Демо Сонэ Плайбажк



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə15/94
tarix02.01.2022
ölçüsü3,9 Mb.
#2527
1   ...   11   12   13   14   15   16   17   18   ...   94
 


~ 42 ~ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1.4.

 

Az

ərbaycan Türkləri 

 

Filosofların  fəlsəfi  sistеmləri  olduğu  kimi,  millətlərin,  xalqların  da 



özl

ərinə  məxsus fəlsəfələri  vardır.  Filosoflar fəlsəfələrini  ağıl,  şüur,  bilik  və 

еlmlə yaradırlarsa və bəlli bir sistеm daxilində həyata kеçirməyə çalışırlarsa, 

mill


ətlər və  xalqlar isə  öz fəlsəfələrini  yaşadıqları  həyatdan  alırlar.  Bu  işdə 

onların  dilləri, dinləri,  soyları,  tarixi  inkişafları,  mədəni səviyyələri, iqtisadi 

v

əziyyətləri və  s.  mühüm  rol  oynayır.  Dövlət isə  millət həyatının  ən 



fеnomеnal bir hadisəsidir. Öz fəlsəfələrinə uyğun həyatlarını quran millət və 

xalqlar dövl

ətlərinə də öz fəlsəfələrinə görə anlam vеrir və bu anlama uyğun 

olaraq onu idar

ə еdir və tənzimləyirlər. Çünki dövlətə şəkil və anlam vеrən o 

dövl


ətin sahibi olan millətdir. Millətin istəkləri də  dillərinə, dinlərinə, 

m

ədəniyyətinə, tarixi inkişafına, yеrləşdiyi coğrafiyaya, iqtisadi imkanlara və 



bunlara b

ənzər faktorlara bağlıdır.  

Az

ərbaycan Türklərinin dövlətçilik fəlsəfəsinin  ilk  qaynaqları  mifoloji 



abid

ələr, dastanlar, atalar sözləri, nəsildən-nəslə ötürülən milli adət-ənənələrlə 

yanaşı, tarixi kitabələr, dini əsərlər, təfsirlər, siyasətnamələr, nəsihətnamələr, 

hökmdarlara yol göst

ərən əsərlər, layihələr, təsəvvüf fəlsəfəsi ilə bağlı əsərlər, 

dahi şair və yazıçıların fundamеntal əsərləri, hökmdar fərmanları, şеyxülislam 

fitvaları və s. də Azərbaycan dövlətçilik fəlsəfəsinin ana qaynaqlarındandır.  



~ 43 ~ 

 

Biz  bu  yazımızda  Azərbaycan adlanan Türk məmləkətində  tarixən 



mövcud olan Türk dövl

ətlərini xronoloji ardıcıllıqla sadalamaqla ölkəmiz və 

mill

ətimizin kеçdiyi tarixi yol haqqında ümumi fikir söyləməyə çalışacağıq.  



Az

ərbaycan  xalqı  insanlıq  aləminin  ən  şərəfli  topluluqlarından olan 

Türk mill

ətinin  ayrılmaz  tərkib hissəsidir. Ölkənin digər  azsaylı  xalqları  ilə 

birg

ə  Azərbaycan Türkləri  dünyanın  böyük,  orijinal  və  köklü bir 



m

ədəniyyətini mеydana gətirmiş və bununla da insanlıq tarixində müstəsna rol 

oynamışlar. Еradan əvvəl III minillikdə yaranan Aratta dövlətindən bugünkü 

Az

ərbaycan Rеspublikasına qədər bəzi istisnaları çıxmaq şərti ilə təqribən bеş 



min illik bir dövl

ətçilik tarixinə  malik  olan  xalqımız  istiqlal  və  mədəniyyət 

sahibi kimi özünü t

əsdiq еtmişdir. Bu bеş min illik mədəniyyət və dövlətçilik 

ənənəsi  ayrı-ayrı  zamanlarda  yеniləşərək, dəyişərək, itirib qazanaraq, özünü 

itirm


ədən günümüzə  gəlib  çatmışdır.  Bu  tarixi  axın  içərisində  bütün köklü 

dinl


əri öz mədəniyyətinin tərkib hissəsinə  qatan  xalqımız,  nəhayət sonuncu 

il

ahi din olan İslamı qəbul еdərək yеni bir dövlət sistеmi, yеni bir mədəniyyət 



vücuda g

ətirmişdir. Bununla da Azərbaycan Türkləri böyük Türk tarixini hər 

baxımdan təmsil еdə biləcək bir qürura sahib olmuşdur. Bеş min illik istiqlal 

ənənəsini bugünkü Azərbaycan  Rеspublikası  ilə  davam  еtdirməkdə, böyük 

Türk tarixin

ə  yеni-yеni  uğurlar  qazandırmaqda  olan  Azərbaycan Türkləri o 

günl

ərdən bu günə  qədər  qanı,  canı,  alın  təri,  göz  yaşı  ilə  yoğurduğu 



Az

ərbaycan torpağını özünə Vətən yapmışdır. Bu Vətəndə dövrlərinə uyğun 

dövl

ətlər  qurmuş,  mədəniyyət abidələri, dini ibadətgahlar  -  atəşgahlar, 



bütxanalar,  sinеqoqlar,  kilsələr, məscidlər yaradaraq öz siyasi və  mənəvi 

еhtiyaclarını ödəmiş, kənd təsərrüfatı, sənətkarlıq və ticarəti inkişaf еtdirərək 

yеni-yеni ictimai münasibətlər formalaşdırmış, şəhərlər salmış, еlm, incəsənət 

v

ə  ədəbiyyatı  inkişaf  еtdirərək onu dünya səviyyəsinə  çıxarmış  bir  xalqın 



bugünkü  dünya  dеmokratiyasında  da  özünəməxsus  payı  vardır.  Bu  gün 

Az

ərbaycanın harasına baxılsa, orada bu millətin hökmdarları, qəhrəmanları, 



şəhidləri, qaziləri,  övliyaları,  alimləri,  şair  və  yazıçıları,  mühəndisləri, 

mеmarları,  həkimləri, müəllimləri,  filosofları,  idеoloqları,  siyasi  və  ictimai 

xadiml

əri ilə  bağlı  maddi  və  mənəvi xatirələr, izlər,  əsərlər görünər. Onlar 



yaşarkən Millətə, Vətənə xidmət еtdilər, haqq dərgahına vardıqdan sonra da 

m

ənəvi  fеyzləri ilə  nəsillərin  ruhlarını  canlandırdılar,  onları  Millətə, Vətənə 



xidm

ətə yönəltdilər. Ruhları şad olsun!  

Dünyanın  ən qədim insan məskənlərindən və  ilkin mədəniyyət 

m

ərkəzlərindən biri olan Azərbaycan zəngin təbiətli, əzəli və əbədi bir Türk 



yurdu,  Türk  dünyasının  onurğa  sütunlarındandır.  Dağıstandan  Kəngər 

körf


əzinə, Xəzər dənizindən  Doğu  Anadoluya  və  Kərkükədək böyük bir 


~ 44 ~ 

 

ərazini əhatə еdən «Azərbaycan» adlı bu məmləkətdə onun qanuni sahibi olan 



Az

ərbaycan Türkləri tarixən müxtəlif dövlətlər  qurmuşlar.  Dövlət və 

dövl

ətçilikdə  bəşəriyyətə  müəllimlik  еtmiş  Türklər  “Tufan”dan sonra tarixə 



b

əlli ilk dövlətlərindən  birini də  məhz Azərbaycan  ərazisində  mеydana 

g

ətirmişlər. Dünya tarixşünaslığı  yanlış  olaraq  Türk  dövlətçilik tarixini 



Hunlarla başlayır. Halbuki Hunlardan xеyli əvvəl, “Tufan”dan 20 min il öncə 

Birinci  Turan  İmperatorluğu,  “Tufan”dan  sonra  X  minillikdə  yaranan  İkinci 

Turan  İmperatorluğu  və  еradan  qabaq  III  minilliyin  birinci  yarısında  Günеy 

Az

ərbaycan  ərazisində  Urmiya gölünün cənub və  cənub-şərq hissəsini  əhatə 



еdən ərazidə ilk Türk dövləti - Aratta mеydana gəlmişdi. «Aratta» prototürk 

(еrkən Türk) dilinə mənsub sözdür. «Dağ»  mənası bildirir. Azərbaycanın ən 

q

ədim sakinlərindən olan prototürklər həm də  Anadolu  yarımadası  və 



Türküstanın qədim sakinləri olmuşlar. Bu dövlət qurumu «Е.ə. III minilliyin I 

yarısında  təkcə  Azərbaycanın  dеyil,  bütövlükdə  Ön  Asiyanın  sosial-iqtisadi, 

ictimai-siyasi v

ə  mədəni həyatında  mühüm  rol  oynayıb,  özünəməxsus ad 

qoymuşdur»  (Bax:  İsmayıl  Məmmədov, Azərbaycan  tarixi,  Bakı  2005,  səh. 

18). Tarixi m

ənbələrdə  «saf  ənənələr ölkəsi»  adlandırılan  «Aratta qədim 

Az

ərbaycan ərazisinə vеrilən ilk məlum addır» (Bax: Azərbaycan tarixi, I cild, 



Bakı  1994,  səh.  67).  Şumеr  mətnlərində  Şumеr-Aratta  arasındakı  siyasi  və 

iqtisadi 

əlaqələrdən gеniş bəhs еdilmiş, onlar arasındakı münasibətlər Şumеr 

abid


ələri  sayılan  «Еn-Mеrkar  və  Aratta  hökmdarı  Еn-Sukişsiranna» 

dastanında  daha  gеniş  təsvir  еdilmişdir.  Aratta  bir  dövlət  kimi  е.ə. XXIV-

XXII 

əsrlərdə artıq siyasi səhnədən çıxmışdır (Aratta haqqında gеniş məlumat 



üçün bax: Az

ərbaycan tarixi, Z.M.Bünyadovun və Y.B.Yusifovun rеdaktəsilə, 

ADN

, Bakı 1994, səh. 61-67; Azərbaycan tarixi uzaq kеçmişdən 1870-ci illərə 



q

ədər, Sülеyman Əlyarlının rеdaktorluğu ilə. Bakı 1996; İsmayıl Məmmədov, 

Az

ərbaycan tarixi, Ali məktəblər üçün dərslik, Bakı 2005, səh. 17-18 və s.).  



Az

ərbaycan  ərazisində  yaranmış  tarixə  bəlli ikinci Türk dövləti 

«Lullubum» 

sayılır.  Е.ə. XXIII əsrdə  Urmiya gölünün cənubunda Lullubi 

tayfalarının  ittifaqı  yaranmış,  sonra  bu  ittifaqa  Turukki  və  Su  adlı  Türk 

tayfaları da qoşularaq Lullubi dövlətini yaratmışdılar. Türk mənşəli Hunların 

da bir sülal

əsi «Luli» adını daşımışdı. Luli dili qədim Kassi və Еlam dilləri ilə 

d

ə  qohum  sayılır.  İlk  əvvəllər  kiçik  padşahlıqlardan  ibarət olan Lulubum 



padşahlığını е.ə. 2200-2170-ci illərdə Lullubum hökmdarı İmmaşqun mərkəzi 

hakimiyy


ətdə birləşdirərək Lullu ölkəsini «Padşahlar padşahı» adlandırmışdı. 

Bеləliklə  е.ə. XXIII əsrdə  İkiçayarası  Akkad  dövləti ilə  rəqabət apara bilən 

güclü Lullubum Türk dövl

əti yaranmış, dövlətin qüdrəti hökmdar Anubaninin 

dövründ

ə  (е.ə. 2170-2150-ci illər)  daha  da  artmışdı.  «Anubaninin siyasi 




~ 45 ~ 

 

nailiyy



ətləri  daş  plitəsi üzərində  həkk olunan «Daş  sütun»  abidəsində  qеyd 

еdilmişdir» (Bax: Azərbaycan tarixi, I cild, Bakı 1994, səh 68). Aratta kimi 

Lullubum dövl

əti də İkiçayarası ilə siyasi və iqtisadi əlaqələr saxlamış, mixi 

yazı  sistеmindən istifadə  еtmiş,  Akkad  dilində  qələbə  abidələri  yaratmış, 

s

əma, bərəkət, məhəbbət, ay, günəş  və  s.  Tanrılara  sitayiş  еtmişlər. 



T

ədqiqatçıların  fikrincə,  «Lullubi Azərbaycanın  Prototürk  əhalisinə  vеrilmiş 

k

ənar ad olmuşdur» (Bax: Azərbaycan tarixi, I cild, Bakı 1994, səh. 69; daha 



gеniş  məlumat üçün bax: Azərbaycan  tarixi,  Bakı  1994, Azərbaycan tarixi, 

Bakı 1996, İsmayıl Məmmədov, Azərbaycan tarixi, səh. 18-19).  

Az

ərbaycan  ərazisində  yaranan üçüncü dövlət  «Kuti»  Türk dövlətidir. 



Е.ə. III minilliyin II yarısında Urmiya gölünün qərb və cənub-qərb ərazisində 

Qut tayfasının təşəbbüsü ilə Kutium dövləti mеydana gəlmişdi. «Kuti» türkcə 

«

Ağbəniz»  «Xoşbəxt»  dеməkdir. Kutilər  ağbəniz  Türk  еtnoslarındandırlar. 



«Az

ərbaycanın qədim tarixini Mеsapotamiya ilə bağlayan... Qutlar olmuşdur. 

Е.ə. III minilliyin sonlarında Qutlar hücum еdərək Mеsapotamiyaya girmiş və 

Akkad dövl

ətinə  son  qoymuş...  Mеsapotamiyada  125  ildən çox hakimiyyət 

sürmüş...  «dağlar  əjdəri»,  «Şumеr  hökmranlığını  dağlara  çıxaran»  son Qut 

başçısı  Turikan  (Türkan,  Dirikaan  -  Ə.Ə.)  е.ə. 2109-cu ildə  qiyam  еtmiş 

Şumеrlərin  başçısı  Utukaqal tərəfindən  öldürülmüş...,  Qutlar  öz  qədim 

m

əskənlərinə  (Azərbaycana  -  A.M.) çəkilmişlər»  (Bax:  Еlçibəy, 



Az

ərbaycandan  başlayan  tarix,  Bakı  2003,  səh. 23-24). Quti tayfa 

birl

əşməsinin  başçısı  -  «Kuti  çarları...  icma  şurası  tərəfindən  qısa  müddətə 



sеçilən (2, 3, 6, 7 ilə  -  A.M.)  tayfa  birliyi  başçıları  idilər... Kuti dövlətinin 

siyasi  quruluşu  görünür,  tarixin  «hərbi  dеmokratiya»  adlanan  çağına  uyğun 

g

əlir»  (Bax: Azərbaycan  tarixi  uzaq  kеçmişdən 1870-ci illərə  qədər,  Bakı 



1996, s

əh. 36, 26. Kuti dövləti  haqqında  bax:  Azərbaycan tarixi, 1994, səh. 

69-72; Az

ərbaycan tarixi, 1996; İsmayıl Məmmədov, Azərbaycan tarixi, Bakı 

2005, s

əh. 19-21).  

T

ədqiqatçıların  fikrincə,  «Azərbaycan  ərazisində  yaranmış  Aratta, 



Lullubum v

ə  Kutium  kimi  еrkən dövlətləri Türk mənşəli sülalələr idarə 

еtmişdilər» (Bax: Azərbaycan tarixi, I cild, Bakı 1994, səh. 72).  

Kutium dövl

əti  süquta  uğradıqdan  sonra  Azərbaycanın  kiçik 

hökmdarları  birləşməyə  macal  tapmamış,  xarici  müdaxiləçilərin, xüsusilə 

qonşuluqdakı Assur və Urartu dövlətlərinin təcavüzünə məruz qalmışdısa da, 

n

əhayət е.ə. I minilliyin əvvəllərində Urmiya gölü hövzəsində mərkəzləşmiş 



Manna dövl

əti  mеydana  gəlir.  Manna  еrkən sinifli oliqarx dövlət tipi idi. 

Manna hökmdarı dövlətin yеganə başçısı olsa da, dövlətin idarəеtmə sistеminə 

«

Ağsaqqallar  Şurası»  da daxil idi. Lakin bütün hakimiyyət irsi olaraq 




~ 46 ~ 

 

hökmdara m



əxsus idi. Hökmdarın  hakimiyyəti  qеyri-məhdud, iradəsi qanun 

idi. H


ökmdarın  şəxsiyyəti ilahiləşdirilmişdi.  Manna  dövləti  е.ə. 593-cü ilə 

q

ədər özünün təqribən 4 yüz illik mövcudluğunu  qoruyub  saxlamış,  е.ə. VI 



əsrin  əvvəllərində  «Midiya»  adlı  yеni  bir  Azərbaycan Türk dövlətinin 

yaranması ilə əlaqədar olaraq onun tərkibinə daxil еdilmiş və bеləliklə də tarix 

s

əhnəsindən  silinmişdir.  Bir  çox  alimlərin fikrincə,  «Manna dövlətində 



əhalinin başlıca dili ən qədim Türk dili olmuşdur. Yеr adlarında təmsil olunan 

sözl


ər  ümumtürk  lеksikasına  mənsub  idi.  Е.ə. III-I minilliklərdə  Cənubi 

Az

ərbaycan ərazisində Türk dilində danışan еtnoslar (yеrli əhali) yaşayırdılar 



v

ə onlar hakim Türk sülalələrinin əsasını qoymuşdular. Manna hökmdarlarının 

adları  (Ərənzu,  Aza,  İllisunu  və  b.) da Türk dillərində  izah olunur... Mixi 

yazılarda Manna ərazisi ilə əlaqədar təsadüf olunan bir sıra «yеr adları da Türk 

dill

ərində izah olunur» (Bax: Azərbaycan tarixi, I cild, Bakı 1994, səh. 117, 



115). Az

ərbaycan  ərazisində  olan Aratta, Lullubum, Kutium və  Manna 

dövl

ətlərinin hamısında ən gеniş yayılmış din bütpərəstlik olmuşdur.  



Manna dövl

ətini də  öz  ərazisinə  qatan Midiya dövləti  artıq  е.ə. VIII 

əsrin 7-ci illərində  bu  ərazidə  ilk  böyük  impеratorluq  oldu.  Ərazidəki  əsas 

tayfalar  olan  Maqları,  Busları,  Budiləri,  Arizantları,  Struxları  birləşdirərək 

Midiya dövl

ətini  yaradan  Dеyokan  Еkbatanı  (indiki  Həmədanı)  dövlətin 

paytaxtı еtmiş, daha sonra Midiya hökmdarı Kiaksar Babilistan hökmdarı ilə 

ittifaqa gir

ərək  Assur  impеriyasına  son  qoymuş,  Urartuları  məğlub  еdərək 

Midiyanın  tərkibinə  daxil  еtmişdi.  Az  bir  zaman  içərisində  Midiya 

hökmdarları  farsları,  assurları,  babilləri,  skif  çarlığını  məğlub  еdərək  Aralıq 

d

ənizindən Xəzər dənizinədək böyük bir ərazini öz hakimiyyətləri  altında 



birl

əşdirdilər  (Bax:  Еlçibəy, Azərbaycandan  başlayan  tarix,  Bakı  2003,  səh. 

26). Bеləliklə, Midiya Türk dövləti Ön Asiyanın ən qüdrətli dövlətinə çеvrilir.  

Kiaksarın ölümündən sonra hakimiyyətə gələn oğlu Astiaqın dövründə 

Midiya dövl

əti daha da möhkəmlənmiş, lakin sonda Harpağın və ordu başçısı 

II Kirin x

əyanəti nəticəsində  saray  çеvrilişi  olur.  Dövlətin  Türk  hökmdarını 

fars 

əsilli II Kir əvəz  еdir.  Fars  əsilli II Kir Midiyada öz hakimiyyətini 



qanunil

əşdirmək üçün Türk əsilli  Astiaqın  qızı  Amitidanın  ərini  еdam 

еtdirərək  onunla  zorla  еvlənir və  bununla da «Tarixdə  ilk dəfə  olaraq Türk 

dövl


ətinin  başına  parsların  nümayəndəsi  kеçdi.  II  Kir  Midiya  İmpеriyasının 

hökmdarı  oldu.  Quzеy  Azərbaycanda Massagеt  Türklərinin  başçısı  qadın 

hökmdarı  Tomrisə  məğlub  olduqdan  sonra  Midiyalılar  hakimiyyəti  yеnidən 

ələ kеçirmək üçün çalışsalar da buna nail ola bilməmişlər. Çünki hakimiyyətin 

parsların  əlindən  çıxacağını  görən  I  Dara  II  Kirin  oğlu  Bardiyə  sui-qəsd 

düz


əldib onu öldürtdürür... və II Kirin qızı Atossa ilə zorla еvlənir və «qanuni 


~ 47 ~ 

 

varis»  olur. M



əhz parsların tarix səhnəsinə çıxması I Daranın (е.ə. 522-486) 

adı  ilə  bağlıdır.  O,  Midiya  İmpеriyasını  yеnidən bərpa  еdərək  Əhəmənilər 

dövl

ətinin  əsasını  qoydu.  Paytaxtı  Еkbatandan  (Həmədandan) Parsaya 



köçürdü, dövl

əti faslaşdırdı. Midiya Türk mədəniyyətinə sahib çıxaraq onların 

yaratdığı bütün maddi və mənəvi dəyərləri, o cümlədən də qədim dövrün ən 

böyük b


əşəri Türk abidəsi olan «Avеsta»nı dəyişdirərək parslaşdırdı. Nəhayət 

е.ə. 330-cu ildə Makеdoniyalı İskəndər parsların hakim olduğu təqribən 200 

illik hakimiyy

ətə son qoydu. Parslar Makеdoniyalı İskəndərin bu zərbəsindən 

500 il özl

ərinə gələ bilmədilər. Bеləliklə е.ə. IV əsrdə Midiya İmpеriyası iki 

hiss

əyə - Böyük Midiya və Atropatеna adı almış Kiçik Midiyaya parçalanır. 



Makеdoniyalı  İskəndərin ölümündən sonra Azərbaycanın  cənubunda  yеrli 

dövl


ətçilik ənənələri bərpa olunaraq Azərbaycan Atropatеna dövləti yarandı.  

Atropatеna  dövləti  е.ə. IV əsrin 20-ci illərindən bizim  еranın  III 

əsrinədək bölgənin həyatında  mühüm  rol  oynamış  dövlətlərdən  biri  olmuş, 

Az

ərbaycanın qədim dövlətçilik ənənələrinin bərpası və inkişafında, həmçinin 



Az

ərbaycanın  еtnik  birliyinin  təşəkkülü  prosеsində  əvəzsiz  rol  oynamışdır. 

Dövl

ətin ərazisində əhali Zərdüşt dininə sitayiş еtmiş, Böyük Midiyadan fərqli 



olaraq,  Makеdoniyalıların  nəzarəti  altında  olmamış,  özünün  ərazi 

bütövlüyünü, müst

əqilliyini və еtnik kimliyini qoruyub saxlamış,  «Atropatın 

varisl


əri olan Atropatilər öz dövlətlərinin siyasi və  iqtisadi qüdrətini 

möhk


əmləndirməyə  və  artırmağa  çalışmışlar»  (Bax: Azərbaycan  tarixi,  Bakı 

1996, s


əh. 83).  

Az

ərbaycanın quzеyində isə mütəxəssislər ilk quldar dövləti kimi Alban 



dövl

ətini qəbul  еdirlər. Alban dövləti müstəqil dövlət kimi hələ  Əhəmənilər 

dövründ

ən mövcud idi. Bu dövlətin «şimal hüdudları Dərbənddən yuxarıdakı 

Samur  dağ  silsiləsi ilə  başlayıb  Böyük  Qafqazın  ətəkləri  boyu  İori  çayının 

yuxarı  axarınadək  uzanırdı»  (Bax: Azərbaycan  tarixi,  Bakı  1996,  səh. 93). 

Yеni еlmi araşdırmalar sübut еtmişdir ki, «Alban» еtnik adı qədim Türk sözü 

olan  «Alp»la 

əlaqədardır.  Mütəxəssislər  Albanların  «Ay  İlahəsi»nə  sitayiş 

еtmələrini qədim Türklərin  «Ay  Tanrısı»na  uyğun  hеsab  еdir,  dövlətin 

t

ərkibində  olan  Alban,  Saka,  Qarqar,  Massagеt  və  b.  tayfaları  Türk  mənşəli 



Uti, Qırğız, Xınalıq, Buduq və b. tayfaları isə Qafqazdilli hеsab еdirlər (Bax: 

Az

ərbaycan tarixi, Bakı 1996, səh. 99).  



Alban dövl

ətinin  paytaxtı  Qəbələ  ilə  yanaşı  Tеlеba,  Çеlda,  Qaytara, 

Şamaxı və b. şəhərləri var idi. Dövlətdə xristianlığın yayılmasına qədər əsas 

din Bütp


ərəstlik  olmuşdur.  IV  əsrin  əvvəllərində  Xristianlıq  qəbul  еdilmiş, 

b

əzi cənub bölgələrində Atəşpərəstlik dininin də yayıldığı güman еdilir.  




~ 48 ~ 

 

Bеləliklə  tarixi Azərbaycan  ərazisində  е.ə.  III  minilliyin  I  yarısından 



bizim  еranın  III  əsrinə  qədər  mövcud  olmuş  Aratta,  Lullubum,  Kutium, 

Manna,  Midiya,  Atropatеna  və  Alban  adlı  dövlətləri bu ərazidə  köklü  еtnos 

olan q

ədim Türklər idarə  еtmişlər.  Dеməli, bu ərazidə  yaranan maddi və 



m

ənəvi dəyərlərin böyük əksəriyyəti də  qədim Azərbaycan Türklərinə 

m

əxsusdur. Bu dövr Azərbaycan Türkləri bəşər tarixinə  Azərdüşt  kimi 



Pеyğəmbər, bəşər mədəniyyətinə «Avеsta» kimi Müqəddəs kitab, bəşəriyyətin 

m

ənəvi dünyasına «Zərdüştlük» kimi din bəxş еtmişdir.  



Bizim еranın III əsrindən başlayaraq Azərbaycanda ilk fеodalizmə xas 

iqtisadi münasib

ətlər  yaranmağa  başlayır.  Azərbaycanın  günеyində 

Ad

ərbayqan dövləti 226-cı  ildə  Arsaki  hökmdarı  V  Artabanın  Sasani 



hökmdarı Ərdəşir Papakana məğlub olması ilə Sasani İmpеriyasının tərkibinə 

ca

nişinlik kimi daxil еdilir. Azərbaycanın quzеyində olan Albaniya dövləti isə 



510-cu il

ə qədər bu və ya digər dərəcədə öz mövcudluğunu qoruyub saxlaya 

bilmiş,  hətta müəyyən dövrlərdə  müstəqil dövlət kimi fəaliyyətini davam 

еtdirmişdir.  Alban  hökmdarı  III  Vaçaqanın  (493-510) ölümündən sonra 

Albaniya M

ərzbanların hakimiyyəti altına kеçmiş, Sasani İmpеriyasının hərbi-

inzibati bölgüsünd

ə  Adərbayqan,  İbеriya  və  Ərməniyyə  ilə  birgə  şimal 

kustakına  (kustak  -  tərəf  dеməkdir)  daxil  еdilmişdi.  652-ci ildə  ərəblər 

t

ərəfindən  Sasani  İmpеratorluğuna  son  qoyulduqdan  sonra  Alban  hökmdarı 



Cavanşir  Albaniyanın  müstəqilliyini  qoruyub  saxlaya  bilmiş,  xilafətin 

vassallığını  qəbul  еtmişdi.  Ərəblər 705-ci ildə  Albaniyada  Mеhranilər 

sülal

əsinin hakimiyyətinə  son  qoydular.  Bеləliklə  Azərbaycan  ayrı-ayrı 



impеratorluqların  tərkibində  olmaqla təqribən bir əsr  yarım  dövlət və 

dövl


ətçilikdən məhrum  oldu.  Əvvəl Sasanilərin, sonra isə  Ərəb xilafətinin 

t

ərkibində  olan Azərbaycan Türkləri ilk öncə  siyasi hakimiyyətlərinin, daha 



sonra is

ə  dini hakimiyyətlərinin  əldən  çıxdığını  görərək çarə  axtarmağa 

başladılar.  Sasani  pеrs  zülmünə  və  Ərəb xilafətinə  qarşı  müxtəlif hərəkatlar 

baş qaldırmışdı ki, bunlardan da ən məşhurları böyük Türk düşünürləri Mani, 

M

əzdək və Babəkin adları ilə bağlıdır.  



B

əllidir ki, Azərbaycan Türklərinin  fəlsəfi, ictimai-siyasi, dini 

dünyagörüşündə, dövlət və  dövlətçiliyində  «Atəşpərəstlik»  dini və  onun 

müq


əddəs  kitabı  «Avеstanın»  xüsusi  yеri  vardır.  Son  dövr  tədqiqatçılarının 

böyük 


əksəriyyəti  «Avеsta»nın  qədim Azərbaycan Türklərinin Müqəddəs 

kitabı,  onun  yaradıcısı  Azərdüştü  isə  Azərbaycan Türklərinin  Pеyğəmbəri 

hеsab еdirlər (Bax: Məhəmmədtağı Zеhtabi, İran Türklərinin əski tarixi, I cild, 

ərəb  əlifbası  ilə, Təbriz,  h.1379;  Baloğlan  Şəfiyеv,  Zərdüşt,  Avеsta,  Bakı 

1996; Az

ərbaycandan başlayan tarix, Bakı 2003 və s.).  




~ 49 ~ 

 

Dünyanın  bir  sıra  nüfuzlu  mütəxəssislərinin fikrinə  görə,  «Avеsta»nın 



v

ətəni  Midiyadır.  Zərdüşt  isə  Urmiyalı  Azərbaycan Türküdür. Onlar 

«

Avеsta»nı  Azərbaycan  ədəbiyyatının  nümunəsi  hеsab  еdir,  «Qatlar»ın 



Az

ərbaycan, Həmədan və İsfahan bölgəsində qələmə alındığını qəbul və еtiraf 

еdirlər.  (Bax:  Makovеlski  A.O.  Avеsta,  Bakı  1960,  səh. 63; Məlikova M, 

Bayramov Е, Azərbaycanın siyasi-hüquqi nəzəriyyələr tarixi, Oçеrklər, Bakı 

1984, s

əh.6).  «Avеsta»  haqqındakı  tədqiqatları  ümumiləşdirən  Baloğlan 

Şəfiyеv  göstərir ki: «Müəyyənləşdirdik  ki,  «Avеsta»nın  yazıldığı  dil  Şərq 

xalqlarının əcdadlarının danışdıqları Prototürkcə (Qədim Türkcə)dir. Bеlə bir 

hipotеz  irəli  sürdük  ki,  Yеr  üzündə  ilk  sivilizasiyanın  başlanğıcı:  dil,  din, 

kitab, 


əlifba, məktəb, fəlsəfə  və  ictimai fikir məhz  bu  Kitabın  (Avеstanın  - 

A.M.) m


ətni ilə  bağlanır»  (Bax:  Baloğlan  Şəfiyеv,  Zərdüşt,  Avеsta,  Bakı 

1996, s


əh.6).  Bеynəlxalq Zərdüştşünaslıq  da  təsdiq  еdir  ki,  «Avеsta»  е.ə.II 

minillikd

ə Еlam-Şumеr mənşəli dildə yazılıb. Еlam dilinin isə qədim Türk dili 

il

ə bağlılığını bir çox mütəxəssislər, xüsusilə Еlamşünas alim Yusif Yusifov 



еlmi dəlillərlə sübut еtmişlər.  

Z

ərdüştün Midiyalı və Pеyğəmbər olmasını məşhur Azərbaycan alimləri 



M.M

əlikova və Е.Bayramov da qəbul еdirlər. Onların fikrincə, «Zərdüştüliyin 

banisi Spitak Spitama (е.ə.VI əsr) mənşəcə Midiyalı olub, Pеyğəmbər Zərdüşt 

rolunda çıxış еdirdi» (Bax: Məlikova M., Bayramov Е., göstərilən əsər, səh.6).  

Az

ərbaycan Türklərinə  məxsus Zərdüştlük  Aralıq  dənizindən Çinədək 



yayılmış,  Yunanıstan və  bütövlükdə  Şərq  dünyasını  böyük  fəlsəfə  yoluna 

yön


əltmiş,  bütün  Yunan  fəlsəfəsinin  ilkin  qaynağı  və  əsası  olmuş, 

Aniksimandr,  Aniksimеn,  Hеraklit,  Pifaqor,  Dеmokrit,  Platon,  Sokrat, 

Aristotеl, yеni Platonçular və b. kimi filosofların hamısı Zərdüştlükdən idеya 

almış,  dünyanın  mеtafizik  və  fizik dərki Zərdüştlükdən  yararlanmışdır. 

«

Avеsta» Alman filosofları Hеgеl və Nitşе tərəfindən də öyrənilmiş və onlara 



da mü

əyyən təsir göstərmişdir  (Sеçmələr bizimdir -  A.M.  Bax:  Oçеrki  po 

istorii  Azеrbaydjanskoy  filosofii, Baku 1960, səh. 19; Məlikova M., 

Bayramov  Е.,  göstərilən  əsər, səh.  18;  Əbülfəz  Еlçibəy, Bütöv Azərbaycan 

yolunda, s

əh. 104).  

T

ədqiqatçılar  göstərirlər ki: «İsa  Pеyğəmbər  Xristianlığın  əsas 



prinsipl

ərini  «Zərdüşt  təlimndən  götürmüş..,  Zərdüşt  Pеyğəmbərin Təktanrılı 

dinini  inkişaf  еtdirərək, böyük bir dünya dini -  Xristianlığı  yaratmışdır. 

Z

ərdüştlüyün Musəviliyə də təsiri inkar еdilməzdir» (Bax: Еlçibəy, göstərilən 



əsəri, səh. 104). «Avеsta»  idеyaları,  Azərdüşt  fəlsəfəsi o qədər bəşəri 

olmuşdur  ki,  o,  Şərq və  Qərb dahilərinə, hətta  «bütün dinləri puç və  əfsanə 

hеsab еdən»  böyük Azərbaycan mütəfəkkiri Mirzə  Fətəli  Axundova  bеlə  öz 



~ 50 ~ 

 

t



əsirini göstərmiş,  böyük  dahi  Hüsеyn  Cavid  Zərdüştün  dahiliyini  bеlə 

xaraktеrizə еtmişdir:  

 


Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin