Демо Сонэ Плайбажк



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə14/94
tarix02.01.2022
ölçüsü3,9 Mb.
#2527
1   ...   10   11   12   13   14   15   16   17   ...   94
1.3.

 

Şumer Türkləri 

 

“Tufan”dan sonra İkinci Böyük Turan mədəniyyətinin Yaxın Şərqdə ən 

ön

əmli  davamçısı  Şumer  Türkləri  olmuşdur.  Şumer  Türklərinin  yaratdığı 



böyük m

ədəniyyət  “Tufan”dan  sonrakı  bütün  bəşər mədəniyyətinin ideya 

qaynağı olmuşdur. 

Şumerlər  haqqında tarix elmində  iki  əsas ehtimal var. Bunlardan biri 

ondan ibar

ətdir ki, Şumerlər ən əski çağlardan Mesopotamiyada yaşayan yerli 

(avtoxton)  xalqdır.  İkinci  ehtimala  görə  Şumerlər  Mesopotamiyaya  başqa 

yerd


ən gəlmişlər. Dünya şumerşünaslarının əksəriyyəti bu ikinci ehtimalı əsas 

götürürl


ər ki, biz də  bunu həqiqətə  daha  uyğun  hesab  edirik.  Belə  ki, bu 

şumerşünasların gəldiyi son nəticə bundan ibarətdir ki, “Tufan”dan sonrakı ən 

q

ədim mədəni insan məskəni Çayhun (Amu-Dərya və  ya Öküz) və  Sayhun 



(Sır-Dərya və ya İnci) çaylarının hövzəsi, Aral gölünün ətrafı və Turan ovalığı 

olmuşdur.  “Tufan”dan  sonra  dünyada  mədəniyyət ilk dəfə  Türküstandan 

X

əzər dənizinin sahillərinə qədərki ərazilərdə mərkəzləşmiş və buradan başqa 



ərazilərə  yayılmışdır.  Bunu  nəzərə  alan tədqiqatçılar  göstərirlər ki: “Bir 

vaxtlar “Tarix Şumerdən başlayır” deyildiyi halda indi “Tarix Orta Asiyadan-

Turandan  başlayır”  deməyi tarix elmi bizdən tələb edir. Bu ilk mədəniyyət 

m

ərkəzinin (Türküstan nəzərdə  tutulur-A.M.) yaranma və  varolma tarixi 



eradan  qabaq X-VI minillikl

ərə  aid  edilir.  Dünyanın  ikinci  qədim 

m

ədəniyyətinin toplandığı mərkəz Xəzərin qərb sahillərindən başlayaraq qərbə 




~ 37 ~ 

 

doğru Kür-Araz ovalıqları, Qızılüzən boyu və Urmiya gölü ətrafını əhatə edir. 



Bu m

ədəniyyətin yaranma və varolma tarixi eradan qabaq VII-II minilliklərə 

dayanır.  Tarix  baxımından  Şumer  üçüncüdür.  Dəclə  və  Fəratın  hövzəsi və 

yuxarı axını, Partaq (Zaqros) dağlarının qərb ətəklərindən Ərəbistan səhrasının 

şimal-şərqinədək  olan  ərazini  əhatə  edir və  eradan öncə  IV-II minilliklərə 

bağlanır” (Seçmələr bizimdir-A.M. Bax: Əbülfəz Elçibəy, Bütöv Azərbaycan 

yolunda, ikinci n

əşr, Bakı 2004, səh. 23-24). 

M

əşhur  ingilis  alimləri Q.Çaydl və  S.Lloyd daha da irəli gedərək 



göst

ərirlər  ki:  “Turanlılar  təxminən on, on iki min il bundan əvvəl səfalı, 

b

əhrəli Dəclə və Fərat çayları hövzəsində məskən salıb ətraflarında yaşayan 



saysız-hesabsız  vəhşi  qəbilələrin heyrətli nəzərləri  altında  dünya 

sivilizasiyasının səhərini açdılar. Dünyada ulu bir mədəniyyətin məşəli alışdı. 

Bu  işıq  ehtiyacı  daxildən  gəlirdi və  çox çəkmədi  ki,  qoca  Asiyanın  münbit 

torpaqlı  hər  guşəsində  işıq  adaları  şölələndi” (Seçmələr bizimdir-A.M. Bax: 

Q.Çaydl, Drevneyşiy Vostok v svete novıx raskopok, Moskva 1956, səh. 252-

256; Seton Lloyd, Reki blizniçi, Moskva 1972, s

əh. 16). 

T

ədqiqatçılar  ilk  şəhər dövlətlərinin və  ən  başlıcası,  ilk  yazı 



m

ədəniyyətinin  Şumerlərə  aid  olduğunu  nəzərə  alaraq  Şumerləri dünya 

m

ədəniyyətinin  yaradıcıları  hesab  edirlər.  İlk  yazı  mədəniyyətinin  Şumer 



Türkl

ərinə  aid  olduğunu  irəli sürən tədqiqatçılara  görə,  Şumerlərdən bu 

əlifbanı  əxz edən  Finikiyalılar  ticarət  əlaqələrində  olduqları  sami  xalqlara, 

Yunan v


ə Latınlara aparmış, Latın, Yunan, İbrani və Ərəb əlifbaları da Şumer 

əlifbası  əsasında  yaradılmış,  sonradan  Latın  əlifbası  əsasında  Alban 

(Az

ərbaycan),  Qrobar (Hay), Kartli (Gürcü) və  Kril  (Rus),  Ərəb  əlifbası 



əsasında isə qədim Soğdi və Uyğur əlifbaları yaradılmışdı (Seçmələr bizimdir-

A.M. Bax: Ahmet Cavat, Alfabenin menşei, En eski Türk yazısıdır, İstanbul 

1933). 

Öz qaynağını qədim Günəş İmperiyasının “Müqəddəs sirlər”indən alıb 

dünyaya  yayan,  Ceyms  Çörcvordun  “Böyük  Uyğur  İmperiyası”  adlandırdığı 

Böyük Turan İmperatorluğunun təfəkkürünün məhsulu olan, bəşəriyyətin ulu 

ata v

ə  anası  sayılan  An  (Göy)  və  Ki  (Yer)  düşüncəsi  əsasında  yaranan 



“Bilg

əmiş”  (“Qılqamıs”)  dastanındakı  motivlər  sonrakı  dini  kitablara  da 

keçmiş, Bibliyada “Adəm və Həvva” şəklində öz əksini tapmış, Şumerlərdən 

sonrakı bütün Şərqin və Qərbin bir sıra xalqları bu dastanın güclü təsiri altında 

olmuşlar. Belə ki, An və Kinin nigahından Enli və Enki doğulmuş, Adəm və 

H

əvvadan da Habil və  Qabil dünyaya gəlmişdir.  Deməli,  ilk  qaynağını 



“Müq

əddəs sirlər”dən alan “Bilgəmiş”  dastanındakı  “Nuh  tufanı”,  “Novruz 

Bayramı”, “Qurban Bayramı”, od, torpaq, su və havadan ibarət həyat anlayışı 



~ 38 ~ 

 

v



ə  s. kimi məsələlər də  Şumer  təfəkkürünün məhsuludur. Ümumiyyətlə

Şumerlərin mədəniyyəti qədin  Turanlıların  dini-etik  görüşlərinin, fəlsəfi 

baxışlarının,  bədii  fikir  dünyasının  davamıdır.  Deməli, qədim  Turanlılarla 

Şumerlərin, Şumerlərlə sonrakı Türklərin eyni inam fəlsəfəsi daşıması onların 

eyni kökü paylaşmalarına bariz sübutdur. Belə ki, bizim eranın VI əsrinə aid 

Elt


əriş  Xaqanın  şərəfinə  həsr  edilmiş  kitabədə  Göy  Türk  Xaqanı  Qapağan 

Xaqanın dilindən belə bir fikir həkk olunmuşdur ki: “Mən, Qapağan Xaqan, 

Elt

əriş  Xaqanın  elində  tərbiyə  aldım.  Bu  eli  (El  qədim Türklərdə  “Dövlət” 



anlamında  işlədilmişdir.  Bax:  Prof.  Dr.  Laszlo  Rasonyi,  Tarihte  Türklük, 

Ankara 1971, s

əh. 61) mənim  65  ulu  babalarım  yaratmışlar”  (Bax:  Malov, 

S.E., Pamyatniki drevnetyurkskiy pismennosti Monqolii i Kirqizii, Moskva 

1959, s

əh. 7-10). 

Bir çox t

ədqiqatçılar  haqlı  olaraq  təsdiq edirlər ki, Babilistana gələn 

xalq  (Şumerlər nəzərdə  tutulur-A.M.) özü ilə  çox yüksək mədəniyyət də 

g

ətirmişdilər. Şumer Türkləri dünya mədəniyyətinə möhtəşəm tikililər, Eridu, 



Ur, Uruk, Laqaş, Şurrupak, Adab, Nippur, Kiş və s. kimi əzəmətli şəhərlər, ilk 

s

əsli yazı sistemi, ilk nəzmlə yazılmış qəhrəmanlıq epopeyası, ilk kitabxana, 



ilk kitab kataloqu, yeddi notlu septatonik musiqi s

ənəti,  suvarma  kanalları, 

əkinçilik mədəniyyəti, ilk iki palatalı parlament, ilk tarixçi, ilk ədəbi abidələr, 

ilk mat


əm nəğmələri,  heyvanlar  haqqında  ilk  təmsillər toplusu və  s. bəxş 

etmişlər (Seçmələr bizimdir-A.M.  Bax:  Kramer  S.N.Tarih  Şumerle  başlar, 

Ankara 1990). Şumer Türklərində məktəblər, dərsliklər, müəllimlər, mirzələr, 

katibl


ər  olmuş,  bu  mirzə  və  katiblər onlarla gil lövhələrdən ibarət kitablar

kitab


ələr, elmi və  rəsm  əsərləri vücuda gətirmişlər.  Bütün  bunlarla  yanaşı 

Şumerlər dünya mədəniyyəti tarixində  ilk  hüquqi  qanunların,  mülkü 

s

ənədlərin, dini və  kosmoqonik təfəkkürün də  yaradıcısı  hesab  olunurlar. 



Q

ədim  Şumerlərdə  hökmdarlar və  qanunvericilər Kainatla dövləti  ayrılmaz 

hesab etmiş, ona görə də öz hakimiyyətlərinin və qanunlarının İlahi xarakter 

daşıdığını  irəli  sürmüş,  bütün  insanları  və  hətta  canlı  və  cansız  varlıqları, 

T

əbiətin  əşya  və  hadisələrini də  dövlətin  bir  üzvü  hesab  etmişlər. Onlar 



mövcud Göy cisiml

ərini və  Təbiət hadisələrini müqəddəsləşdirərək Allah 

s

əviyyəsinə qaldırmış (Göy Allahı Anu, Tufan Allahı Enlil, Şər Allahı Marduk 



v

ə s.), kosmik dövlətlərində ümumi  yığıncağı “Allahların müşavirəsi” hesab 

etmiş, ona görə də özlərini Allahların yerdə iradəsini həyata keçirdiklərini irəli 

sürmüş  və  bununla da öz hakimiyyətlərinin  İlahi  xarakter  daşıdığını 

əsaslandırmağa  çalışmışlar (Seçmələr bizimdir-A.M. Bax: Yusif Rüstəmov, 

Siyasi-hüquqi t

əlimlər tarixi, Bakı 2000, səh. 25-26). 



~ 39 ~ 

 

Şumerlər “6-lıq və 10-luq sistemi ilə əks olunan riyazi hesablamaların, 



astronomiya v

ə astrologiya elminin təməlini qoymuş, 6 Göy, 10 Yer rəqəmi 

olmaqla  bu r

əqəmlərin hasil nəticəsi kimi 60 saniyəni bir dəqiqəyə, 60 

d

əqiqəni bir saata, sutkanı 24 saata bölmüş, çevrəni 360 dərəcəyə, buradan da 



qapanmış  çevrənin ilin 360 günə  bərabərliyini ilahiləşdirmiş,  çevrənin tam 

qapanması üçün 5 günü nə köhnə, nə də təzə ilə aid etməklə bayram günləri 

saymışlar”  (Seçmələr bizimdir-A.M.  Bax:  Arif  Əliyev,  Şumer  dastanları, 

Bakı-AzAtaM-2008, səh.3). 

Şumerlər  ən müqəddəs bayram olan Yeni il-Novruz  bayramını  yazın 

g

əlişi  şərəfinə  qeyd  etmiş,  yeni  ilin  birinci  ayı  olaraq  Mart  ayını  qəbul 



etmişlər. Şumerlərin təfəkkürünün məhsulu olan bu müqəddəs bayramı bizim 

eraya q


ədər bütün dünya xalqları qeyd etmişlər. Tədqiqatçılar göstərirlər ki, bu 

bayram  Romalılar  tərəfindən 2000 (iki min) il bundan əvvəl qəbul  edilmiş 

“dövrümüzün t

əqvimində  də  öz izlərini  qorumaqdadır.  Belə  ki, günümüzün 

t

əqvimində...sentyabr-septem (yeddinci), oktyabr-okto (səkkizinci), noyabr-



novem (doqquzuncu), dekabr-

dekem  (onuncu)  aylar olaraq  Şumer  yaddaşını 

qorumaqdadır” (Bax: Arif Əliyev, göstərilən əsər, səh. 4). 

T

ədqiqatçıların fikrincə, Şumerlər 12 bürc haqqında ətraflı bilgiyə sahib 



olmuş,  bürcləri  heyvanların  müqəddəsləşdirilmiş  ruhları  şərəfinə 

adlandırmışlar.  Şumerlərin təfəkkürünün məhsulu olan Göy cisimləri haqda 

ilk elmi n

əzəriyyələri, Günəş sisteminə daxil olan 9 planetə qarşı bu gün belə 

elm

ə  məlum olmayan əlavə  2  Göy  planeti  haqqında  ətraflı  məlumata malik 



olmaları  (Amerika  alimi  Sitçin)  Şumerlərin  yerxarici  sivilizasiya  haqqında 

bilgiy


ə sahib olmalarını göstərir. 

“H

ələ 5 min il bundan öncə Şumer həkimləri gözdə mürəkkəb cərrahi 



əməliyyatlar apararaq mirvari suyunu götürmək  iqtidarında  olmuşlar.  Şumer 

xalqının  bəşəriyyətə  bəxş  etdiyi  bu  zəngin  miras  yalnız  dünyəvi elmlər, 

inc

əsənət nümunələri ilə  məhdudlaşmamış,  onlar  həm də  fəlsəfi fikirlərin



əsasən  də  mənəvi  saflığın  təməli olan inam mədəniyyətinin  əsaslarını 

yaratmışlar” (Seçmələr bizimdir-A.M. Bax: Arif Əliyev, göstərilən əsər, səh. 

5). 

Şumerlərə görə yer kürəsinin ilk insanı Yer qızı Qarabaşla Göy Mələyi 



Elinin tör

əməsidir. Bu fikir sonradan Bibliyaya da siyarət  etmiş,  region 

ölk

ələrinin mif və əfsanələrində də əks olunmuşdur. Şumer təfəkkürünə görə 



El insanlığın ilk atasıdır. Bibliya və ondan sonrakı dini kitablarda insanların 

“Kökü torpaq olmaqla bir ata v

ə  anadan  yaradılması”  fikri  də  onlardan min 

ill


ərlə öncə Şumer Türkləri tərəfindən irəli sürülmüşdür. 


~ 40 ~ 

 

Şumerlər Yer planetinin yaradıcısını da tək Tanrı olmasını Bibliyadan 



min ill

ərlə öncə söyləmişlər. Şumerlərə görə Tanrı yer üzündəki şahlığı Tanrı 

əsilli,  Tanrı  sifətli,  Tanrı  kökənli yer övladına  etibar  etmişdir.  Şumerlərin 

t

əfəkkürünün məhsulu olan bu fikir sonradan Bibliya və digər dini kitablara, 



h

əmçinin region ölkələrinin mif və  əfsanələrinə  də  siyarət  etmişdir.  Məşhur 

Şumerşünaslardan S. N. Kramer və M.S. Belinkiy elmi şəkildə sübut etmişlər 

ki,  Bibliyadakı  Nuh  daşqını,  Adəmin torpaqdan, Həvvanın  isə  onun 

qabırğasından  yaradılması,  Habillə  Qabilin  ədavəti və  bir  sıra  çoxsaylı 

m

əsələlər heç də Yəhudilərə Allah müjdəsi və Yəhudi təfəkkürünün məhsulu 



olmayıb Şumerlərdən əxz edilmişdir. Ona görə də Bibliyanın səmaviliklə heç 

bir 


əlaqəsi yoxdur. Bibliyada göstərilən mif, rəvayət,  nağıl  və  təmsillər də 

Allah müjd

əsi  olmayıb  qədim Yəhudilərin  Şumerlərdən eynilə  mənimsəyib 

köçürdüyü v

ə əlaqədə olduğu müxtəlif xalqların təfəkkürünün, yaradıcılığının 

m

əhsuludur. Görkəmli alim D.Q.Reder göstərir  ki:  “Bibliyanın  nəinki 



s

əmaviliklə, hətta Yəhudilərin iddia etdikləri qədimliklə  də  heç bir əlaqəsi 

yoxdur. Bibliya eradan 

əvvəl 589-586-cı  illərdə  Babil  əsirliyi  zamanında 

y

əhudi kahinləri tərəfindən Şumer mifləri əsasında tərtib edilmiş bir kitabdır” 



(Bax: Literatura drevneqo Vostoka, Moskva 1971). 

Y

əhudilərin  “Peyğəmbər”  adlandırdıqları  şəxslər  “Şumer  miflərinin 



sujetl

ərini Bibliyaya daxil edərkən elə kobud səhvlərə yol vermişlər ki, məna 

v

ə  sujet  dolğunluğu  tamamilə  itmiş,  anlaşılmaz  hala  salınmışdır.  Yalnız 



minillikl

ər keçdikdən  sonra  insanlığın  rəhmətini  qazanmış  insanların 

f

ədakarlığı  nəticəsində  Şumer  mədəniyyətinin özəllikləri  açılmışdır.  Eyni 



zamand

a  Bibliyanın  müqəddəsliyi  haqda  formalaşmış,  onun  səmaviliyini 

əsrlər boyu qeyd-şərtsiz qəbul edən fikirlər tamamilə darmadağın olmuşdur” 

(Seçm


ələr bizimdir-A.M. Bax: Arif Əlyev, göstərilən əsər, səh. 32). 

Şumerlər elmin hələ uzun müddət sonralar açdığı və hələ bu gün də aça 

bilm

ədiyi bilgilərə  sahib  olmuşdular  ki,  bütün  bunları  da  onlara  Tanrı 



adlandırdıqları  varlıq  öyrətmiş,  Tanrının  onlara  bəxş  etdiyi  bu  bilgiləri gil 

kitab


ələrə  köçürmüş,  gələcək nəsillərə  ərmağan  etmişlər.  Şumerlərin 

davamçıları  olan  Akkadlar,  Assurlar,  Babillər, Xetlər, Arameylər sonralar 

Babilistan, Anadolu v

ə  Suriyada öz dövlətlərini  yaratmış  və  Şumerlərin 

varisl

əri olaraq onlardan böyük və  dəyərli mədəniyyət  əxz  etmişlər.  Şumer 



ədəbiyyatı  Babil  və  onun vasitəsilə  Yunan, Yəhudi və  hətta Qərbi Avropa 

xalqlarının ədəbiyyatı  və mədəniyyətinə  bilavasitə  təsir göstərmişdir.  Qədim 

Sami  xalqlar  Şumer  ədəbiyyatını  yüksək qiymətləndirmiş,  o  abidələri öz 

dill


ərinə  tərcümə  etmişlər.  Sami  xalqları  Şumer  dilini  canlı  istifadədən 

çıxarsalar da Şumer dili uzun müddət din, ədəbiyyat, mədəniyyət və elm dili 




~ 41 ~ 

 

kimi  öz  mövcudluğunu  qoruyub  saxlamışdı.  Ümumiyyətlə, Akkadlar 



Şumerləri təqlid  etmiş,  onların  maddi  və  mənəvi mədəniyyətlərini 

m

ənimsəmiş,  onların  yaratdığı  elm  və  mədəniyyətin müxtəlif sahələrinə  aid 



əsərləri öz dillərinə çevirib bəhrələnmiş, zəngin kitabxanalar yaratmışlar. V.V. 

Struve göst

ərir ki: “Misirlilərin, Babillərin, Assurilərin, Finikiyalıların, qədim 

Y

əhudilərin və  hətta  Yunanların  dünyagörüşü  və  incəsənətinin  qaynağını 



m

əhz Şumerlərdə axtarmaq lazımdır”. 

İngilis  alimi  L.Vulli  yazır:  “Nil  vadisinin ilk fironu Manesin 

hökmdarlığı  dövründə  Misir nəhayət tərəqqi yoluna qədəm  qoyduğu  vaxt 

onun yoluna F

ərat sahillərində  pöhrələnmiş  daha  qədim və  daha yüksək 

m

ədəniyyətin şöləsi işıq saldı. Qərb mədəniyyəti də Şumerdəki ana ocaqdan 



şölələndi. Misir, Babil, Assuriya, Finikiya, qədim Yəhudi və nəhayət Yunan 

m

ədəniyyətinin də mənbəyini Şumerdə axtarmaq lazımdır” (Bax: L. Vulli, Ur 



Xaldeev, Moskva 1961, s

əh. 8). 


Alman alimi Q. Vinqler göst

ərir ki: “Bizə qədər gəlib çatmış ən qədim 

qaynaqlar Semit dilind

ə deyil, Şumer dilində yaranıb. Bu dil əsas əlamətlərinə 

gör

ə  Türk dilinə  uyğun  iltisaqi  quruluşlu  dildir  və  Semit dillərinin 



quruluşundan tamamilə fərqlənir” (Bax: Quqo Vinqler, Vavilonskaya kultura, 

Moskva 1913, s

əh. 6-7). 

Rus  alimi  D.  Q.  Reder  yazır:  “Ulu  Şumer  ilahi  qanunlar  ölkəsi idi. 

Bütün insanlar bir dild

ə danışır, bir-biri ilə əmin-amanlıq içində yaşayır, kimsə 

kims

ədən qorxmur, hamılıqla ev, qala tikir, şəhərlər yaradırdılar” (D.Q.Reder, 



Mifı i leqendı drevneqo dvureçiya, Moskva 1965). 

Son olaraq qeyd ed

ək ki, “Avesta”da “Kanqlı” (Kəngərli) etnoniminin 

Turanlıların sinonimi kimi işlədilməsini, Şumer dilinin Türk dili kimi iltisaqi 

dil qrupuna aid olduğunu, Şumer mətnlərindəki xeyli miqdarda sözlərin qədim 

Türk sözl

əri ilə eyniyyət təşkil etdiyini, qonşularının onlara “qarabaşlar” və ya 

“qarapapaqlar” dem

ələrini, Şumerlərin daşıdığı adlara sonrakı minilliklərdə də 

Türk soy v

ə  boyları  içərisində  rast gəlinidiyini,  Şumerlərin Türküstandan 

Az

ərbaycana,  buradan  da  Mesopotomiyaya  köç  edib  orada  şəhər dövlətləri 



yaratdıqlarını,  Şumerlərin özlərini qədim Türklərdən  sayılan  “Kanqar” 

(K

əngər) adlandırmalarını və  s. nəzərə  alaraq belə  bir məntiqi nəticəyə  gələ 



bil

ərik  ki,  Şumerlər Türkdür və  dünyaya ilk səsli  əlifbanı  və  yuxarıda  qeyd 

edil

ən bütün maddi və  mənəvi mədəniyyət nümunələrini Kanqar-Şumer 



Türkl

əri yaratmış və sonrakı bütün xalqlar da onlardan yararlanmışlar.  

 


Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin