinin MEVLANA
mübadilə proqramlarının iştirakçısı-
dır.
R.Qabulova hazırkı dövrə qədər
Avropa İttifaqının mailiyyələşdirdiyi
TEMPUS proqramının 7 layihəsinin
iştirakçısı olaraq hesabat dövründə
5 layihəni uğurla həyata keçirən
Azərbaycan Tibb Universitetinin
2012-ci ildən etibarən MEVLANA
mübadilə proqramı üzrə Türkiyənin
15 universiteti ilə müqavilə imzala-
dığını söylədi: “Proqram çərçivəsində
2014-2015-ci tədris ili ərzində
Türkiyənin 5 universitetindən 8 pro-
fessor təcrübə mübadiləsi məqsədilə
1-2 həftə müddətində ATU-da səfərdə
olub. MEVLANA mübadilə proqramı
ilə 13 rezidentimiz Türkiyənin Erciyes
və İnönü universitetlərində rotasiya
keçiblər”.
Məruzəçi ABŞ-ın Milli Səhiyyə İns-
titutu Foqarti Beynəlxalq Mərkəzinin
maliyyələşdirdiyi,
2014-2019-cu
illəri əhatə edən Qlobal Psixi Sağ-
lamlıq və İnkişaf pozulmaları üzrə
tədqiqatçı yetşdirmə proqramı haq-
qında ətraflı məlumat verərək qeyd
etdi ki, ATU-nun Psixiatriya kafed-
rası, Harvard Tibb Məktəbi və Boston
Uşaq Xəstəxanası, habelə Ankara və
Hacettepe Universitetlərinin Psixiat-
riya, Pediatriya və Uşaq Psixiatriyası
kafedralarının əmək daş larının iştirak
etdiyi proqram pediatriya, psixiatriya,
uşaq nevrologiyası mövzusunda birgə
konfransların, seminarların təşkilini,
azərbaycanlı mütəxəssislərin ABŞ-da
uzunmüddətli təlim və ixtisaslaşma
kurslarında iştirakını nəzərdə tutur.
R.Qabulova dünyanın 33 ölkəsindən
olan 135 universitet, səhiyyə oca-
ğı, elmi-tədqiqat mərkəzi, tədqiqat
institutu ilə müxtəlif layihələr və
müqavilələr çərçivəsində əməkdaşlıq
edən ATU-nun hesabat dövründə 25
universitet, 5 müəssisə ilə müqavilə
imzaladığını, 2011-2015-ci illərdə
universitetimizin qonağı olan dünya
miqyasında tanınmış alimlərlərdən
bəzilərinə ATU-nun Elmi Şurasının
qərarı ilə fəxri adların verildiyini bil-
dirdi.
Universitet əməkdaşlarının mün-
təzəm olaraq müxtəlif xarici ölkələrdə
keçirilən elmi konfrans, simpozium
və seminarlarda iştirak etdiyini, qa-
baqcıl klinikalarda təcrübə keçdiyini
söyləyən R.Qabulova son illərdə xari-
ci səfərlərin sayının artmasını müsbət
hal kimi dəyərləndirdi: “2010-2015-
ci illərdə universitet əməkdaşlarının
46 ölkəyə 748 səfəri olmuşdur. Bu
səfərlərin 261-i (34,9%) 2014-2015–ci
illərin payına düşür.
Ümumiyyətlə, uzun illərdir ki,
universitetimizin Türkiyə univer-
sitetləri,
klinikaları,
uzmanlıq
dərnəkləri ilə sıx əlaqələri mövcud-
dur. Əməkdaşlarımızın xarici univer-
sitet və klinikalarla təcrübi təbabət
sahəsində mübadiləsi əsasən ikitərəfli
əməkdaşlıq müqavilələri çərçivəsində
həyata keçirilir.
Son illərdə Türkiyə universitet-
lərində müqavilələr çərçivəsində
təcrübə mübadiləsində iştirak etmiş
ATU əməkdaşlarının sayı getdikcə
artmaqdadır. Bu rəqəm 2011-ci ildə 9,
2012-ci ildə 6, 2013-cü ildə 9, 2014-
cü ildə 10, 2015-ci ildə 19 nəfər təşkil
etmişdir”.
Sözünə davam edən natiq universitet-
mizin əcnəbi tələbələr üçün cəlbedici
olması, rezidentura pilləsində təhsil
alan gənc həkimlərimizin xaricdə
rotasiyalarının təşkili istiqamətində
təhsil ocağının rəhbərliyi və əlaqədar
strukturlarının müvafiq tədbirlər gör-
düyünü diqqətə çatdırdı.
“Universitetimizin
beynəlxalq
əlaqələr
sahəsində
priori-
tet istiqamətlərdən biri, bəlkə də
ən mühümü beynəlxalq ali təh sil
məkanındakı imicimizin yüksəldilməsi
və Azərbaycan Tibb Universitetinin
dünya uni versitetlərinin reytinq si-
yahılarına daxil edilməsidir” - deyən
R.Qabulova bunun üçün lazımı ad-
dımların atıldığını vurğuladı.
Universitetimizdəki əcnəbilərin sta-
tistikasını da açıqlayan prorektor
bildirdi ki, 2014-2015-ci tədris ilinin
əvvəlindən 16 ölkədən gələn 945
nəfərdən 737-si tələbə, 174-ü (19-u
YÖK xətti ilə) hazırlıq şöbəsində, 23-ü
ixtisasartırma kurslarında dinləyici,
7-si rezident, 4-ü isə doktorantdır.
Bu tələbələrdən 6 nəfəri (İordaniya
vətəndaşı) dövlət xətti ilə, 96 nəfəri
isə Türkiyə Cümhuriyyəti Seçmə və
Yerləşdirmə Mərkəzi (YÖK) yolu ilə
təhsilini davam etdirir.
2014-2015-ci tədris ilində univer-
sitetimizi başa vuran 150 məzundan
119 nəfəri diplom alsa da, 31 nəfərinin
kredit borcu qalıb.
YÖK yolu ilə 13 nəfər Türkiyə
Cümhuriyyəti vətəndaşı III kurs-
dan sonra öz ölkələrinin müvafiq
universitetlərinə köçürülüb. Dekan-
lığın Facebook səhifəsini yaradan
xarici tələbələr dekanlığı mütama-
di olaraq məzunlarla əlaqə saxlayıb.
Onların verdiyi məlumata görə, 2014-
2015-ci ilin məzunlarının 80 faizi oz
ölkələrində imtahan verərək diplom-
larını tanıdıblar.
Universitetimizə
daha
çox
əcnəbi tələbənin cəlb edilməsi
istiqamətində intensiv işlər aparıldı-
ğını şura üzvlərinin diqqətinə çatdıran
R.Qabulova, bu məqsədlə 2015-ci ilin
yay aylarında Azərbaycan Tibb Uni-
versitetinin xarici tələbələrlə iş üzrə
dekanı, dosent İsmayıl Əfəndiyevin
Hindistan və İordaniyanın böyük
şəhərlərində abituriyentlər üçün se-
minarlarda iştirak etdiyini söylədi:
“Bunun nətəcəsidir ki, 2015-2016-cı
tədris ili ücun universitetimizə çox-
lu sayda əcnəbi vətəndaş müraciət
etmişdir. Onu da qeyd etmək lazim-
di ki, bu il universitetimizə Liviya,
Hindistan, Nigeriya, Əlcəzair kimi
ölkələrdən də tələbələr qəbul olun-
muşlar. Bu da onu göstərir ki, ildən-
ilə universitetimizə maraq artir və
müraciət edən ölkələr sırasına yeni-
yeni ölkələr əlavə olunur”.
Hər dərs ilinin əvvəlində tələbələrin
öz ölkələrinə gediş-gəlişini və Bakı
şəhərində müvəqqəti yaşamaq hüqu-
qunu təmin etmək üçün Azərbaycan
Respublikasının Dövlət Miqrasiya
Xidməti ilə sıx əlaqə saxlanıldığını
bildirən prorektor bu il ilk dəfə ola-
raq əcnəbi tələbələrimizin Miqrasi-
ya Xidməti üçün tibbi müayinəsini
sadələşdirmək məqsədilə zəruri pro-
sedurun universitetimizin Tədris Te-
rapevtik Klinikasında təşkil olundu-
ğunu vurğuladı.
Dostları ilə paylaş: