Söz ardı: Əlbəttə, söhbət erməni-daĢnak faĢizminin törətdiyi bəĢəri
cinayətdən - Xocalı soyqırımından gedir. Milli mənsubiyyətinə görə Azərbaycan
türkünə qarĢı törədilən bu soyqırım faktı öz qəddarlığına görə XX əsrin ən böyük
və dəhĢətli qırğını idi. Qırğında 613 nəfərin qətlə yetirildiyini bildirən bu rəqəm
ancaq cəsədləri Azərbaycan tərəfinə təhvil verilən və ya götürülən Ģəhidlərin
sayıdır. Halbuki 150 nəfər itkin kimi qeydə alınanlardan və əsir götürülmüĢ 1275
nəfərdən cəmi 800 nəfəri girovluqdan azad edilmiĢdir. Əsirlər siyahısında adı
qalan, hələ də qaytarılmayan 500 nəfər Xocalı sakinindən bu günə kimi heç bir
xəbər-ətər yoxdur. Halbuki 01 və 03 mart 1992-ci il tarixlərdə əsir və girov
götürülənlərdən müvafiq olaraq həmin günlərdə 120 və 70 nəfərin güllələndiyi
ratsiya məlumatları vasitəsi ilə aidiyyəti qurumlar tərəfindən qeydə alınmıĢdır.
Bundan baĢqa, Beyrutlu jurnalist, erməni müəllifi Davut Xerriyanın yazdığına
görə, 02 mart 1992-ci ildə «Qaflan» terror qrupu tərəfindən Xocalıdan yığılan 100-
dən çox meyitin daĢınıb Ģəhər kənarında yandırılması kimi faktlar da mövcuddur.
Bütün bunları nəzərə alsaq, bu qətliamda ən azı 1153-dən çox Xocalı insanının
məhv edildiyi təsdiqlənir. Ərazidə beynəlxalq qurumlar tərəfindən ekspertiza
aparılmadığından ilkin rəqəmlər reallığı əks etdirmir. Gec də olsa əsl həqiqəti əks
etdirən rəqəmlər dəqiqləĢdirilməli, dürüstlük Xocalı tarixinin qanlı səhifəsində öz
əksini tapmalıdır. 1153 günahsız insanın qətlinə fərman vermək, bir toplumu
bütövlükdə məhv etməyi qarĢıya məqsəd qoymaq heç bir insan əxlaqına sığmır.
Dünya insanı tərəfindən Xocalı faciəsinə anlaqlı və qərəzsiz Ģəkildə, insan
iztirabları və insan hüquq və haqları baxımından yanaĢılmalıdır. Beynəlxalq hüquq
prinsiplərinə müvafiq olaraq dünya birliyi tərəfindən Xocalı qətliamı bəĢəriyyətə
qarĢı cinayət kimi qəbul olunmalıdır. Öz qəddarlığı, xüsusi amansızlığı ilə Xatın və
Sonqmi faciələrini kölgədə qoyan Xocalı faciəsinin miqyası tam təfərrüatı ilə
öyrənilməlidir.